quranm◉

Səhifə 175

Range
from 7:188 to 7:195
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

7:188

قُل لَّآ أَمۡلِكُ لِنَفۡسِي نَفۡعٗا وَلَا ضَرًّا إِلَّا مَا شَآءَ ٱللَّهُۚ وَلَوۡ كُنتُ أَعۡلَمُ ٱلۡغَيۡبَ لَٱسۡتَكۡثَرۡتُ مِنَ ٱلۡخَيۡرِ وَمَا مَسَّنِيَ ٱلسُّوٓءُۚ إِنۡ أَنَا۠ إِلَّا نَذِيرٞ وَبَشِيرٞ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ﴿188﴾

De: “Mən Allahın istə­di­yindən başqa özümə nə bir fayda, nə də bir zə­rər yetirmə­yə qadir deyiləm. Əgər qey­bi bilsəydim, əl­bət­tə, özüm üçün xeyir artırar­dım və mənə pis­lik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm üçün qorxu­dan və müjdə­lə­yənəm”.

7:189

هُوَ ٱلَّذِي خَلَقَكُم مِّن نَّفۡسٖ وَٰحِدَةٖ وَجَعَلَ مِنۡهَا زَوۡجَهَا لِيَسۡكُنَ إِلَيۡهَاۖ فَلَمَّا تَغَشَّىٰهَا حَمَلَتۡ حَمۡلًا خَفِيفٗا فَمَرَّتۡ بِهِۦۖ فَلَمَّآ أَثۡقَلَت دَّعَوَا ٱللَّهَ رَبَّهُمَا لَئِنۡ ءَاتَيۡتَنَا صَٰلِحٗا لَّنَكُونَنَّ مِنَ ٱلشَّـٰكِرِينَ ﴿189﴾

Sizi tək bir candan xəlq edən, ünsiyyət bağlayıb rahat­lıq tap­sın deyə ondan onun zöv­cəsini yaradan Odur. Adəm öv­ladı zöv­cəsini ağuşuna aldıqda o, yün­gül bir yüklə yükləndi (ha­milə qal­dı) və bir müddət onu bətnində gəzdir­di. Zövcəsi ağır­laşdığı za­man hər ikisi özləri­nin Rəbbi olan Allaha: “Əgər bizə sağlam bir övlad ver­sən, əlbəttə, şükür edən­lərdən ola­rıq”– deyə dua etdilər.

7:190

فَلَمَّآ ءَاتَىٰهُمَا صَٰلِحٗا جَعَلَا لَهُۥ شُرَكَآءَ فِيمَآ ءَاتَىٰهُمَاۚ فَتَعَٰلَى ٱللَّهُ عَمَّا يُشۡرِكُونَ ﴿190﴾

Allah onlara sağlam bir öv­lad ver­dikdə isə özlərinə ver­di­yi şey­də Ona şərik qoşmağa başladılar. Allah isə on­la­rın qoş­duqları şə­rik­lər­dən ucadır.

7:191

أَيُشۡرِكُونَ مَا لَا يَخۡلُقُ شَيۡـٔٗا وَهُمۡ يُخۡلَقُونَ ﴿191﴾

Onlar heç bir şey yarat­mayan, öz­ləri xəlq edilmiş olan şey­lə­ri Allaha şərik qoşurlar?

7:192

وَلَا يَسۡتَطِيعُونَ لَهُمۡ نَصۡرٗا وَلَآ أَنفُسَهُمۡ يَنصُرُونَ ﴿192﴾

Allahdan qeyri ibadət etdikləri nə onlara yar­dım edə bi­lər, nə də özlərinə kö­mək edə bilərlər.

7:193

وَإِن تَدۡعُوهُمۡ إِلَى ٱلۡهُدَىٰ لَا يَتَّبِعُوكُمۡۚ سَوَآءٌ عَلَيۡكُمۡ أَدَعَوۡتُمُوهُمۡ أَمۡ أَنتُمۡ صَٰمِتُونَ ﴿193﴾

Siz onları doğru yola ça­ğır­sa­nız, sizin ardınızca gəl­məz­lər. Onları ça­ğırsanız da, sussanız da sizin üçün fərqi yoxdur.

7:194

إِنَّ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ عِبَادٌ أَمۡثَالُكُمۡۖ فَٱدۡعُوهُمۡ فَلۡيَسۡتَجِيبُواْ لَكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿194﴾

Allahdan savayı çağır­dıq­larınız da sizin kimi qullar­dır. Əgər doğru de­yirsinizsə, çağırın onları, sizə cavab ver­sinlər.

7:195

أَلَهُمۡ أَرۡجُلٞ يَمۡشُونَ بِهَآۖ أَمۡ لَهُمۡ أَيۡدٖ يَبۡطِشُونَ بِهَآۖ أَمۡ لَهُمۡ أَعۡيُنٞ يُبۡصِرُونَ بِهَآۖ أَمۡ لَهُمۡ ءَاذَانٞ يَسۡمَعُونَ بِهَاۗ قُلِ ٱدۡعُواْ شُرَكَآءَكُمۡ ثُمَّ كِيدُونِ فَلَا تُنظِرُونِ ﴿195﴾

Məgər onların ayaqla­rı­mı var, onunla yerisinlər? Yox­sa on­ların əllə­ri­mi var, onunla tutsun­lar? Yoxsa onla­rın göz­lərimi var, onunla gör­sünlər? Yoxsa onların qulaqla­rımı var, onunla eşit­sin­lər? De: “Çağırın şəriklərinizi! Son­ra mənə qarşı hiylə qurun və mənə heç möh­lət də verməyin!