quranm◉

Səhifə 11

Range
from 2:70 to 2:76
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

2:70

قَالُواْ ٱدۡعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا هِيَ إِنَّ ٱلۡبَقَرَ تَشَٰبَهَ عَلَيۡنَا وَإِنَّآ إِن شَآءَ ٱللَّهُ لَمُهۡتَدُونَ ﴿70﴾

Onlar dedilər: “Bizim üçün Rəbbinə dua et ki, onun nə cür inək ol­du­ğu­nu bizə bil­dirsin! Çünki bu inəklər bizə bən­zər gö­rü­nür. Əgər Allah istəsə, biz düz yola yönələrik.”

2:71

قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٞ لَّا ذَلُولٞ تُثِيرُ ٱلۡأَرۡضَ وَلَا تَسۡقِي ٱلۡحَرۡثَ مُسَلَّمَةٞ لَّا شِيَةَ فِيهَاۚ قَالُواْ ٱلۡـَٰٔنَ جِئۡتَ بِٱلۡحَقِّۚ فَذَبَحُوهَا وَمَا كَادُواْ يَفۡعَلُونَ ﴿71﴾

Musa dedi: “Allah bu­yu­rur ki, o, nə yer şumlamağa, nə də əkin su­var­ma­ğa ram edil­miş, üstəlik, sağ­lam­ və heç bir ləkə-qüsuru olmayan bir inəkdir.” Onlar: “İndi sən əsl həqi­qəti bil­dir­din!”– dedilər və onu kəsdi­lər. Hal­buki az qala bunu yeri­nə ye­tir­mə­yə­cək­di­lər.

2:72

وَإِذۡ قَتَلۡتُمۡ نَفۡسٗا فَٱدَّـٰرَ ٰٔتُمۡ فِيهَاۖ وَٱللَّهُ مُخۡرِجٞ مَّا كُنتُمۡ تَكۡتُمُونَ ﴿72﴾

O zaman siz bir nəfəri öl­dür­müş­dünüz və onun qatili ba­rə­sin­də müba­hisə edirdiniz. Halbuki Allah gizlətdik­lərinizi aşkara çı­xarandır.

2:73

فَقُلۡنَا ٱضۡرِبُوهُ بِبَعۡضِهَاۚ كَذَٰلِكَ يُحۡيِ ٱللَّهُ ٱلۡمَوۡتَىٰ وَيُرِيكُمۡ ءَايَٰتِهِۦ لَعَلَّكُمۡ تَعۡقِلُونَ ﴿73﴾

Biz dedik: “İnəyin bir par­çası­nı ölüyə vurun!” Allah ölü­ləri bu cür diril­dir və Öz ayə­lərini si­zə göstərir ki, bəl­kə an­la­yasınız.

2:74

ثُمَّ قَسَتۡ قُلُوبُكُم مِّنۢ بَعۡدِ ذَٰلِكَ فَهِيَ كَٱلۡحِجَارَةِ أَوۡ أَشَدُّ قَسۡوَةٗۚ وَإِنَّ مِنَ ٱلۡحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنۡهُ ٱلۡأَنۡهَٰرُۚ وَإِنَّ مِنۡهَا لَمَا يَشَّقَّقُ فَيَخۡرُجُ مِنۡهُ ٱلۡمَآءُۚ وَإِنَّ مِنۡهَا لَمَا يَهۡبِطُ مِنۡ خَشۡيَةِ ٱللَّهِۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ﴿74﴾

Sonra bunun ardınca qəlb­ləriniz sərtləşib daş ki­mi, hət­­ta ondan da sərt oldu. Həqi­qə­­tən, daş­lardan eləsi var ki, içə­ri­sin­dən çaylar qaynayıb çı­xar. On­lardan elə­si də var ki, yarılar, içə­ri­sindən su çıxar. Eləsi də var ki, Allahın qorxu­sundan yuvarla­nıb ye­rə dü­şər. Allah sizin et­diklərinizdən qafil de­yil­dir.

2:75

أَفَتَطۡمَعُونَ أَن يُؤۡمِنُواْ لَكُمۡ وَقَدۡ كَانَ فَرِيقٞ مِّنۡهُمۡ يَسۡمَعُونَ كَلَٰمَ ٱللَّهِ ثُمَّ يُحَرِّفُونَهُۥ مِنۢ بَعۡدِ مَا عَقَلُوهُ وَهُمۡ يَعۡلَمُونَ ﴿75﴾

Siz yəhudilərin sizə ina­na­caq­la­rınamı ümid edirsiniz? Hal­buki on­lar­dan elə bir zümrə var idi ki, Allahın Sö­zü­nü eşi­dib anla­dıq­dan sonra, bilə-bilə onu təhrif edirdilər.

2:76

وَإِذَا لَقُواْ ٱلَّذِينَ ءَامَنُواْ قَالُوٓاْ ءَامَنَّا وَإِذَا خَلَا بَعۡضُهُمۡ إِلَىٰ بَعۡضٖ قَالُوٓاْ أَتُحَدِّثُونَهُم بِمَا فَتَحَ ٱللَّهُ عَلَيۡكُمۡ لِيُحَآجُّوكُم بِهِۦ عِندَ رَبِّكُمۡۚ أَفَلَا تَعۡقِلُونَ ﴿76﴾

Onlar möminlərlə rast­la­­şan­da: “Biz iman gətirdik!”– de­yir, bir-birləri ilə xəlvətdə qalan­da isə: “Allahın sizə bil­dirdiyini on­la­ra danışırsınız ki, Rəb­bi­nizin yanında bunu sizə qarşı dəlil gə­tir­sin­lər?! Məgər başa düşmürsü­nüz?!”– deyir­lər.