quranm◉

Səhifə 176

Range
from 7:196 to 7:206
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

7:196

إِنَّ وَلِـِّۧيَ ٱللَّهُ ٱلَّذِي نَزَّلَ ٱلۡكِتَٰبَۖ وَهُوَ يَتَوَلَّى ٱلصَّـٰلِحِينَ ﴿196﴾

Həqiqətən, mənim hi­ma­yəda­rım Kitabı nazil edən Allah­dır. O, əmə­li­sa­lehlərə hi­mayəçilik edir.

7:197

وَٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِهِۦ لَا يَسۡتَطِيعُونَ نَصۡرَكُمۡ وَلَآ أَنفُسَهُمۡ يَنصُرُونَ ﴿197﴾

Ondan savayı çağırdıq­la­rınız nə sizə yardım edə bi­lər, nə də özlərinə kö­məkçi ola bi­lərlər”.

7:198

وَإِن تَدۡعُوهُمۡ إِلَى ٱلۡهُدَىٰ لَا يَسۡمَعُواْۖ وَتَرَىٰهُمۡ يَنظُرُونَ إِلَيۡكَ وَهُمۡ لَا يُبۡصِرُونَ ﴿198﴾

Siz onları doğru yola ça­ğır­sa­nız, eşitməzlər. Onları sənə ba­xan gö­rürsən, halbuki onlar görmürlər.

7:199

خُذِ ٱلۡعَفۡوَ وَأۡمُرۡ بِٱلۡعُرۡفِ وَأَعۡرِضۡ عَنِ ٱلۡجَٰهِلِينَ ﴿199﴾

Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahil­lər­dən üz döndər.

7:200

وَإِمَّا يَنزَغَنَّكَ مِنَ ٱلشَّيۡطَٰنِ نَزۡغٞ فَٱسۡتَعِذۡ بِٱللَّهِۚ إِنَّهُۥ سَمِيعٌ عَلِيمٌ ﴿200﴾

Əgər şeytandan sənə bir vəs­və­sə gəlsə, Allaha sığın. Şüb­həsiz ki, O, hər şeyi eşidəndir, hər şeyi bilən­dir.

7:201

إِنَّ ٱلَّذِينَ ٱتَّقَوۡاْ إِذَا مَسَّهُمۡ طَـٰٓئِفٞ مِّنَ ٱلشَّيۡطَٰنِ تَذَكَّرُواْ فَإِذَا هُم مُّبۡصِرُونَ ﴿201﴾

Allahdan qorxanlara şey­tandan bir vəsvəsə toxun­duğu za­man Allahı xa­tırlayar və dər­hal gerçəyi görərlər.

7:202

وَإِخۡوَٰنُهُمۡ يَمُدُّونَهُمۡ فِي ٱلۡغَيِّ ثُمَّ لَا يُقۡصِرُونَ ﴿202﴾

Şeytanlar öz qardaşla­rın­da az­ğın­lığı artırarlar. Sonra da on­lar­dan əl çəkməzlər.

7:203

وَإِذَا لَمۡ تَأۡتِهِم بِـَٔايَةٖ قَالُواْ لَوۡلَا ٱجۡتَبَيۡتَهَاۚ قُلۡ إِنَّمَآ أَتَّبِعُ مَا يُوحَىٰٓ إِلَيَّ مِن رَّبِّيۚ هَٰذَا بَصَآئِرُ مِن رَّبِّكُمۡ وَهُدٗى وَرَحۡمَةٞ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ﴿203﴾

Sən onlara möcüzə gə­tir­mədiyin zaman: “Nə olardı ki, onu da özündən uyduray­dın?”– deyərlər. De: “Mən yal­­­nız Rəb­bim­dən mənə vəhy olu­­nan­lara tabe oluram. Bunlar Rəbbinizdən gə­lən aşkar də­lil­lər, iman gətirən bir qövm üçün doğru yolu gös­tə­rən rəh­bər və mərhəmətdir”.

7:204

وَإِذَا قُرِئَ ٱلۡقُرۡءَانُ فَٱسۡتَمِعُواْ لَهُۥ وَأَنصِتُواْ لَعَلَّكُمۡ تُرۡحَمُونَ ﴿204﴾

Quran oxunduğu za­man onu din­ləyin və susun ki, bəl­kə sizə rəhm olunsun.

7:205

وَٱذۡكُر رَّبَّكَ فِي نَفۡسِكَ تَضَرُّعٗا وَخِيفَةٗ وَدُونَ ٱلۡجَهۡرِ مِنَ ٱلۡقَوۡلِ بِٱلۡغُدُوِّ وَٱلۡأٓصَالِ وَلَا تَكُن مِّنَ ٱلۡغَٰفِلِينَ ﴿205﴾

Səhər-axşam ürəyində yal­va­ra­raq və qorxaraq, səsini qal­dır­ma­dan Rəbbini yad et və qafil­lərdən olma.

7:206

إِنَّ ٱلَّذِينَ عِندَ رَبِّكَ لَا يَسۡتَكۡبِرُونَ عَنۡ عِبَادَتِهِۦ وَيُسَبِّحُونَهُۥ وَلَهُۥ يَسۡجُدُونَۤ۩ ﴿206﴾

Rəbbinin hüzurunda olan mə­ləklər Ona ibadət et­məkdə tə­­kəbbürlük göstərmir, Onu tə­rif­ləyir və yalnız Ona səcdə edir­lər.