quranm◉

Səhifə 125

Range
from 5:104 to 5:108
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

5:104

وَإِذَا قِيلَ لَهُمۡ تَعَالَوۡاْ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ قَالُواْ حَسۡبُنَا مَا وَجَدۡنَا عَلَيۡهِ ءَابَآءَنَآۚ أَوَلَوۡ كَانَ ءَابَآؤُهُمۡ لَا يَعۡلَمُونَ شَيۡـٔٗا وَلَا يَهۡتَدُونَ ﴿104﴾

Onlara: “Allahın nazil et­diyinə və göndərdiyi Elçiyə tə­rəf gəlin”– deyil­dikdə: “Ata­la­rı­mı­zın tutduğu yol bizə bəs­ edər”– de­yirlər. Əgər ataları bir şey bil­mə­yib, doğru yola yö­nəl­­məyiblərsə, on­da necə olsun?

5:105

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ عَلَيۡكُمۡ أَنفُسَكُمۡۖ لَا يَضُرُّكُم مَّن ضَلَّ إِذَا ٱهۡتَدَيۡتُمۡۚ إِلَى ٱللَّهِ مَرۡجِعُكُمۡ جَمِيعٗا فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿105﴾

Ey iman gətirənlər! Öz qeydini­zə qalın! Siz doğru yol­da ol­sanız, haqq yoldan azmış­lar sizə zərər yetirə bilməz­lər. Ha­mı­­nı­zın dönüşü Allaha ola­caq və O, et­di­yiniz əməllər ba­rədə sizə xə­bər verəcəkdir.

5:106

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ شَهَٰدَةُ بَيۡنِكُمۡ إِذَا حَضَرَ أَحَدَكُمُ ٱلۡمَوۡتُ حِينَ ٱلۡوَصِيَّةِ ٱثۡنَانِ ذَوَا عَدۡلٖ مِّنكُمۡ أَوۡ ءَاخَرَانِ مِنۡ غَيۡرِكُمۡ إِنۡ أَنتُمۡ ضَرَبۡتُمۡ فِي ٱلۡأَرۡضِ فَأَصَٰبَتۡكُم مُّصِيبَةُ ٱلۡمَوۡتِۚ تَحۡبِسُونَهُمَا مِنۢ بَعۡدِ ٱلصَّلَوٰةِ فَيُقۡسِمَانِ بِٱللَّهِ إِنِ ٱرۡتَبۡتُمۡ لَا نَشۡتَرِي بِهِۦ ثَمَنٗا وَلَوۡ كَانَ ذَا قُرۡبَىٰ وَلَا نَكۡتُمُ شَهَٰدَةَ ٱللَّهِ إِنَّآ إِذٗا لَّمِنَ ٱلۡأٓثِمِينَ ﴿106﴾

Ey iman gətirənlər! Siz­lərdən bir kimsəyə ölüm gəl­di­yi zaman, vəsiyyət vaxtı içi­niz­dən iki ədalətli kişi, bir yerə səfərə çıx­­dığınız zaman başı­nı­za ölüm mü­sibəti gəldikdə isə özünüzdən ol­ma­yan iki kişi aranızda şahidlik etsin. Əgər özünüzdən olmayan şa­hidlərə şüb­hə etsə­niz, namaz­dan sonra hər ikisini sax­layın və qoy onlar: “Biz bu andımızı lap ya­xın qo­humlara belə heç bir qiy­mətə satma­rıq və Allahın şahid­li­yi­ni giz­lət­mə­rik. Əks halda biz, şüb­həsiz ki, gü­nah­­karlardan olarıq”– deyə and içsinlər.

5:107

فَإِنۡ عُثِرَ عَلَىٰٓ أَنَّهُمَا ٱسۡتَحَقَّآ إِثۡمٗا فَـَٔاخَرَانِ يَقُومَانِ مَقَامَهُمَا مِنَ ٱلَّذِينَ ٱسۡتَحَقَّ عَلَيۡهِمُ ٱلۡأَوۡلَيَٰنِ فَيُقۡسِمَانِ بِٱللَّهِ لَشَهَٰدَتُنَآ أَحَقُّ مِن شَهَٰدَتِهِمَا وَمَا ٱعۡتَدَيۡنَآ إِنَّآ إِذٗا لَّمِنَ ٱلظَّـٰلِمِينَ ﴿107﴾

Əgər hər ikisinin gü­nah iş tut­duq­ları aşkar edilsə, o za­man onların ye­rini haqsız­lığa məruz qalanlardan ölən şəxsə daha ya­xın olan iki kişi tutar və onlar: “Əl­bəttə, bizim şa­hid­liyimiz o iki nə­fə­rin şa­hid­li­yin­dən daha doğru­dur və biz həd­di aşmadıq. Əks hal­da biz, şüb­həsiz ki, zalımlar­dan olarıq”– deyə and içərlər.

5:108

ذَٰلِكَ أَدۡنَىٰٓ أَن يَأۡتُواْ بِٱلشَّهَٰدَةِ عَلَىٰ وَجۡهِهَآ أَوۡ يَخَافُوٓاْ أَن تُرَدَّ أَيۡمَٰنُۢ بَعۡدَ أَيۡمَٰنِهِمۡۗ وَٱتَّقُواْ ٱللَّهَ وَٱسۡمَعُواْۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ ﴿108﴾

Bu, onların olduğu ki­mi şahidlik etmələri və ya and­la­rı­nın sonradan va­rislər tərə­fin­­dən baş­qa andlarla rədd edil­məsindən qorx­­maları üçün da­ha mü­na­sibdir. Allahdan qor­xun və qulaq asın! Allah gü­nahkar tayfanı doğru yo­la yö­nəltməz.