quranm◉

Səhifə 152

Range
from 7:12 to 7:22
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

7:12

قَالَ مَا مَنَعَكَ أَلَّا تَسۡجُدَ إِذۡ أَمَرۡتُكَۖ قَالَ أَنَا۠ خَيۡرٞ مِّنۡهُ خَلَقۡتَنِي مِن نَّارٖ وَخَلَقۡتَهُۥ مِن طِينٖ ﴿12﴾

Allah dedi: “Mən sənə əmr etdik­də sənə səcdə etməyə nə ma­ne oldu?” İblis dedi: “Mən on­dan daha üstünəm. Çünki Sən mə­ni oddan, onu isə pal­çıq­dan yaratmısan!”

7:13

قَالَ فَٱهۡبِطۡ مِنۡهَا فَمَا يَكُونُ لَكَ أَن تَتَكَبَّرَ فِيهَا فَٱخۡرُجۡ إِنَّكَ مِنَ ٱلصَّـٰغِرِينَ ﴿13﴾

Allah buyurdu: “Oradan aşa­ğı en! Orada təkəbbür­lük gös­tər­mək sənə ya­ramaz. Çıx get, çünki sən alçaldılmış­lar­dan­san”.

7:14

قَالَ أَنظِرۡنِيٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ ﴿14﴾

İblis dedi: “Onların diril­diləcəyi günə qədər mənə möh­lət ver”.

7:15

قَالَ إِنَّكَ مِنَ ٱلۡمُنظَرِينَ ﴿15﴾

Allah dedi: “Şübhəsiz ki, sən möh­lət verilənlərdənsən”.

7:16

قَالَ فَبِمَآ أَغۡوَيۡتَنِي لَأَقۡعُدَنَّ لَهُمۡ صِرَٰطَكَ ٱلۡمُسۡتَقِيمَ ﴿16﴾

İblis dedi: “Sən məni yol­dan çı­xart­dığına görə mən də Sə­nin düz yo­lu­nun üstündə oturub insanları tov­la­ya­ca­ğam.

7:17

ثُمَّ لَأٓتِيَنَّهُم مِّنۢ بَيۡنِ أَيۡدِيهِمۡ وَمِنۡ خَلۡفِهِمۡ وَعَنۡ أَيۡمَٰنِهِمۡ وَعَن شَمَآئِلِهِمۡۖ وَلَا تَجِدُ أَكۡثَرَهُمۡ شَٰكِرِينَ ﴿17﴾

Sonra onların yanına ön­lə­rindən və arxalarından, sağ­la­rın­dan və sol­la­rın­dan gələcə­yəm və Sən onların ək­sə­riy­yə­ti­ni şükür edən görməyə­cək­sən”.

7:18

قَالَ ٱخۡرُجۡ مِنۡهَا مَذۡءُومٗا مَّدۡحُورٗاۖ لَّمَن تَبِعَكَ مِنۡهُمۡ لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنكُمۡ أَجۡمَعِينَ ﴿18﴾

Allah buyurdu: “Oradan mənfur və qovulmuş halda çıx! On­lardan hər kəs sənin ar­dın­ca getsə, əlbəttə, Cə­hən­nəmi si­zin ha­mınızla doldu­raca­ğam.

7:19

وَيَـٰٓـَٔادَمُ ٱسۡكُنۡ أَنتَ وَزَوۡجُكَ ٱلۡجَنَّةَ فَكُلَا مِنۡ حَيۡثُ شِئۡتُمَا وَلَا تَقۡرَبَا هَٰذِهِ ٱلشَّجَرَةَ فَتَكُونَا مِنَ ٱلظَّـٰلِمِينَ ﴿19﴾

Ey Adəm, sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Bə­yən­diyiniz yer­lər­də yeyin, an­caq bu ağaca yaxın­laş­ma­yın! Yox­sa öz­lə­ri­nə zülm edənlər­dən olar­­sı­nız”.

7:20

فَوَسۡوَسَ لَهُمَا ٱلشَّيۡطَٰنُ لِيُبۡدِيَ لَهُمَا مَا وُۥرِيَ عَنۡهُمَا مِن سَوۡءَٰتِهِمَا وَقَالَ مَا نَهَىٰكُمَا رَبُّكُمَا عَنۡ هَٰذِهِ ٱلشَّجَرَةِ إِلَّآ أَن تَكُونَا مَلَكَيۡنِ أَوۡ تَكُونَا مِنَ ٱلۡخَٰلِدِينَ ﴿20﴾

Şeytan onların bir-birin­dən gizli qalan ayıb yerlərini öz­lə­ri­nə göstərmək üçün on­lara pıçıldayıb dedi: “Rəbbi­niz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya Cənnətdə əbə­di qalan­lar­dan olmayasınız”.

7:21

وَقَاسَمَهُمَآ إِنِّي لَكُمَا لَمِنَ ٱلنَّـٰصِحِينَ ﴿21﴾

Üstəlik onlara: “Şübhə­siz ki, mən sizin nəsihətçi­ləri­niz­də­nəm”– deyə and içdi.

7:22

فَدَلَّىٰهُمَا بِغُرُورٖۚ فَلَمَّا ذَاقَا ٱلشَّجَرَةَ بَدَتۡ لَهُمَا سَوۡءَٰتُهُمَا وَطَفِقَا يَخۡصِفَانِ عَلَيۡهِمَا مِن وَرَقِ ٱلۡجَنَّةِۖ وَنَادَىٰهُمَا رَبُّهُمَآ أَلَمۡ أَنۡهَكُمَا عَن تِلۡكُمَا ٱلشَّجَرَةِ وَأَقُل لَّكُمَآ إِنَّ ٱلشَّيۡطَٰنَ لَكُمَا عَدُوّٞ مُّبِينٞ ﴿22﴾

Beləliklə, şeytan onları tov­layaraq Cənnətdən aşağı en­dirdi. Hər ikisi ağac­dan dad­dıq­da ayıb yerləri özlərinə gö­ründü və on­lar Cənnət ağac­la­rının yarpaq­ların­dan ayıb yer­lərinin üstünə ört­mə­yə baş­la­dılar. Rəbbi onlara be­lə mü­ra­ciət etdi: “Mən sizə o ağacı qa­­da­ğan etmədimmi və şey­tan si­zin açıq-aş­kar düşməniniz­dir, de­mə­dimmi?”