quranm◉

Səhifə 153

Range
from 7:23 to 7:30
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

7:23

قَالَا رَبَّنَا ظَلَمۡنَآ أَنفُسَنَا وَإِن لَّمۡ تَغۡفِرۡ لَنَا وَتَرۡحَمۡنَا لَنَكُونَنَّ مِنَ ٱلۡخَٰسِرِينَ ﴿23﴾

Hər ikisi: “Ey Rəbbi­miz! Biz özü­müzə zülm etdik. Əgər bizi ba­ğış­la­ma­san və bizə rəhm etməsən, əlbəttə, zi­yana uğ­ra­yan­lar­dan olarıq”– dedilər.

7:24

قَالَ ٱهۡبِطُواْ بَعۡضُكُمۡ لِبَعۡضٍ عَدُوّٞۖ وَلَكُمۡ فِي ٱلۡأَرۡضِ مُسۡتَقَرّٞ وَمَتَٰعٌ إِلَىٰ حِينٖ ﴿24﴾

Allah buyurdu: “Bir-birinizə düşmən kəsilərək yerə enin! Yer­də si­zin üçün mü­əyyən vaxta qədər qə­rar tutacağınız məs­kən və fay­da­lanmaq üçün isti­fadə edəcə­yiniz şeylər vardır”.

7:25

قَالَ فِيهَا تَحۡيَوۡنَ وَفِيهَا تَمُوتُونَ وَمِنۡهَا تُخۡرَجُونَ ﴿25﴾

Allah dedi: “Siz orada ya­şayacaq, orada öləcək və ora­dan çı­xa­rıla­caq­sı­nız”.

7:26

يَٰبَنِيٓ ءَادَمَ قَدۡ أَنزَلۡنَا عَلَيۡكُمۡ لِبَاسٗا يُوَٰرِي سَوۡءَٰتِكُمۡ وَرِيشٗاۖ وَلِبَاسُ ٱلتَّقۡوَىٰ ذَٰلِكَ خَيۡرٞۚ ذَٰلِكَ مِنۡ ءَايَٰتِ ٱللَّهِ لَعَلَّهُمۡ يَذَّكَّرُونَ ﴿26﴾

Ey Adəm oğulları! Sizə ayıb yer­lə­rinizi örtəcək libas və bə­zək-düzək nazil etdik. Təq­va libası isə daha xeyir­li­dir. Bu, Allahın dəlillərindən­dir. Bəl­kə düşünüb onlardan ibrət alası­nız.

7:27

يَٰبَنِيٓ ءَادَمَ لَا يَفۡتِنَنَّكُمُ ٱلشَّيۡطَٰنُ كَمَآ أَخۡرَجَ أَبَوَيۡكُم مِّنَ ٱلۡجَنَّةِ يَنزِعُ عَنۡهُمَا لِبَاسَهُمَا لِيُرِيَهُمَا سَوۡءَٰتِهِمَآۚ إِنَّهُۥ يَرَىٰكُمۡ هُوَ وَقَبِيلُهُۥ مِنۡ حَيۡثُ لَا تَرَوۡنَهُمۡۗ إِنَّا جَعَلۡنَا ٱلشَّيَٰطِينَ أَوۡلِيَآءَ لِلَّذِينَ لَا يُؤۡمِنُونَ ﴿27﴾

Ey Adəm oğulları! Şey­tan, əc­da­dı­nızın ayıb yerlərini özlə­ri­nə gös­tər­mək məqsədilə aldada­raq libaslarını so­yundu­rub Cən­nət­dən çıxartdığı kimi, sizi də al­datmasın. Şübhəsiz ki, o və onun nəs­li sizləri sizin on­ları görə bil­mədiyiniz yerlər­dən görürlər. Hə­qi­­qə­tən, Biz, şeytanları iman gətirməyən­lə­rin dostları etdik.

7:28

وَإِذَا فَعَلُواْ فَٰحِشَةٗ قَالُواْ وَجَدۡنَا عَلَيۡهَآ ءَابَآءَنَا وَٱللَّهُ أَمَرَنَا بِهَاۗ قُلۡ إِنَّ ٱللَّهَ لَا يَأۡمُرُ بِٱلۡفَحۡشَآءِۖ أَتَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ ﴿28﴾

Onlar yaramaz əməl et­dik­ləri za­man: “Atalarımızı be­lə gör­dük. Allah da bizə bunu əmr et­mişdir”– deyir­lər. De: “Allah ya­ra­maz əməlləri əmr et­məz. Yoxsa Allaha qarşı bil­mədiyinizi danı­şır­sı­nız?”

7:29

قُلۡ أَمَرَ رَبِّي بِٱلۡقِسۡطِۖ وَأَقِيمُواْ وُجُوهَكُمۡ عِندَ كُلِّ مَسۡجِدٖ وَٱدۡعُوهُ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَۚ كَمَا بَدَأَكُمۡ تَعُودُونَ ﴿29﴾

De: “Rəbbim ədalətli ol­mağı əmr etdi. Hər səcdə etdi­yiniz yer­də üzü­nü­zü Ona tu­tun və Allaha dini məhz Ona məxsus edə­rək dua edin. Sizi ilk dəfə yaratdığı kimi dirilə­cəksiniz”.

7:30

فَرِيقًا هَدَىٰ وَفَرِيقًا حَقَّ عَلَيۡهِمُ ٱلضَّلَٰلَةُۚ إِنَّهُمُ ٱتَّخَذُواْ ٱلشَّيَٰطِينَ أَوۡلِيَآءَ مِن دُونِ ٱللَّهِ وَيَحۡسَبُونَ أَنَّهُم مُّهۡتَدُونَ ﴿30﴾

Allah Öz bəndələrinin bir qismini doğru yola yönəltdi, di­gər­lə­rinə isə haqq yoldan az­maq layiq görüldü. Çünki on­lar Alla­hı qo­yub şeytanları özlərinə dost tutdular və elə güman edirlər ki, doğ­ru yol­dadırlar.