quranm◉

Səhifə 123

Range
from 5:90 to 5:95
Surahs covered
Tərcümə
6 Tərcümə

◉

5:90

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّمَا ٱلۡخَمۡرُ وَٱلۡمَيۡسِرُ وَٱلۡأَنصَابُ وَٱلۡأَزۡلَٰمُ رِجۡسٞ مِّنۡ عَمَلِ ٱلشَّيۡطَٰنِ فَٱجۡتَنِبُوهُ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ﴿90﴾

Ey iman gətirənlər! Şüb­hə­siz ki, sərxoşedici içki də, qu­mar da, tapınmaq məqsədilə dik qo­yul­muş daşlar da, fal oxları da şey­tan əmə­lindən olan mur­dar şey­lərdir. Bunlardan çə­kinin ki, bəl­kə ni­cat tapa­sınız.

5:91

إِنَّمَا يُرِيدُ ٱلشَّيۡطَٰنُ أَن يُوقِعَ بَيۡنَكُمُ ٱلۡعَدَٰوَةَ وَٱلۡبَغۡضَآءَ فِي ٱلۡخَمۡرِ وَٱلۡمَيۡسِرِ وَيَصُدَّكُمۡ عَن ذِكۡرِ ٱللَّهِ وَعَنِ ٱلصَّلَوٰةِۖ فَهَلۡ أَنتُم مُّنتَهُونَ ﴿91﴾

Həqiqətən, şeytan sər­xoş­edici içki və qumar vasitəsilə si­zin aranıza ədavət və kin sal­maq, sizi Allahı yad etməkdən və na­maz­dan ayırmaq istəyər. Siz bu­na son qoyacaqsınızmı?

5:92

وَأَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ وَٱحۡذَرُواْۚ فَإِن تَوَلَّيۡتُمۡ فَٱعۡلَمُوٓاْ أَنَّمَا عَلَىٰ رَسُولِنَا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ﴿92﴾

Allaha itaət edin, Onun El­çisinə ita­ət edin və asi ol­maq­dan çə­kinin! Əgər üz çevir­sə­niz, bilin ki, Elçimizin öh­də­si­nə düşən an­caq açıq-aydın təb­liğ et­mək­dir.

5:93

لَيۡسَ عَلَى ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ جُنَاحٞ فِيمَا طَعِمُوٓاْ إِذَا مَا ٱتَّقَواْ وَّءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ ثُمَّ ٱتَّقَواْ وَّءَامَنُواْ ثُمَّ ٱتَّقَواْ وَّأَحۡسَنُواْۚ وَٱللَّهُ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ ﴿93﴾

İman gətirib yaxşı işlər gö­rən­lə­rə, Allahdan qorxaraq iman gə­tirib yaxşı işlər gör­dük­ləri, son­ra yenə Allahdan qor­­xa­raq iman gə­tir­dikləri, sonra ye­nə də Allah­dan qorxa­raq yaxşı işlər gör­dük­lə­ri təq­dirdə, ha­ram edil­məmişdən əv­vəl dad­­dıqları şey­lərə görə heç bir gü­nah gəl­məz. Allah yaxşı iş görənləri se­vir.

5:94

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَيَبۡلُوَنَّكُمُ ٱللَّهُ بِشَيۡءٖ مِّنَ ٱلصَّيۡدِ تَنَالُهُۥٓ أَيۡدِيكُمۡ وَرِمَاحُكُمۡ لِيَعۡلَمَ ٱللَّهُ مَن يَخَافُهُۥ بِٱلۡغَيۡبِۚ فَمَنِ ٱعۡتَدَىٰ بَعۡدَ ذَٰلِكَ فَلَهُۥ عَذَابٌ أَلِيمٞ ﴿94﴾

Ey iman gətirənlər! Allah sizi əllə­ri­nizin və nizələrinizin ça­ta biləcəyi bir ovla imtahan edə­cək ki, Allah, gizlində (ya­xud Onun Özünü görmədən) kimin Ondan qorxduğunu üzə çıxar­sın. Bun­dan sonra həddi aşan kimsə üçün isə ağrılı-acılı bir əzab ha­zırlan­mış­dır.

5:95

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَقۡتُلُواْ ٱلصَّيۡدَ وَأَنتُمۡ حُرُمٞۚ وَمَن قَتَلَهُۥ مِنكُم مُّتَعَمِّدٗا فَجَزَآءٞ مِّثۡلُ مَا قَتَلَ مِنَ ٱلنَّعَمِ يَحۡكُمُ بِهِۦ ذَوَا عَدۡلٖ مِّنكُمۡ هَدۡيَۢا بَٰلِغَ ٱلۡكَعۡبَةِ أَوۡ كَفَّـٰرَةٞ طَعَامُ مَسَٰكِينَ أَوۡ عَدۡلُ ذَٰلِكَ صِيَامٗا لِّيَذُوقَ وَبَالَ أَمۡرِهِۦۗ عَفَا ٱللَّهُ عَمَّا سَلَفَۚ وَمَنۡ عَادَ فَيَنتَقِمُ ٱللَّهُ مِنۡهُۚ وَٱللَّهُ عَزِيزٞ ذُو ٱنتِقَامٍ ﴿95﴾

Ey iman gətirənlər! İh­ram­da ikən ovu öldürməyin. Sizlər­dən kim onu qəs­dən öl­dü­rərsə, kəffarəsi öldür­düyünün mislində bir qur­banlıq heyvanı əvəz ödə­mək­dir. Buna sizlər­dən iki ədalət­li kişi qərar ver­məli, sonra da hə­min qurbanlıq heyvan Kə­bəyə çat­dı­rıl­ma­lı­­dır. Yaxud kəf­farə ola­raq kasıbları yedirtməli, ya­xud da buna bə­rabər oruc tutmalıdır ki, öz işi­nin zərərini dadsın. Allah olub-ke­çən­ləri ba­ğışlamışdır. Hər kim yenə bu günaha qa­yıtsa, Allah on­dan in­ti­qam alar. Allah Qüd­rətlidir, inti­qam al­mağa qa­dirdir.