quranm◉

Səhifə 10

Range
from 2:62 to 2:69
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

2:62

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَٱلَّذِينَ هَادُواْ وَٱلنَّصَٰرَىٰ وَٱلصَّـٰبِـِٔينَ مَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَعَمِلَ صَٰلِحٗا فَلَهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡ وَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ﴿62﴾

Şübhəsiz ki, möminlə­rin, yə­­hudilərdən, nəsranilərdən və sabiilər­dən Al­laha və Axirət gününə iman gə­ti­rənlərin və yaxşı iş gö­rən­lə­rin mü­kafatı öz Rəbbi yanın­da­dır. Onlara heç bir qor­xu yoxdur və on­lar kədərlən­mə­yəcəklər.

2:63

وَإِذۡ أَخَذۡنَا مِيثَٰقَكُمۡ وَرَفَعۡنَا فَوۡقَكُمُ ٱلطُّورَ خُذُواْ مَآ ءَاتَيۡنَٰكُم بِقُوَّةٖ وَٱذۡكُرُواْ مَا فِيهِ لَعَلَّكُمۡ تَتَّقُونَ ﴿63﴾

Bir zaman sizdən əhd-peyman aldıq, Tur dağını başınız üs­tünə qal­dırdıq və buyurduq: “Si­zə ver­diyi­mizdən möh­kəm ya­pışın və onun için­dəkiləri ya­da salın ki, bəlkə Allahdan qor­xasınız!”

2:64

ثُمَّ تَوَلَّيۡتُم مِّنۢ بَعۡدِ ذَٰلِكَۖ فَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ لَكُنتُم مِّنَ ٱلۡخَٰسِرِينَ ﴿64﴾

Sonra bunun ardınca siz yenə üz döndərdiniz. Əgər sizə Alla­hın lütfü və rəhmi olma­say­dı, əlbəttə, ziyana uğra­yan­lardan olar­dınız.

2:65

وَلَقَدۡ عَلِمۡتُمُ ٱلَّذِينَ ٱعۡتَدَوۡاْ مِنكُمۡ فِي ٱلسَّبۡتِ فَقُلۡنَا لَهُمۡ كُونُواْ قِرَدَةً خَٰسِـِٔينَ ﴿65﴾

Siz artıq içərinizdən şən­bə günü həddi aşanları tanı­yırsınız. Biz də on­la­ra: “Mən­fur mey­mun­­lar olun!”– dedik.

2:66

فَجَعَلۡنَٰهَا نَكَٰلٗا لِّمَا بَيۡنَ يَدَيۡهَا وَمَا خَلۡفَهَا وَمَوۡعِظَةٗ لِّلۡمُتَّقِينَ ﴿66﴾

Biz bunu onlarla bir dövr­­də olanlar və onlardan sonra gə­lən­lər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik.

2:67

وَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِۦٓ إِنَّ ٱللَّهَ يَأۡمُرُكُمۡ أَن تَذۡبَحُواْ بَقَرَةٗۖ قَالُوٓاْ أَتَتَّخِذُنَا هُزُوٗاۖ قَالَ أَعُوذُ بِٱللَّهِ أَنۡ أَكُونَ مِنَ ٱلۡجَٰهِلِينَ ﴿67﴾

Bir zaman Musa öz qövmünə dedi: “Allah sizə bir inək kəs­mə­nizi əmr edir!” Onlar: “Sən bi­zi ələ salırsan?!”– dedi­lər. Musa: “Ca­hillərdən ol­maqdan Alla­­ha sığı­nı­ram!”– dedi.

2:68

قَالُواْ ٱدۡعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا هِيَۚ قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٞ لَّا فَارِضٞ وَلَا بِكۡرٌ عَوَانُۢ بَيۡنَ ذَٰلِكَۖ فَٱفۡعَلُواْ مَا تُؤۡمَرُونَ ﴿68﴾

Onlar dedilər: “Bizim üçün Rəbbinə dua et ki, onun nə cür inək ol­du­ğu­nu bizə bildirsin!” Musa dedi: “Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bun­ların iki­si­nin arasın­da olan or­ta yaşlı bir inək­dir. Sizə nə əmr edilirsə, onu ye­rinə yeti­rin!”

2:69

قَالُواْ ٱدۡعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا لَوۡنُهَاۚ قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٞ صَفۡرَآءُ فَاقِعٞ لَّوۡنُهَا تَسُرُّ ٱلنَّـٰظِرِينَ ﴿69﴾

Onlar dedilər: “Bizim üçün Rəbbinə dua et ki, onun rəngini də bizə bil­dir­sin!” Musa dedi: “Allah bu­yurur ki, o, sarı rəngli par­laq, həm də baxan­ların xoşuna gələn bir inək­dir.”