quranm◉

Hizb 27

Range
from 15:50 to 16:74
Surahs covered
Tərcümə
124 Tərcümə

◉

15:50

وَأَنَّ عَذَابِي هُوَ ٱلۡعَذَابُ ٱلۡأَلِيمُ ﴿50﴾

Əzabım isə ağrılı-acılı əzab­dır.

15:51

وَنَبِّئۡهُمۡ عَن ضَيۡفِ إِبۡرَٰهِيمَ ﴿51﴾

Onlara İbrahimin qo­naq­ları barə­sində də xəbər ver.

15:52

إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمٗا قَالَ إِنَّا مِنكُمۡ وَجِلُونَ ﴿52﴾

O zaman onlar İbrahi­min yanına daxil olub: “Salam!”– de­di­­lər. İbrahim: “Biz sizdən eh­tiyat edirik!”– dedi.

15:53

قَالُواْ لَا تَوۡجَلۡ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ عَلِيمٖ ﴿53﴾

Mələklər: “Qorxma! Hə­qi­­qətən, biz səni bilikli bir oğulla müj­dələyirik!”– dedilər.

15:54

قَالَ أَبَشَّرۡتُمُونِي عَلَىٰٓ أَن مَّسَّنِيَ ٱلۡكِبَرُ فَبِمَ تُبَشِّرُونَ ﴿54﴾

İbrahim dedi: “Qocalıq mə­ni haq­ladığı bir vaxtda mənə müj­də ve­rir­si­niz? Məni nə ilə müjdələ­yirsiniz?”

15:55

قَالُواْ بَشَّرۡنَٰكَ بِٱلۡحَقِّ فَلَا تَكُن مِّنَ ٱلۡقَٰنِطِينَ ﴿55﴾

Onlar dedilər: “Biz sənə həqi­qət­lə müjdə veririk. Sən ümi­di­ni üzən­lər­dən olma!”

15:56

قَالَ وَمَن يَقۡنَطُ مِن رَّحۡمَةِ رَبِّهِۦٓ إِلَّا ٱلضَّآلُّونَ ﴿56﴾

İbrahim dedi: “Doğru yol­­­dan azan­lardan başqa Rəb­bi­nin mər­həmətindən kim ümi­dini üzər?”

15:57

قَالَ فَمَا خَطۡبُكُمۡ أَيُّهَا ٱلۡمُرۡسَلُونَ ﴿57﴾

İbrahim dedi: “Ey elçi­lər! Vəzi­fə­niz nədir?”

15:58

قَالُوٓاْ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمٖ مُّجۡرِمِينَ ﴿58﴾

Onlar dedilər: “Biz gü­nah­kar adamları məhv etməyə gön­də­ril­mişik;

15:59

إِلَّآ ءَالَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمۡ أَجۡمَعِينَ ﴿59﴾

yalniz Lutun ailəsindən başqa. Biz onların hamısını xi­las edə­cəyik.

15:60

إِلَّا ٱمۡرَأَتَهُۥ قَدَّرۡنَآ إِنَّهَا لَمِنَ ٱلۡغَٰبِرِينَ ﴿60﴾

Lutun arvadından baş­qa. Biz onun geridə əzab içində qa­lan­lardan ol­ma­sına qə­rar verdik”.

15:61

فَلَمَّا جَآءَ ءَالَ لُوطٍ ٱلۡمُرۡسَلُونَ ﴿61﴾

Elçilər Lut əhlinin ya­nı­na gəl­dik­də

15:62

قَالَ إِنَّكُمۡ قَوۡمٞ مُّنكَرُونَ ﴿62﴾

o dedi: “Siz yad adam­lar­sınız!”

15:63

قَالُواْ بَلۡ جِئۡنَٰكَ بِمَا كَانُواْ فِيهِ يَمۡتَرُونَ ﴿63﴾

Onlar dedilər: “Xeyr, biz sənin ya­nına onların şübhə et­diyi əzab ilə gəl­mi­şik.

15:64

وَأَتَيۡنَٰكَ بِٱلۡحَقِّ وَإِنَّا لَصَٰدِقُونَ ﴿64﴾

Biz sənin yanına doğru xə­bərlə gəl­mişik. Həqiqətən də, biz doğru danı­şanlarıq.

15:65

فَأَسۡرِ بِأَهۡلِكَ بِقِطۡعٖ مِّنَ ٱلَّيۡلِ وَٱتَّبِعۡ أَدۡبَٰرَهُمۡ وَلَا يَلۡتَفِتۡ مِنكُمۡ أَحَدٞ وَٱمۡضُواْ حَيۡثُ تُؤۡمَرُونَ ﴿65﴾

Gecənin bir vaxtı ailəni yola çı­xart və özün də onların ar­xa­sın­ca get. Sizdən heç kəs çevri­lib arxaya bax­ma­sın. Sizə əmr olu­nan yerə yollanın”.

15:66

وَقَضَيۡنَآ إِلَيۡهِ ذَٰلِكَ ٱلۡأَمۡرَ أَنَّ دَابِرَ هَـٰٓؤُلَآءِ مَقۡطُوعٞ مُّصۡبِحِينَ ﴿66﴾

Biz ona vəhy etdik ki, sübh çağı on­ların kökü kəsi­lə­cək.

15:67

وَجَآءَ أَهۡلُ ٱلۡمَدِينَةِ يَسۡتَبۡشِرُونَ ﴿67﴾

Şəhər əhalisi bir-birini muş­tu­luq­layaraq onun yanına gəl­di­lər.

15:68

قَالَ إِنَّ هَـٰٓؤُلَآءِ ضَيۡفِي فَلَا تَفۡضَحُونِ ﴿68﴾

Lut dedi: “Bunlar mə­nim qo­naq­la­rımdır. Məni bia­bır et­mə­yin!

15:69

وَٱتَّقُواْ ٱللَّهَ وَلَا تُخۡزُونِ ﴿69﴾

Allahdan qorxun və mə­ni hör­mət­dən salmayın!”

15:70

قَالُوٓاْ أَوَلَمۡ نَنۡهَكَ عَنِ ٱلۡعَٰلَمِينَ ﴿70﴾

Onlar dedilər: “Məgər biz sənə bu­ra gələn adamları qo­naq sax­lamağı qada­ğan et­mə­mi­şik?”

15:71

قَالَ هَـٰٓؤُلَآءِ بَنَاتِيٓ إِن كُنتُمۡ فَٰعِلِينَ ﴿71﴾

O dedi: “Bunlar mənim qızlarım­dır! Əgər istəyir­siniz­sə, on­larla evlənin!”

15:72

لَعَمۡرُكَ إِنَّهُمۡ لَفِي سَكۡرَتِهِمۡ يَعۡمَهُونَ ﴿72﴾

Ey Muhəmməd! Sənin ca­nına and olsun ki, onlar sər­xoş­luq­la­rı içində veyl-veyl gəzir­dilər.

15:73

فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ مُشۡرِقِينَ ﴿73﴾

Günəş doğanda qor­xunc səs on­la­rı yaxaladı.

15:74

فَجَعَلۡنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمۡطَرۡنَا عَلَيۡهِمۡ حِجَارَةٗ مِّن سِجِّيلٍ ﴿74﴾

Oranın altını üstünə çe­vir­dik və onların üzərinə odda biş­miş gil­ daşlar yağdırdıq.

15:75

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّلۡمُتَوَسِّمِينَ ﴿75﴾

Şübhəsiz ki, bunda başa düşən­lər üçün dəlillər vardır.

15:76

وَإِنَّهَا لَبِسَبِيلٖ مُّقِيمٍ ﴿76﴾

Həqiqətən, onlar Məkkə­dən Şama gedən yolun üstündə yaşa­yır­dılar.

15:77

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّلۡمُؤۡمِنِينَ ﴿77﴾

Şübhəsiz ki, bunda mö­minlər üçün dəlillər vardır.

15:78

وَإِن كَانَ أَصۡحَٰبُ ٱلۡأَيۡكَةِ لَظَٰلِمِينَ ﴿78﴾

Əykə əhli də zalım idi.

15:79

فَٱنتَقَمۡنَا مِنۡهُمۡ وَإِنَّهُمَا لَبِإِمَامٖ مُّبِينٖ ﴿79﴾

Onlardan da intiqam al­dıq. Hər iki kənd aydın görü­nən yol üzərində yerləşirdi.

15:80

وَلَقَدۡ كَذَّبَ أَصۡحَٰبُ ٱلۡحِجۡرِ ٱلۡمُرۡسَلِينَ ﴿80﴾

Hicr əhli də elçiləri ya­lançı saydı.

15:81

وَءَاتَيۡنَٰهُمۡ ءَايَٰتِنَا فَكَانُواْ عَنۡهَا مُعۡرِضِينَ ﴿81﴾

Biz onlara ayələrimizi gön­dər­dik, lakin onlar bu ayə­lərdən üz döndər­di­lər.

15:82

وَكَانُواْ يَنۡحِتُونَ مِنَ ٱلۡجِبَالِ بُيُوتًا ءَامِنِينَ ﴿82﴾

Onlar təhlükəsizlikdə qal­maq üçün dağlarda evlər yo­nur­du­lar.

15:83

فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ مُصۡبِحِينَ ﴿83﴾

Onları sübh çağı qor­xunc səs ya­xaladı.

15:84

فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ ﴿84﴾

Qazandıqları dünya malı isə on­la­ra heç bir fayda ver­mə­di.

15:85

وَمَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَآ إِلَّا بِٱلۡحَقِّۗ وَإِنَّ ٱلسَّاعَةَ لَأٓتِيَةٞۖ فَٱصۡفَحِ ٱلصَّفۡحَ ٱلۡجَمِيلَ ﴿85﴾

Biz göyləri, yeri və on­la­rın ara­sında olanları yalnız haqq ola­raq yarat­dıq. O Saat mütləq gələ­cəkdir. Odur ki, Sən onları gö­zəl tərzdə bağışla.

15:86

إِنَّ رَبَّكَ هُوَ ٱلۡخَلَّـٰقُ ٱلۡعَلِيمُ ﴿86﴾

Həqiqətən, Rəbbin Yara­dan­dır, Bi­ləndir.

15:87

وَلَقَدۡ ءَاتَيۡنَٰكَ سَبۡعٗا مِّنَ ٱلۡمَثَانِي وَٱلۡقُرۡءَانَ ٱلۡعَظِيمَ ﴿87﴾

Biz sənə təkrarlanan yed­di ayə­ni və əzəmətli Quranı verdik.

15:88

لَا تَمُدَّنَّ عَيۡنَيۡكَ إِلَىٰ مَا مَتَّعۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّنۡهُمۡ وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَٱخۡفِضۡ جَنَاحَكَ لِلۡمُؤۡمِنِينَ ﴿88﴾

Onların bəzi təbəqələ­ri­nə verdi­yimiz fani dünya ma­lı­na gö­zü­nü dik­mə, onlara görə kədər­lənmə, mömin­lər­lə yum­şaq davran

15:89

وَقُلۡ إِنِّيٓ أَنَا ٱلنَّذِيرُ ٱلۡمُبِينُ ﴿89﴾

və de: “Şübhəsiz ki, mən açıq-aş­kar bir xəbərdar edə­nəm!”

15:90

كَمَآ أَنزَلۡنَا عَلَى ٱلۡمُقۡتَسِمِينَ ﴿90﴾

Biz Quranı bölənlərə də beləcə əzab endirmişdik.

15:91

ٱلَّذِينَ جَعَلُواْ ٱلۡقُرۡءَانَ عِضِينَ ﴿91﴾

Onlar Quranı hissələrə böl­dülər (bir qisminə inanıb, digər qis­mini inkar etdilər).

15:92

فَوَرَبِّكَ لَنَسۡـَٔلَنَّهُمۡ أَجۡمَعِينَ ﴿92﴾

Rəbbinə and olsun ki, Biz onların hamısından soruşa­ca­ğıq –

15:93

عَمَّا كَانُواْ يَعۡمَلُونَ ﴿93﴾

törətdikləri əməllər barə­sində.

15:94

فَٱصۡدَعۡ بِمَا تُؤۡمَرُ وَأَعۡرِضۡ عَنِ ٱلۡمُشۡرِكِينَ ﴿94﴾

Sənə buyurulanı açıq-aş­kar bə­yan et və müşriklərdən üz çe­vir.

15:95

إِنَّا كَفَيۡنَٰكَ ٱلۡمُسۡتَهۡزِءِينَ ﴿95﴾

Sözsüz ki, istehza edən­lərə qarşı Biz sənə yetərik.

15:96

ٱلَّذِينَ يَجۡعَلُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۚ فَسَوۡفَ يَعۡلَمُونَ ﴿96﴾

O kəslər ki, Allaha baş­qa məbudu şə­rik qoşurlar. Onlar tez­lik­lə biləcəklər.

15:97

وَلَقَدۡ نَعۡلَمُ أَنَّكَ يَضِيقُ صَدۡرُكَ بِمَا يَقُولُونَ ﴿97﴾

Biz onların dediklərin­dən sənin qəl­binin daraldığını bi­lirik.

15:98

فَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ وَكُن مِّنَ ٱلسَّـٰجِدِينَ ﴿98﴾

Sən həmd-səna ilə Rəb­bini təriflə və səcdə edən­lər­dən ol!

15:99

وَٱعۡبُدۡ رَبَّكَ حَتَّىٰ يَأۡتِيَكَ ٱلۡيَقِينُ ﴿99﴾

Sənə ölüm gələnədək Rəb­binə iba­dət et.

16:1

أَتَىٰٓ أَمۡرُ ٱللَّهِ فَلَا تَسۡتَعۡجِلُوهُۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ﴿1﴾

Allahın əmri gələcəkdir. Odur ki, onun tez gəlməsini is­təmə­yin. Allah müş­riklərin Ona qoşduqları şəriklərdən uzaq­dır və uca­dır.

16:2

يُنَزِّلُ ٱلۡمَلَـٰٓئِكَةَ بِٱلرُّوحِ مِنۡ أَمۡرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦٓ أَنۡ أَنذِرُوٓاْ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱتَّقُونِ ﴿2﴾

Allah Öz hökmü ilə qul­la­rından is­tə­diyi kimsəyə mə­lək­ləri vəhy­lə gön­də­rib buyu­rur: “Qulla­rımı qorxudub xə­bər­dar edin ki, Məndən başqa ibadətə layiq olan məbud yox­dur. Mən­dən qor­xun!”

16:3

خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۚ تَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ﴿3﴾

Allah göyləri və yeri ger­çək yarat­mışdır. O, müş­riklə­rin qoş­duqları şə­riklərdən ucadır.

16:4

خَلَقَ ٱلۡإِنسَٰنَ مِن نُّطۡفَةٖ فَإِذَا هُوَ خَصِيمٞ مُّبِينٞ ﴿4﴾

Allah insanı nütfədən ya­rat­dı. O isə açıq-aşkar mübahi­səçi­yə çevrildi.

16:5

وَٱلۡأَنۡعَٰمَ خَلَقَهَاۖ لَكُمۡ فِيهَا دِفۡءٞ وَمَنَٰفِعُ وَمِنۡهَا تَأۡكُلُونَ ﴿5﴾

Mal-qaranı da O yaratdı. On­larda sizin üçün bə­dəninizi isti sax­la­yan yun ge­yim və baş­qa faydalar var­dır. Həmçi­nin onlar­dan yeyirsiniz.

16:6

وَلَكُمۡ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسۡرَحُونَ ﴿6﴾

Mal-qaranı axşam töv­ləyə qay­tar­dıqda, səhər çölə burax­dıq­da onlara baxıb fərəh­lənir­siniz.

16:7

وَتَحۡمِلُ أَثۡقَالَكُمۡ إِلَىٰ بَلَدٖ لَّمۡ تَكُونُواْ بَٰلِغِيهِ إِلَّا بِشِقِّ ٱلۡأَنفُسِۚ إِنَّ رَبَّكُمۡ لَرَءُوفٞ رَّحِيمٞ ﴿7﴾

Onlar yüklərinizi, özünü­zün çə­tin­liklə apara biləcə­yi­niz bir öl­kəyə da­şıyırlar. Həqi­qə­tən də, Rəbbiniz çox şəf­qət­lidir, rəhm­lidir.

16:8

وَٱلۡخَيۡلَ وَٱلۡبِغَالَ وَٱلۡحَمِيرَ لِتَرۡكَبُوهَا وَزِينَةٗۚ وَيَخۡلُقُ مَا لَا تَعۡلَمُونَ ﴿8﴾

Atları, qatırları və uzun­qu­laqları sizə həm minik, həm də zi­nət olsun de­yə Allah ya­ratdı. O, sizin hələ bilmədiyi­niz bir çox şey­lə­ri də yaradır.

16:9

وَعَلَى ٱللَّهِ قَصۡدُ ٱلسَّبِيلِ وَمِنۡهَا جَآئِرٞۚ وَلَوۡ شَآءَ لَهَدَىٰكُمۡ أَجۡمَعِينَ ﴿9﴾

Doğru yol göstərmək Al­laha aid­dir. Əyri yollar da var­dır. Əgər O is­tə­səydi, sizin ha­mınızı doğru yola yö­nəl­dərdi.

16:10

هُوَ ٱلَّذِيٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗۖ لَّكُم مِّنۡهُ شَرَابٞ وَمِنۡهُ شَجَرٞ فِيهِ تُسِيمُونَ ﴿10﴾

Göydən su endirən Odur. Bu, həm sizin içməyi­niz, həm də içində mal-qaranızı otar­dığınız otların bitməsi üçün­dür.

16:11

يُنۢبِتُ لَكُم بِهِ ٱلزَّرۡعَ وَٱلزَّيۡتُونَ وَٱلنَّخِيلَ وَٱلۡأَعۡنَٰبَ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ ﴿11﴾

Allah onunla sizin üçün dənli bit­kilər, zeytun, xurma, üzüm və başqa mey­vələr­in ha­mısından yetişdirir. Həqi­qə­tən, bunda düşünən bir qövm üçün də­lil­lər vardır.

16:12

وَسَخَّرَ لَكُمُ ٱلَّيۡلَ وَٱلنَّهَارَ وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ وَٱلنُّجُومُ مُسَخَّرَٰتُۢ بِأَمۡرِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَعۡقِلُونَ ﴿12﴾

O, gecəni və gündüzü, gü­nəşi və ayı sizə xidmət et­mə­yə yö­nəlt­di. Ul­duz­lar da Onun əm­ri ilə ram edilmişdir. Sözsüz ki, bun­lar­da anlayan insanlar üçün əla­mətlər vardır.

16:13

وَمَا ذَرَأَ لَكُمۡ فِي ٱلۡأَرۡضِ مُخۡتَلِفًا أَلۡوَٰنُهُۥٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَذَّكَّرُونَ ﴿13﴾

Yer üzündə sizin üçün ya­ratdığı müxtəlif rəngli şey­ləri də si­zə ram etdi. Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün də­lillər vardır.

16:14

وَهُوَ ٱلَّذِي سَخَّرَ ٱلۡبَحۡرَ لِتَأۡكُلُواْ مِنۡهُ لَحۡمٗا طَرِيّٗا وَتَسۡتَخۡرِجُواْ مِنۡهُ حِلۡيَةٗ تَلۡبَسُونَهَاۖ وَتَرَى ٱلۡفُلۡكَ مَوَاخِرَ فِيهِ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿14﴾

O, dənizi də sizin xid­mə­ti­nizə ver­di ki, ondan yemək üçün tə­zə balıq və taxmaq üçün bəzək şeyləri əldə edə­si­niz. Sən gəmi­lə­rin dənizi yara-yara üz­­dü­yü­nü görürsən. Bütün bun­lar Alla­hın lüt­fün­dən sizə nəsib olan­ları axta­rıb tapmağı­nız və şü­kür etməyiniz üçün­dür.

16:15

وَأَلۡقَىٰ فِي ٱلۡأَرۡضِ رَوَٰسِيَ أَن تَمِيدَ بِكُمۡ وَأَنۡهَٰرٗا وَسُبُلٗا لَّعَلَّكُمۡ تَهۡتَدُونَ ﴿15﴾

O, sizi silkələməsin de­yə, yer üzün­də möhkəm dağ­lar və düz­gün səmt gö­türəsi­niz deyə, çaylar və yollar ya­ratdı.

16:16

وَعَلَٰمَٰتٖۚ وَبِٱلنَّجۡمِ هُمۡ يَهۡتَدُونَ ﴿16﴾

Əlamətlər yaratdı. İn­san­lar ul­duz­lar vasitəsilə də get­dik­ləri yo­lu müəy­yənləşdirirlər.

16:17

أَفَمَن يَخۡلُقُ كَمَن لَّا يَخۡلُقُۚ أَفَلَا تَذَكَّرُونَ ﴿17﴾

Heç yaradan da yarada bil­mə­yən kimi ola bilərmi? Dü­şü­nüb ibrət götürməyəcək­si­niz­mi?

16:18

وَإِن تَعُدُّواْ نِعۡمَةَ ٱللَّهِ لَا تُحۡصُوهَآۗ إِنَّ ٱللَّهَ لَغَفُورٞ رَّحِيمٞ ﴿18﴾

Əgər Allahın nemətlə­ri­ni saymalı olsanız, onları sa­yıb qur­ta­ra bil­məz­si­niz. Həqi­qə­tən, Allah Bağışlayandır, Rəhm­­li­dir.

16:19

وَٱللَّهُ يَعۡلَمُ مَا تُسِرُّونَ وَمَا تُعۡلِنُونَ ﴿19﴾

Allah sizin gizli saxla­dıq­larınızı da, aşkara çıxart­dıq­la­rı­nızı da bilir.

16:20

وَٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِ ٱللَّهِ لَا يَخۡلُقُونَ شَيۡـٔٗا وَهُمۡ يُخۡلَقُونَ ﴿20﴾

Allahdan başqa tapındıq­ları büt­lər heç bir şey yarada bil­məz­lər. Çünki onlar özləri yaradıl­mışlar.

16:21

أَمۡوَٰتٌ غَيۡرُ أَحۡيَآءٖۖ وَمَا يَشۡعُرُونَ أَيَّانَ يُبۡعَثُونَ ﴿21﴾

Onlar ölüdürlər – diri de­yillər və nə vaxt dirildilə­cək­lə­rini də bilmirlər.

16:22

إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۚ فَٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ قُلُوبُهُم مُّنكِرَةٞ وَهُم مُّسۡتَكۡبِرُونَ ﴿22﴾

Sizin məbudunuz Tək olan İlah­dır. Axi­rətə inanma­yan­la­rın qəlbləri haqqı in­kar edir. Öz­ləri də təkəbbürlüdürlər.

16:23

لَا جَرَمَ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا يُسِرُّونَ وَمَا يُعۡلِنُونَۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡمُسۡتَكۡبِرِينَ ﴿23﴾

Şübhə yoxdur ki, Allah on­ların gizli saxladıqlarını da, aşka­ra çıxart­dıq­larını da bilir. Həqi­qətən də, O, təkəb­bürlü olanları sev­mir.

16:24

وَإِذَا قِيلَ لَهُم مَّاذَآ أَنزَلَ رَبُّكُمۡ قَالُوٓاْ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ﴿24﴾

Onlardan: “Rəbbiniz pey­ğəmbərinə nə nazil etmişdir?”– deyə soruşduqda, onlar: “Bu, keç­mişdəkilərin nağıl­ları­dır!”– deyərlər.

16:25

لِيَحۡمِلُوٓاْ أَوۡزَارَهُمۡ كَامِلَةٗ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَمِنۡ أَوۡزَارِ ٱلَّذِينَ يُضِلُّونَهُم بِغَيۡرِ عِلۡمٍۗ أَلَا سَآءَ مَا يَزِرُونَ ﴿25﴾

Qoy onlar Qiyamət gü­nü öz gü­nahlarının hamısını və na­dan­lıqları üzün­­dən azdır­dıq­ları kəs­lərin günah­la­rının bir qismini daşısınlar. Bax gör, da­şıyacaq­ları yük necə də pisdir!

16:26

قَدۡ مَكَرَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَأَتَى ٱللَّهُ بُنۡيَٰنَهُم مِّنَ ٱلۡقَوَاعِدِ فَخَرَّ عَلَيۡهِمُ ٱلسَّقۡفُ مِن فَوۡقِهِمۡ وَأَتَىٰهُمُ ٱلۡعَذَابُ مِنۡ حَيۡثُ لَا يَشۡعُرُونَ ﴿26﴾

Onlardan öncəkilər də hiylə qur­muşdular. Sonra Allah on­la­rın tikililərini özülündən da­ğıtdı, ta­vanları başlarına uçdu və əzab onlara gözləmədikləri yer­dən gəldi.

16:27

ثُمَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يُخۡزِيهِمۡ وَيَقُولُ أَيۡنَ شُرَكَآءِيَ ٱلَّذِينَ كُنتُمۡ تُشَـٰٓقُّونَ فِيهِمۡۚ قَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ إِنَّ ٱلۡخِزۡيَ ٱلۡيَوۡمَ وَٱلسُّوٓءَ عَلَى ٱلۡكَٰفِرِينَ ﴿27﴾

Sonra Qiyamət günü Allah onları rüsvay edəcək və deyə­cək: “Haqqında mü­bahisə et­di­yiniz şə­riklərim harada­dır?” Elm ve­rilmiş kimsələr deyə­cək­lər: “Şübhəsiz ki, bu gün kafir­lərə rüs­vay­çılıq və əzab üz ve­rə­cək!”

16:28

ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ ظَالِمِيٓ أَنفُسِهِمۡۖ فَأَلۡقَوُاْ ٱلسَّلَمَ مَا كُنَّا نَعۡمَلُ مِن سُوٓءِۭۚ بَلَىٰٓۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿28﴾

Mələklər özlərinə zülm edən kim­sələrin canlarını aldıq­ları za­man onlar bo­yun əyib: “Biz heç bir pislik et­mir­dik!”– deyə­cəklər. On­­la­ra belə deyiləcək: “Xeyr! Şübhəsiz ki, Allah sizin nələr et­diyinizi bi­lir.

16:29

فَٱدۡخُلُوٓاْ أَبۡوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۖ فَلَبِئۡسَ مَثۡوَى ٱلۡمُتَكَبِّرِينَ ﴿29﴾

Elə isə içində əbədi qa­la­cağınız Cəhənnəmin qapıla­rına gi­rin! Təkəb­bürlülərin qa­lacağı yer necə də pisdir!”

16:30

وَقِيلَ لِلَّذِينَ ٱتَّقَوۡاْ مَاذَآ أَنزَلَ رَبُّكُمۡۚ قَالُواْ خَيۡرٗاۗ لِّلَّذِينَ أَحۡسَنُواْ فِي هَٰذِهِ ٱلدُّنۡيَا حَسَنَةٞۚ وَلَدَارُ ٱلۡأٓخِرَةِ خَيۡرٞۚ وَلَنِعۡمَ دَارُ ٱلۡمُتَّقِينَ ﴿30﴾

Müttəqilərə: “Allah nə nazil etmiş­dir?”– deyildikdə, onlar: “Xe­yir nazil et­mişdir!”– deyərlər. Bu dünyada xeyirli iş­lər görənlər üçün gözəl mü­ka­fat ha­zır­­lanmış­dır. Axirət yur­du isə daha xe­yir­li­dir. Müt­tə­qi­lərin yurdu necə də gö­zəldir.

16:31

جَنَّـٰتُ عَدۡنٖ يَدۡخُلُونَهَا تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ لَهُمۡ فِيهَا مَا يَشَآءُونَۚ كَذَٰلِكَ يَجۡزِي ٱللَّهُ ٱلۡمُتَّقِينَ ﴿31﴾

Onlar ağacları altından çay­lar axan Ədn cən­nətlərinə gi­rə­cək­lər. Orada onla­rın ürəklə­ri­nin istədiyi hər şey var­dır. Allah müt­tə­qiləri belə müka­fat­lan­dırır.

16:32

ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ طَيِّبِينَ يَقُولُونَ سَلَٰمٌ عَلَيۡكُمُ ٱدۡخُلُواْ ٱلۡجَنَّةَ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿32﴾

O kəslər ki, tər-təmiz ol­duqları halda, mələklər onla­rın ca­nı­nı alıb de­yirlər: “Sizə sa­lam olsun! Əməllərinizə görə Cənnətə gi­rin!”

16:33

هَلۡ يَنظُرُونَ إِلَّآ أَن تَأۡتِيَهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ أَوۡ يَأۡتِيَ أَمۡرُ رَبِّكَۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ﴿33﴾

Yoxsa kafirlər mələklə­rin onların yanına gəlməsindən və ya­xud Rəbbi­nin əmrinin (Qiyamət gününün) gəl­mə­sin­dən başqa bir şeymi göz­lə­yirlər? On­lardan əvvəlki­lər də be­lə etmiş­dilər. Allah onlara zülm etmədi, la­kin onlar özləri özlərinə zülm edir­di­lər.

16:34

فَأَصَابَهُمۡ سَيِّـَٔاتُ مَا عَمِلُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ﴿34﴾

Onlara törətdikləri əməl­lə­rin pis cəzası nəsib oldu və is­teh­za etdikləri əzab onları ağu­şuna aldı.

16:35

وَقَالَ ٱلَّذِينَ أَشۡرَكُواْ لَوۡ شَآءَ ٱللَّهُ مَا عَبَدۡنَا مِن دُونِهِۦ مِن شَيۡءٖ نَّحۡنُ وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمۡنَا مِن دُونِهِۦ مِن شَيۡءٖۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ فَهَلۡ عَلَى ٱلرُّسُلِ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ﴿35﴾

Müşriklər dedilər: “Əgər Allah is­təsəydi, biz də, ataları­mız da Ondan baş­qa heç nəyə ibadət etməz və Onun izni ol­madan heç nəyi haram say­maz­dıq!” Bəli, on­lardan əvvəl­kilər də eynilə dav­ran­mışdılar. Məgər elçilərin vəzi­fə­si ancaq açıq-aydın təbliğ et­mək de­yil­mi?

16:36

وَلَقَدۡ بَعَثۡنَا فِي كُلِّ أُمَّةٖ رَّسُولًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱجۡتَنِبُواْ ٱلطَّـٰغُوتَۖ فَمِنۡهُم مَّنۡ هَدَى ٱللَّهُ وَمِنۡهُم مَّنۡ حَقَّتۡ عَلَيۡهِ ٱلضَّلَٰلَةُۚ فَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ ﴿36﴾

Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi gön­dərdik. Onlardan kimisini Allah doğ­ru yola yö­nəlt­miş, kimisinə də az­maq nə­sib etmişdir. Yer üzün­də gə­zib dola­şın və görün haq­qı yalan sayan­ların aqibəti ne­cə oldu!

16:37

إِن تَحۡرِصۡ عَلَىٰ هُدَىٰهُمۡ فَإِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَن يُضِلُّۖ وَمَا لَهُم مِّن نَّـٰصِرِينَ ﴿37﴾

Sən onların doğru yola gəl­məsinə nə qədər çalışsan da, bil ki, Allah az­dır­dığı kimsələri doğru yola yönəltməz və on­lara kö­mək edən də olmaz.

16:38

وَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَا يَبۡعَثُ ٱللَّهُ مَن يَمُوتُۚ بَلَىٰ وَعۡدًا عَلَيۡهِ حَقّٗا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ﴿38﴾

Onlar Allaha möhkəm and içdi­lər ki: “Allah ölən bir kəsi di­rilt­mə­yə­cəkdir!” Xeyr! Allahın ölüləri diriltməsi Onun doğru və­di­nə görə olacaq, la­kin insanların çoxu bunu bil­mir.

16:39

لِيُبَيِّنَ لَهُمُ ٱلَّذِي يَخۡتَلِفُونَ فِيهِ وَلِيَعۡلَمَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّهُمۡ كَانُواْ كَٰذِبِينَ ﴿39﴾

Allah ölüləri dirildəcək­dir ki, ixti­laf­da olduqları şey­ləri on­lara bildirsin və kafir­lər də özlə­rinin yalançı olduqlarını dərk et­sinlər.

16:40

إِنَّمَا قَوۡلُنَا لِشَيۡءٍ إِذَآ أَرَدۡنَٰهُ أَن نَّقُولَ لَهُۥ كُن فَيَكُونُ ﴿40﴾

Biz bir şeyi yaratmaq is­tə­dik­də, ona ancaq: “Ol!”– de­yirik, o da olur.

16:41

وَٱلَّذِينَ هَاجَرُواْ فِي ٱللَّهِ مِنۢ بَعۡدِ مَا ظُلِمُواْ لَنُبَوِّئَنَّهُمۡ فِي ٱلدُّنۡيَا حَسَنَةٗۖ وَلَأَجۡرُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ﴿41﴾

Zülmə uğradıldıqdan son­ra Allah yolunda hicrət edən­ləri dün­ya­da gözəl bir məs­kəndə sakin edəcəyik. Axi­rət mü­kafatı isə da­ha böyük­dür. Kaş bi­ləy­dilər!

16:42

ٱلَّذِينَ صَبَرُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ ﴿42﴾

Onlar səbirli olanlar və an­caq Rəbbinə təvəkkül edən­lərdir.

16:43

وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ إِلَّا رِجَالٗا نُّوحِيٓ إِلَيۡهِمۡۖ فَسۡـَٔلُوٓاْ أَهۡلَ ٱلذِّكۡرِ إِن كُنتُمۡ لَا تَعۡلَمُونَ ﴿43﴾

Biz səndən əvvəl də, öz­lə­rinə vəhy etdiyimiz məhz ki­şiləri el­çi gön­dərmiş­dik. Əgər bilmirsi­nizsə, Zikr əh­lindən so­­­ruşun.

16:44

بِٱلۡبَيِّنَٰتِ وَٱلزُّبُرِۗ وَأَنزَلۡنَآ إِلَيۡكَ ٱلذِّكۡرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيۡهِمۡ وَلَعَلَّهُمۡ يَتَفَكَّرُونَ ﴿44﴾

Biz onları aydın dəlillər və ki­tab­larla göndərdik. Sənə də Zikri nazil etdik ki, insan­lara, on­lara nazil olanı izah edə­sən və bəlkə on­lar fikirləşələr.

16:45

أَفَأَمِنَ ٱلَّذِينَ مَكَرُواْ ٱلسَّيِّـَٔاتِ أَن يَخۡسِفَ ٱللَّهُ بِهِمُ ٱلۡأَرۡضَ أَوۡ يَأۡتِيَهُمُ ٱلۡعَذَابُ مِنۡ حَيۡثُ لَا يَشۡعُرُونَ ﴿45﴾

Alçaq hiylələrə əl atan­lar Allahın onları yerə batır­ma­yaca­ğı­na və yaxud gözləmə­dik­ləri bir yerdən əzabın on­la­ra gəlməyə­cə­yi­nə əmindir­lər­mi?

16:46

أَوۡ يَأۡخُذَهُمۡ فِي تَقَلُّبِهِمۡ فَمَا هُم بِمُعۡجِزِينَ ﴿46﴾

Ya da gəzib dolaşdıqları zaman Allahın onları yaxala­ma­ya­ca­ğınımı dü­şünürlər? Axı onlar Allahdan yaxa qur­tara bil­məyə­cək­lər.

16:47

أَوۡ يَأۡخُذَهُمۡ عَلَىٰ تَخَوُّفٖ فَإِنَّ رَبَّكُمۡ لَرَءُوفٞ رَّحِيمٌ ﴿47﴾

Yaxud vahimə içində ol­duqları halda Allahın onları ya­xa­la­mayaca­ğını­mı düşünür­lər? Hə­qiqətən də, Rəbbiniz çox şəf­qət­lidir, rəhm­lidir.

16:48

أَوَلَمۡ يَرَوۡاْ إِلَىٰ مَا خَلَقَ ٱللَّهُ مِن شَيۡءٖ يَتَفَيَّؤُاْ ظِلَٰلُهُۥ عَنِ ٱلۡيَمِينِ وَٱلشَّمَآئِلِ سُجَّدٗا لِّلَّهِ وَهُمۡ دَٰخِرُونَ ﴿48﴾

Məgər onlar Allahın xəlq etdiyi hər hansı bir şeyi müşa­hidə etmə­yib­lərmi? Onların köl­gələri müti surətdə Allaha səc­də edərək sağa-sola əyilir.

16:49

وَلِلَّهِۤ يَسۡجُدُۤ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ مِن دَآبَّةٖ وَٱلۡمَلَـٰٓئِكَةُ وَهُمۡ لَا يَسۡتَكۡبِرُونَ ﴿49﴾

Göylərdə və yerdə olan­la­rın ha­mısı, heyvanlar da, mə­ləklər də təkəb­bür göstər­mə­dən Allaha səcdə qılırlar.

16:50

يَخَافُونَ رَبَّهُم مِّن فَوۡقِهِمۡ وَيَفۡعَلُونَ مَا يُؤۡمَرُونَ۩ ﴿50﴾

Onlar özlərinin fövqün­də olan Rəb­bindən qorxur və on­lara əmr olu­nanları yerinə yeti­rirlər.

16:51

وَقَالَ ٱللَّهُ لَا تَتَّخِذُوٓاْ إِلَٰهَيۡنِ ٱثۡنَيۡنِۖ إِنَّمَا هُوَ إِلَٰهٞ وَٰحِدٞ فَإِيَّـٰيَ فَٱرۡهَبُونِ ﴿51﴾

Allah: “İki məbuda sita­yiş etmə­yin! O, yalnız Tək bir İlah­dır. Yalnız Mən­dən qor­xun!”– dedi.

16:52

وَلَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلَهُ ٱلدِّينُ وَاصِبًاۚ أَفَغَيۡرَ ٱللَّهِ تَتَّقُونَ ﴿52﴾

Göylərdə və yerdə nə var­sa, Onun­dur. Din də daim Ona məx­susdur. Siz Allahı qo­yub başqasın­danmı qor­xur­su­nuz?

16:53

وَمَا بِكُم مِّن نِّعۡمَةٖ فَمِنَ ٱللَّهِۖ ثُمَّ إِذَا مَسَّكُمُ ٱلضُّرُّ فَإِلَيۡهِ تَجۡـَٔرُونَ ﴿53﴾

Sizə verilən nemətlərin ha­mısı Allahdandır. Sonra sizə bəla gəl­diyi za­man ancaq Ona yalva­rırsınız.

16:54

ثُمَّ إِذَا كَشَفَ ٱلضُّرَّ عَنكُمۡ إِذَا فَرِيقٞ مِّنكُم بِرَبِّهِمۡ يُشۡرِكُونَ ﴿54﴾

Bəlanı sizdən sovuşdur­duq­dan son­ra sizlərdən bəzilə­ri Rəb­bi­nə şərik qoşur.

16:55

لِيَكۡفُرُواْ بِمَآ ءَاتَيۡنَٰهُمۡۚ فَتَمَتَّعُواْ فَسَوۡفَ تَعۡلَمُونَ ﴿55﴾

Onlar Bizim onlara ver­di­yimiz ne­­mətlərə nan­korluq etsin­lər deyə belə edir­lər. Hə­ləlik əy­lənin! Tezliklə biləcək­siniz.

16:56

وَيَجۡعَلُونَ لِمَا لَا يَعۡلَمُونَ نَصِيبٗا مِّمَّا رَزَقۡنَٰهُمۡۗ تَٱللَّهِ لَتُسۡـَٔلُنَّ عَمَّا كُنتُمۡ تَفۡتَرُونَ ﴿56﴾

Onlar özlərinə verdiyi­miz ruzi­dən heç nə dərk et­mək qabi­liyyətində ol­mayanlara pay ayı­rırlar. Allaha and ol­sun ki, atdı­ğı­nız iftiralara görə müt­ləq sorğu-sual olunacaqsınız.

16:57

وَيَجۡعَلُونَ لِلَّهِ ٱلۡبَنَٰتِ سُبۡحَٰنَهُۥ وَلَهُم مَّا يَشۡتَهُونَ ﴿57﴾

Onlar qızları Allaha aid edir­lər. O, pak və müqəddəs­dir. Öz­lərinə isə is­tədik­lərini məx­sus edirlər.

16:58

وَإِذَا بُشِّرَ أَحَدُهُم بِٱلۡأُنثَىٰ ظَلَّ وَجۡهُهُۥ مُسۡوَدّٗا وَهُوَ كَظِيمٞ ﴿58﴾

Onlardan birinə qızı ol­ması ilə müjdə verildikdə hik­kə­sin­dən üzü qap­qara qaralır.

16:59

يَتَوَٰرَىٰ مِنَ ٱلۡقَوۡمِ مِن سُوٓءِ مَا بُشِّرَ بِهِۦٓۚ أَيُمۡسِكُهُۥ عَلَىٰ هُونٍ أَمۡ يَدُسُّهُۥ فِي ٱلتُّرَابِۗ أَلَا سَآءَ مَا يَحۡكُمُونَ ﴿59﴾

Verilən bəd xəbər ucba­tın­dan ca­maatdan gizlənir. Bil­mir nə et­sin, körpə­ni rüsvay­çı­lıq içində saxlasınmı, yoxsa onu torpağa göm­sün? Onların ver­dik­ləri qərar necə də pisdir!

16:60

لِلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ مَثَلُ ٱلسَّوۡءِۖ وَلِلَّهِ ٱلۡمَثَلُ ٱلۡأَعۡلَىٰۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿60﴾

Yaramaz sifət axirətə inan­ma­yan­lara xasdır. Ən Uca sifət isə Allaha məx­susdur. O, Qüd­rət­lidir, Hikmət sahibidir.

16:61

وَلَوۡ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِظُلۡمِهِم مَّا تَرَكَ عَلَيۡهَا مِن دَآبَّةٖ وَلَٰكِن يُؤَخِّرُهُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗىۖ فَإِذَا جَآءَ أَجَلُهُمۡ لَا يَسۡتَـٔۡخِرُونَ سَاعَةٗ وَلَا يَسۡتَقۡدِمُونَ ﴿61﴾

Əgər Allah insanları et­dikləri zülmə görə cəza­lan­dır­say­dı, yer üzün­də heç bir can­lını sağ qoymazdı. Lakin Allah onlara müəyyən vaxta qədər möh­lət ve­­rir. Onların əcəlinin çatdığı an bir­cə saat belə nə yubanar, nə də tezləşə bilər.

16:62

وَيَجۡعَلُونَ لِلَّهِ مَا يَكۡرَهُونَۚ وَتَصِفُ أَلۡسِنَتُهُمُ ٱلۡكَذِبَ أَنَّ لَهُمُ ٱلۡحُسۡنَىٰۚ لَا جَرَمَ أَنَّ لَهُمُ ٱلنَّارَ وَأَنَّهُم مُّفۡرَطُونَ ﴿62﴾

Onlar özlərinin xoş­lama­dıq­ları qız­ları Allaha aid edir­lər. Dil­­ləri də yalan­dan ən gö­zəl aqibətin onların olacağını söy­ləyir. Şüb­hə­siz ki, od onlar üçün ha­zır­lanmış­dır və onlar orada tərk olu­na­­caq­lar.

16:63

تَٱللَّهِ لَقَدۡ أَرۡسَلۡنَآ إِلَىٰٓ أُمَمٖ مِّن قَبۡلِكَ فَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَهُوَ وَلِيُّهُمُ ٱلۡيَوۡمَ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ ﴿63﴾

Allaha and olsun ki, sən­dən əvvəl də ümmətlərə elçilər gön­dərmişdik. Şey­tan isə o ka­fir ümmətlərin əməl­lərini öz­lə­rinə gö­zəl­ gös­tərmişdi. Şeytan bu gün də onların dos­tu­dur. Onlar üçün ağrılı-acılı bir əzab vardır.

16:64

وَمَآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ إِلَّا لِتُبَيِّنَ لَهُمُ ٱلَّذِي ٱخۡتَلَفُواْ فِيهِ وَهُدٗى وَرَحۡمَةٗ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ﴿64﴾

Biz Kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixti­laf­da olduqları şeyləri bə­yan edə­sən və bu, mömin adamlar üçün doğ­ru yol göstəricisi və mər­həmət olsun.

16:65

وَٱللَّهُ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَآۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَسۡمَعُونَ ﴿65﴾

Allah göydən yağmur yağ­dırıb onunla ölmüş yeri di­riltdi. Hə­qiqətən, bunda eşi­dən bir qövm üçün dəlillər vardır.

16:66

وَإِنَّ لَكُمۡ فِي ٱلۡأَنۡعَٰمِ لَعِبۡرَةٗۖ نُّسۡقِيكُم مِّمَّا فِي بُطُونِهِۦ مِنۢ بَيۡنِ فَرۡثٖ وَدَمٖ لَّبَنًا خَالِصٗا سَآئِغٗا لِّلشَّـٰرِبِينَ ﴿66﴾

Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz si­zə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içən­lə­rin boğazından rahat ke­çən təmiz süd içirdirik.

16:67

وَمِن ثَمَرَٰتِ ٱلنَّخِيلِ وَٱلۡأَعۡنَٰبِ تَتَّخِذُونَ مِنۡهُ سَكَرٗا وَرِزۡقًا حَسَنًاۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَعۡقِلُونَ ﴿67﴾

Siz xurma ağacının mey­vələ­rindən və üzümlərdən sər­xoş­edi­ci içki və xe­yir­li ruzi ha­zırla­yırsınız. Həqiqətən, bun­da an­la­yan bir qövm üçün dəlillər var­dır.

16:68

وَأَوۡحَىٰ رَبُّكَ إِلَى ٱلنَّحۡلِ أَنِ ٱتَّخِذِي مِنَ ٱلۡجِبَالِ بُيُوتٗا وَمِنَ ٱلشَّجَرِ وَمِمَّا يَعۡرِشُونَ ﴿68﴾

Rəbbin bal arısına belə vəhy et­di: “Dağlarda, ağac­lar­da və in­sanların düzəlt­dik­ləri çardaq­larda özünə pətək­lər hör.

16:69

ثُمَّ كُلِي مِن كُلِّ ٱلثَّمَرَٰتِ فَٱسۡلُكِي سُبُلَ رَبِّكِ ذُلُلٗاۚ يَخۡرُجُ مِنۢ بُطُونِهَا شَرَابٞ مُّخۡتَلِفٌ أَلۡوَٰنُهُۥ فِيهِ شِفَآءٞ لِّلنَّاسِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ ﴿69﴾

Sonra bütün meyvələr­dən ye və Rəbbinin səndən ötrü asan­laş­dır­dığı yol­larla get”. O arıların qarınlarından tər­ki­bin­də insan­lar üçün şəfa olan müx­tə­lif rəngli bal çıxır. Həqi­qə­tən, bunda dü­şü­nən bir qövm üçün dəlillər vardır.

16:70

وَٱللَّهُ خَلَقَكُمۡ ثُمَّ يَتَوَفَّىٰكُمۡۚ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرۡذَلِ ٱلۡعُمُرِ لِكَيۡ لَا يَعۡلَمَ بَعۡدَ عِلۡمٖ شَيۡـًٔاۚ إِنَّ ٱللَّهَ عَلِيمٞ قَدِيرٞ ﴿70﴾

Sizi Allah yaratmışdır. Sonra O sizi öldürəcək. Siz­lər­dən bəziləri vax­tilə bildiyi şey­ləri unutsun deyə öm­rü­nün ən rəzil ça­ğı­na çatdırılacaq. Hə­qi­qətən, Allah hər şeyi biləndir, hər şeyə qa­dir­dir.

16:71

وَٱللَّهُ فَضَّلَ بَعۡضَكُمۡ عَلَىٰ بَعۡضٖ فِي ٱلرِّزۡقِۚ فَمَا ٱلَّذِينَ فُضِّلُواْ بِرَآدِّي رِزۡقِهِمۡ عَلَىٰ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَهُمۡ فِيهِ سَوَآءٌۚ أَفَبِنِعۡمَةِ ٱللَّهِ يَجۡحَدُونَ ﴿71﴾

Allah ruzi baxımından biri­nizi di­gərindən üstün et­miş­dir. Üs­tünlük ve­ri­lənlər kölə­lə­­rinə öz ruzilərindən ver­mirlər ki, bu yön­dən bərabər olsun­lar. Belə olduğu təqdirdə onlar Al­lahın ne­mə­tini inkarmı edir­lər?

16:72

وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا وَجَعَلَ لَكُم مِّنۡ أَزۡوَٰجِكُم بَنِينَ وَحَفَدَةٗ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِۚ أَفَبِٱلۡبَٰطِلِ يُؤۡمِنُونَ وَبِنِعۡمَتِ ٱللَّهِ هُمۡ يَكۡفُرُونَ ﴿72﴾

Allah sizin üçün özü­nüz­dən zöv­cələr yaratdı, zövcələ­ri­niz­dən də sizin üçün övlad­lar və nəvələr yaratdı və si­zə pak ruzilər ver­di. İndi onlar ba­tilə ina­nıb Allahın nemətini in­karmı edir­lər?

16:73

وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمۡلِكُ لَهُمۡ رِزۡقٗا مِّنَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ شَيۡـٔٗا وَلَا يَسۡتَطِيعُونَ ﴿73﴾

Müşriklər Allahı qoyub on­lara göy­lərdə və yerdə olan ruzi­dən heç bir şey verməyən və buna gücləri çatmayan büt­lərə ibadət edirlər.

16:74

فَلَا تَضۡرِبُواْ لِلَّهِ ٱلۡأَمۡثَالَۚ إِنَّ ٱللَّهَ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ ﴿74﴾

Heç kəsi Allaha oxşat­ma­yın. Hə­qiqətən, Allah bilir, siz isə bil­mirsiniz.