quranm◉

Səhifə 122

Range
from 5:83 to 5:89
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

5:83

وَإِذَا سَمِعُواْ مَآ أُنزِلَ إِلَى ٱلرَّسُولِ تَرَىٰٓ أَعۡيُنَهُمۡ تَفِيضُ مِنَ ٱلدَّمۡعِ مِمَّا عَرَفُواْ مِنَ ٱلۡحَقِّۖ يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱكۡتُبۡنَا مَعَ ٱلشَّـٰهِدِينَ ﴿83﴾

Allahın elçisinə nazil edi­lə­ni din­lədikləri zaman haqqı bil­dik­lə­ri­nə görə onların göz­lə­rinin yaşla dolduğunu gö­rər­sən. On­lar de­yər­lər: “Ey Rəb­bimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir ye­rə yaz!

5:84

وَمَا لَنَا لَا نُؤۡمِنُ بِٱللَّهِ وَمَا جَآءَنَا مِنَ ٱلۡحَقِّ وَنَطۡمَعُ أَن يُدۡخِلَنَا رَبُّنَا مَعَ ٱلۡقَوۡمِ ٱلصَّـٰلِحِينَ ﴿84﴾

Nə üçün biz Allaha və bi­zə gələn haqqa inanmayaq? Biz ki Rəbbimizin bizi əməli­saleh ca­maatla birlikdə Cən­nə­tə daxil edə­­cə­yi­nə ümid edi­rik”.

5:85

فَأَثَٰبَهُمُ ٱللَّهُ بِمَا قَالُواْ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ وَذَٰلِكَ جَزَآءُ ٱلۡمُحۡسِنِينَ ﴿85﴾

Belə dediklərinə görə də Allah on­ları ağacları altından çay­lar axan, için­də əbədi qala­caq­ları cən­nətlərlə mü­kafat­lan­dır­dı. Yaxşı iş görən­lərin mü­ka­fatı budur.

5:86

وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَآ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَحِيمِ ﴿86﴾

Kafir olub ayələrimizi ya­lan sa­yan­lar Cəhənnəm sakin­­lə­ri­dir­lər.

5:87

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُحَرِّمُواْ طَيِّبَٰتِ مَآ أَحَلَّ ٱللَّهُ لَكُمۡ وَلَا تَعۡتَدُوٓاْۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡمُعۡتَدِينَ ﴿87﴾

Ey iman gətirənlər! Alla­hın sizə ha­lal buyurduğu tə­miz ru­zi­­ləri haram etməyin və həd­di aş­mayın. Həqiqətən, Allah həddi aşan­ları sevmir.

5:88

وَكُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَٰلٗا طَيِّبٗاۚ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِيٓ أَنتُم بِهِۦ مُؤۡمِنُونَ ﴿88﴾

Allahın sizə ruzi olaraq ver­diyi ha­lal, təmiz nemətlər­dən ye­yin və iman gətirmiş olduğunuz Allahdan qorxun!

5:89

لَا يُؤَاخِذُكُمُ ٱللَّهُ بِٱللَّغۡوِ فِيٓ أَيۡمَٰنِكُمۡ وَلَٰكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ ٱلۡأَيۡمَٰنَۖ فَكَفَّـٰرَتُهُۥٓ إِطۡعَامُ عَشَرَةِ مَسَٰكِينَ مِنۡ أَوۡسَطِ مَا تُطۡعِمُونَ أَهۡلِيكُمۡ أَوۡ كِسۡوَتُهُمۡ أَوۡ تَحۡرِيرُ رَقَبَةٖۖ فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ ثَلَٰثَةِ أَيَّامٖۚ ذَٰلِكَ كَفَّـٰرَةُ أَيۡمَٰنِكُمۡ إِذَا حَلَفۡتُمۡۚ وَٱحۡفَظُوٓاْ أَيۡمَٰنَكُمۡۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمۡ ءَايَٰتِهِۦ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿89﴾

Allah sizi qəsdiniz olma­dan içdi­yi­niz andlara görə cə­zalan­dır­­maz, lakin O, sizi qəsd­lə içdi­yi­niz andlara görə cəza­landı­racaq­dır. Bu­nun kəf­farəsi öz ailə­nizə yedirtdi­yi­ni­zin or­ta hesabı də­yə­rin­də ya on kası­bı ye­dirt­mək və ya onları geyin­dirmək və yaxud da bir köləni azad et­məkdir. Kəf­farə vermək üçün bir şey tapmayan kim­sə üç gün oruc tutmalıdır. Bu, and içib son­ra poz­­du­ğunuz and­la­rınızın kəf­farə­si­dir. And­la­rı­nı­zı qoruyun! Allah Öz ayələri­ni sizə bu cür bəyan edir ki, bəl­kə şü­kür edə­siniz.