quranm◉

Səhifə 177

Range
from 8:1 to 8:8
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

8:1

يَسۡـَٔلُونَكَ عَنِ ٱلۡأَنفَالِۖ قُلِ ٱلۡأَنفَالُ لِلَّهِ وَٱلرَّسُولِۖ فَٱتَّقُواْ ٱللَّهَ وَأَصۡلِحُواْ ذَاتَ بَيۡنِكُمۡۖ وَأَطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥٓ إِن كُنتُم مُّؤۡمِنِينَ ﴿1﴾

Səndən qənimətlər haq­qın­da so­ru­şurlar. De: “Qəni­mət­­lər Alla­ha və Pey­ğəmbərə aid­dir”. Elə isə Allahdan qor­xun və ara­nız­da­kı müna­sibət­ləri düzəl­din. Əgər mö­min­si­nizsə, Allaha və Onun Rəsuluna itaət edin.

8:2

إِنَّمَا ٱلۡمُؤۡمِنُونَ ٱلَّذِينَ إِذَا ذُكِرَ ٱللَّهُ وَجِلَتۡ قُلُوبُهُمۡ وَإِذَا تُلِيَتۡ عَلَيۡهِمۡ ءَايَٰتُهُۥ زَادَتۡهُمۡ إِيمَٰنٗا وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ ﴿2﴾

Möminlər ancaq o kəslər­dir ki, Allah anıldığı zaman onların qəlbi qor­xuya düşər, Onun ayələri onlara oxun­duq­da imanları ar­tar, yalnız öz Rəbbi­nə təvəkkül edər,

8:3

ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ ﴿3﴾

namaz qılar və Bizim on­lara ver­di­yimiz ruzidən Allah yo­lun­da xərclə­yər­lər.

8:4

أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُؤۡمِنُونَ حَقّٗاۚ لَّهُمۡ دَرَجَٰتٌ عِندَ رَبِّهِمۡ وَمَغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ ﴿4﴾

Məhz onlar həqiqi mö­min­lərdir. Onlar üçün Rəbbi ya­nın­da də­rə­cələr, bağış­lan­ma və bolluca ruzi vardır.

8:5

كَمَآ أَخۡرَجَكَ رَبُّكَ مِنۢ بَيۡتِكَ بِٱلۡحَقِّ وَإِنَّ فَرِيقٗا مِّنَ ٱلۡمُؤۡمِنِينَ لَكَٰرِهُونَ ﴿5﴾

Rəbbin səni bu minvalla haqq-əda­lət uğrunda Bədrə get­mək üçün evindən çıxartdı. Hal­buki bu, möminlərdən bir dəs­tənin xo­şu­na gəlmirdi.

8:6

يُجَٰدِلُونَكَ فِي ٱلۡحَقِّ بَعۡدَ مَا تَبَيَّنَ كَأَنَّمَا يُسَاقُونَ إِلَى ٱلۡمَوۡتِ وَهُمۡ يَنظُرُونَ ﴿6﴾

Haqq bəlli olduqdan son­ra belə onun barəsində səninlə mü­ba­hisə edir­di­lər, sanki göz­ləri baxa-baxa ölümə sü­rük­lə­nir­dilər.

8:7

وَإِذۡ يَعِدُكُمُ ٱللَّهُ إِحۡدَى ٱلطَّآئِفَتَيۡنِ أَنَّهَا لَكُمۡ وَتَوَدُّونَ أَنَّ غَيۡرَ ذَاتِ ٱلشَّوۡكَةِ تَكُونُ لَكُمۡ وَيُرِيدُ ٱللَّهُ أَن يُحِقَّ ٱلۡحَقَّ بِكَلِمَٰتِهِۦ وَيَقۡطَعَ دَابِرَ ٱلۡكَٰفِرِينَ ﴿7﴾

O vaxt Allah sizə, iki dəs­tə­dən bi­ri­nin – karvanın və ya­xud ka­fir­lərin qo­şu­nunun sizin ol­acağını vəd edirdi. Siz si­lah­sız dəs­tənin si­zin olmasını ar­zu­la­yır­dınız. Allah isə Öz kəl­mə­ləri ilə haq­qı ger­çək­ləşdir­mək və kafir­lərin kökü­nü kəs­mək istəyirdi.

8:8

لِيُحِقَّ ٱلۡحَقَّ وَيُبۡطِلَ ٱلۡبَٰطِلَ وَلَوۡ كَرِهَ ٱلۡمُجۡرِمُونَ ﴿8﴾

O bununla günahkarların xoşuna gəlməsə də, haqqı ger­çək­ləş­dir­mək və batili puç et­mək istəyirdi.