quranm◉

Səhifə 126

Range
from 5:109 to 5:113
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

5:109

يَوۡمَ يَجۡمَعُ ٱللَّهُ ٱلرُّسُلَ فَيَقُولُ مَاذَآ أُجِبۡتُمۡۖ قَالُواْ لَا عِلۡمَ لَنَآۖ إِنَّكَ أَنتَ عَلَّـٰمُ ٱلۡغُيُوبِ ﴿109﴾

Allah elçilərini topla­ya­­cağı gün deyəcək: “Sizə nə ca­vab verildi?” Onlar isə: “Bi­zim el­mimiz yoxdur. Şüb­həsiz ki, qeyb­ləri bilən Sənsən!”– de­yə­cəklər.

5:110

إِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ ٱذۡكُرۡ نِعۡمَتِي عَلَيۡكَ وَعَلَىٰ وَٰلِدَتِكَ إِذۡ أَيَّدتُّكَ بِرُوحِ ٱلۡقُدُسِ تُكَلِّمُ ٱلنَّاسَ فِي ٱلۡمَهۡدِ وَكَهۡلٗاۖ وَإِذۡ عَلَّمۡتُكَ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَۖ وَإِذۡ تَخۡلُقُ مِنَ ٱلطِّينِ كَهَيۡـَٔةِ ٱلطَّيۡرِ بِإِذۡنِي فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيۡرَۢا بِإِذۡنِيۖ وَتُبۡرِئُ ٱلۡأَكۡمَهَ وَٱلۡأَبۡرَصَ بِإِذۡنِيۖ وَإِذۡ تُخۡرِجُ ٱلۡمَوۡتَىٰ بِإِذۡنِيۖ وَإِذۡ كَفَفۡتُ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ عَنكَ إِذۡ جِئۡتَهُم بِٱلۡبَيِّنَٰتِ فَقَالَ ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ ﴿110﴾

Allah deyəcək: “Ey Mər­yəm oğlu İsa! Sənə və ana­na olan nemətimi xatırla! O za­man səni müqəddəs ruhla qüv­vətlən­dir­miş­dim. Sən həm be­şikdə ikən, həm də yet­kin ça­ğında in­san­lar­la da­nı­şırdın. Sə­nə yazmağı, hik­mə­ti, Töv­ratı və İncili öyrət­miş­dim. Sən Mə­nim iznimlə palçıqdan quşa bənzər bir şey düzəl­dib ona üfü­rürdün, o da Mənim iz­nim­­lə quş olurdu. Sən Mənim iz­nim­lə ana­dangəlmə koru və cüzam xəs­tə­li­yinə tutu­lanı sa­ğaldır və Mə­nim iznim­lə ölü­ləri dirildirdin. Sən İs­rail oğul­la­rı­nın yanına açıq-ay­dın də­lillərlə gəldik­də Mən on­ları səndən dəf etmişdim. On­lar­dan kafir olanlar isə demiş­di­lər: “Bu, açıq-aydın sehrdən baş­qa bir şey deyildir”.

5:111

وَإِذۡ أَوۡحَيۡتُ إِلَى ٱلۡحَوَارِيِّـۧنَ أَنۡ ءَامِنُواْ بِي وَبِرَسُولِي قَالُوٓاْ ءَامَنَّا وَٱشۡهَدۡ بِأَنَّنَا مُسۡلِمُونَ ﴿111﴾

Bir zaman Mən həvari­lə­rə: “Mə­nə və elçimə iman gə­­ti­rin!”– deyə vəhy etmişdim. Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz müsəlman­la­rıq!”– de­miş­dilər.

5:112

إِذۡ قَالَ ٱلۡحَوَارِيُّونَ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ هَلۡ يَسۡتَطِيعُ رَبُّكَ أَن يُنَزِّلَ عَلَيۡنَا مَآئِدَةٗ مِّنَ ٱلسَّمَآءِۖ قَالَ ٱتَّقُواْ ٱللَّهَ إِن كُنتُم مُّؤۡمِنِينَ ﴿112﴾

Bir zaman həvarilər de­­­miş­dilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göy­dən bir süfrə en­dirə bilərmi?” O da on­la­ra de­miş­di: “Əgər mömin­sinizsə, Allah­dan qorxun”.

5:113

قَالُواْ نُرِيدُ أَن نَّأۡكُلَ مِنۡهَا وَتَطۡمَئِنَّ قُلُوبُنَا وَنَعۡلَمَ أَن قَدۡ صَدَقۡتَنَا وَنَكُونَ عَلَيۡهَا مِنَ ٱلشَّـٰهِدِينَ ﴿113﴾

Onlar demişdilər: “Biz is­təyirik ki, ondan yeyək, qəlb­lə­ri­miz ra­hat ol­sun, bizə doğru söy­lədiyini bilək və o möcü­zəyə şa­hid­lik edənlərdən olaq”.