quranm◉

Səhifə 154

Range
from 7:31 to 7:37
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

7:31

يَٰبَنِيٓ ءَادَمَ خُذُواْ زِينَتَكُمۡ عِندَ كُلِّ مَسۡجِدٖ وَكُلُواْ وَٱشۡرَبُواْ وَلَا تُسۡرِفُوٓاْۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡمُسۡرِفِينَ ﴿31﴾

Ey Adəm oğulları! Məs­cid­lərə ge­dər­kən gözəl geyim­lə­rinizi ge­yin. Yeyin-için, lakin is­raf et­mə­yin. Şübhəsiz ki, Allah israf edən­ləri sevmir.

7:32

قُلۡ مَنۡ حَرَّمَ زِينَةَ ٱللَّهِ ٱلَّتِيٓ أَخۡرَجَ لِعِبَادِهِۦ وَٱلطَّيِّبَٰتِ مِنَ ٱلرِّزۡقِۚ قُلۡ هِيَ لِلَّذِينَ ءَامَنُواْ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا خَالِصَةٗ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ كَذَٰلِكَ نُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡلَمُونَ ﴿32﴾

De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və tə­miz ru­ziləri kim haram et­miş­dir?” De: “Bunlar dünya həya­tında ha­mı­ya, Qiyamət günü isə yalnız mömin­lərə məxsus­dur”. Biz dərk edən adamlar üçün ayələri belə­ izah edirik.

7:33

قُلۡ إِنَّمَا حَرَّمَ رَبِّيَ ٱلۡفَوَٰحِشَ مَا ظَهَرَ مِنۡهَا وَمَا بَطَنَ وَٱلۡإِثۡمَ وَٱلۡبَغۡيَ بِغَيۡرِ ٱلۡحَقِّ وَأَن تُشۡرِكُواْ بِٱللَّهِ مَا لَمۡ يُنَزِّلۡ بِهِۦ سُلۡطَٰنٗا وَأَن تَقُولُواْ عَلَى ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ ﴿33﴾

De: “Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməl­ləri, hər cür günahı, haq­sız­casına zülm etməyi, Alla­hın, haq­qın­da heç bir dəlil nazil et­mə­diyi bir şeyi Ona şərik qoş­mağınızı və bilmədiyiniz şey­ləri Allahın əley­hinə söylə­mə­yinizi haram bu­yur­muşdur”.

7:34

وَلِكُلِّ أُمَّةٍ أَجَلٞۖ فَإِذَا جَآءَ أَجَلُهُمۡ لَا يَسۡتَأۡخِرُونَ سَاعَةٗ وَلَا يَسۡتَقۡدِمُونَ ﴿34﴾

Hər ümmətin bir əcəli var­dır. On­ların əcəli gəldiyi za­man bir­cə saat belə nə yuba­nar, nə də qabağa keçə bi­lərlər.

7:35

يَٰبَنِيٓ ءَادَمَ إِمَّا يَأۡتِيَنَّكُمۡ رُسُلٞ مِّنكُمۡ يَقُصُّونَ عَلَيۡكُمۡ ءَايَٰتِي فَمَنِ ٱتَّقَىٰ وَأَصۡلَحَ فَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ﴿35﴾

Ey Adəm oğulları! Sizə aranız­dan elçilər gəlib ayələ­ri­mi bə­yan edər­kən Məndən qor­xub öz əməllərini islah edən şəxs­lə­rin heç bir qorxusu yox­dur və onlar kədərlənməyə­cəklər.

7:36

وَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَٱسۡتَكۡبَرُواْ عَنۡهَآ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ﴿36﴾

Ayələrimizi yalan sayıb on­lara tə­kəbbürlüklə yanaşan­lar isə Od sakin­lə­ridirlər. On­lar orada əbədi qalacaqlar.

7:37

فَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓۚ أُوْلَـٰٓئِكَ يَنَالُهُمۡ نَصِيبُهُم مِّنَ ٱلۡكِتَٰبِۖ حَتَّىٰٓ إِذَا جَآءَتۡهُمۡ رُسُلُنَا يَتَوَفَّوۡنَهُمۡ قَالُوٓاْ أَيۡنَ مَا كُنتُمۡ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِۖ قَالُواْ ضَلُّواْ عَنَّا وَشَهِدُواْ عَلَىٰٓ أَنفُسِهِمۡ أَنَّهُمۡ كَانُواْ كَٰفِرِينَ ﴿37﴾

Allaha qarşı yalan uy­du­ran və ya Onun ayələrini ya­lan he­sab edən kim­sədən daha zalım kim ola bilər? Yaz­ıda olan qis­mət­lə­ri onlara nə­sib ola­caq­dır. Nəhayət, elçilə­ri­­miz onla­rın canını al­maq üçün yan­la­rı­na gəldikdə: “Allah­­dan savayı çağırdıqlarınız ha­rada­dır?”– de­yəcək­lər. Onlar: “Bizi qoyub qaçıb­lar!”– deyəcək və ka­fir ol­duqlarına dair öz əleyh­ləri­nə şahidlik edəcəklər.