quranm◉

Səhifə 178

Range
from 8:9 to 8:16
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

8:9

إِذۡ تَسۡتَغِيثُونَ رَبَّكُمۡ فَٱسۡتَجَابَ لَكُمۡ أَنِّي مُمِدُّكُم بِأَلۡفٖ مِّنَ ٱلۡمَلَـٰٓئِكَةِ مُرۡدِفِينَ ﴿9﴾

O vaxt siz Rəbbinizdən kö­mək di­ləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mə­ləklə yardım edə­cə­yəm”– deyə du­anızı qəbul etmişdi.

8:10

وَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشۡرَىٰ وَلِتَطۡمَئِنَّ بِهِۦ قُلُوبُكُمۡۚ وَمَا ٱلنَّصۡرُ إِلَّا مِنۡ عِندِ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ ﴿10﴾

Allah bunu yalnız bir müjdə və onunla qəlbiniz ra­hat­lıq tap­sın deyə belə etdi. Qə­lə­bə yal­nız Allahdandır. Həqi­qə­tən, Allah Qüd­rət­lidir, Hikmət sahibidir.

8:11

إِذۡ يُغَشِّيكُمُ ٱلنُّعَاسَ أَمَنَةٗ مِّنۡهُ وَيُنَزِّلُ عَلَيۡكُم مِّنَ ٱلسَّمَآءِ مَآءٗ لِّيُطَهِّرَكُم بِهِۦ وَيُذۡهِبَ عَنكُمۡ رِجۡزَ ٱلشَّيۡطَٰنِ وَلِيَرۡبِطَ عَلَىٰ قُلُوبِكُمۡ وَيُثَبِّتَ بِهِ ٱلۡأَقۡدَامَ ﴿11﴾

O zaman Allah Öz tərə­fin­dən bir təskinlik olsun de­yə, sizə yüngül bir mür­gü gön­dər­miş, göydən sizin üzə­ri­nizə yağmur en­dir­mişdi ki, onunla sizi təmiz­ləsin, şeytanın vəsvə­səsini sizdən uzaq etsin, qəlbi­nizi möhkəmlən­dirsin və onun­la qədəmlərinizi sa­bit etsin.

8:12

إِذۡ يُوحِي رَبُّكَ إِلَى ٱلۡمَلَـٰٓئِكَةِ أَنِّي مَعَكُمۡ فَثَبِّتُواْ ٱلَّذِينَ ءَامَنُواْۚ سَأُلۡقِي فِي قُلُوبِ ٱلَّذِينَ كَفَرُواْ ٱلرُّعۡبَ فَٱضۡرِبُواْ فَوۡقَ ٱلۡأَعۡنَاقِ وَٱضۡرِبُواْ مِنۡهُمۡ كُلَّ بَنَانٖ ﴿12﴾

O zaman Rəbbin mə­lək­lərə: “Mən sizinləyəm! İman gə­ti­rən­ləri güclən­di­rin. Mən ka­­fir­lərin qəlbinə qorxu sa­la­ca­­ğam. On­la­rın boyunlarını vu­­run və bar­maqlarının ha­mı­sını kə­sin!”– deyə vəhy etmiş­di.

8:13

ذَٰلِكَ بِأَنَّهُمۡ شَآقُّواْ ٱللَّهَ وَرَسُولَهُۥۚ وَمَن يُشَاقِقِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ ﴿13﴾

Bu, onların Allaha və Onun El­çi­sinə qarşı çıxmala­rı­na görə­dir. Allaha və Onun El­çisinə qarşı çıxan kimsəyə Allah şiddətli əzab verər.

8:14

ذَٰلِكُمۡ فَذُوقُوهُ وَأَنَّ لِلۡكَٰفِرِينَ عَذَابَ ٱلنَّارِ ﴿14﴾

Bax belə! İndi dadın onu! Kafirlər üçün Cəhənnəm odu­nun əzabı da hazır­lanmışdır.

8:15

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُواْ زَحۡفٗا فَلَا تُوَلُّوهُمُ ٱلۡأَدۡبَارَ ﴿15﴾

Ey iman gətirənlər! Ka­fir­lərlə dö­yüş meydanında qar­­şılaş­sa­nız, arxanızı onlara çe­vir­məyin.

8:16

وَمَن يُوَلِّهِمۡ يَوۡمَئِذٖ دُبُرَهُۥٓ إِلَّا مُتَحَرِّفٗا لِّقِتَالٍ أَوۡ مُتَحَيِّزًا إِلَىٰ فِئَةٖ فَقَدۡ بَآءَ بِغَضَبٖ مِّنَ ٱللَّهِ وَمَأۡوَىٰهُ جَهَنَّمُۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ ﴿16﴾

Daha bir döyüş əməliy­yatı keçir­mək üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulan­lar istisna olmaqla, kim belə bir gün­də onlara arxa çe­vi­rər­sə, Allahın qəzə­binə dü­çar olar. Onun gedəcəyi yer Cə­hənnəm­dir. Ora necə də pis dö­nüş yeridir.