quranm◉

Səhifə 180

Range
from 8:26 to 8:33
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

8:26

وَٱذۡكُرُوٓاْ إِذۡ أَنتُمۡ قَلِيلٞ مُّسۡتَضۡعَفُونَ فِي ٱلۡأَرۡضِ تَخَافُونَ أَن يَتَخَطَّفَكُمُ ٱلنَّاسُ فَـَٔاوَىٰكُمۡ وَأَيَّدَكُم بِنَصۡرِهِۦ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿26﴾

Yadınıza salın ki, bir za­man siz az idiniz, yer üzündə zəif sa­yılırdınız; kafir adamla­rın sizi ələ keçirəcəyindən qor­xurdunuz. Allah sizə sığınacaq ver­di, Öz köməyi ilə sizi qüv­vətləndirdi və si­zə pak ruzilər­dən verdi ki, bəlkə şükür edə­siniz.

8:27

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَخُونُواْ ٱللَّهَ وَٱلرَّسُولَ وَتَخُونُوٓاْ أَمَٰنَٰتِكُمۡ وَأَنتُمۡ تَعۡلَمُونَ ﴿27﴾

Ey iman gətirənlər! Alla­ha və Onun Rəsuluna xəyanət­karlıq gös­tər­məyin və bilə-bilə ara­nız­dakı əmanətlərə də xə­ya­nət et­mə­yin.

8:28

وَٱعۡلَمُوٓاْ أَنَّمَآ أَمۡوَٰلُكُمۡ وَأَوۡلَٰدُكُمۡ فِتۡنَةٞ وَأَنَّ ٱللَّهَ عِندَهُۥٓ أَجۡرٌ عَظِيمٞ ﴿28﴾

Bilin ki, var-dövlətiniz də, öv­lad­la­rınız da ancaq bir imta­han­dır. Böyük mükafat isə Allah yanındadır.

8:29

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن تَتَّقُواْ ٱللَّهَ يَجۡعَل لَّكُمۡ فُرۡقَانٗا وَيُكَفِّرۡ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَيَغۡفِرۡ لَكُمۡۗ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ ﴿29﴾

Ey iman gətirənlər! Əgər Allah­dan qorxsanız, O sizə haqla na­haqqı ayırd etmə ba­carığı ve­rər, günah­ları­nız­dan keçər və sizi ba­ğışlayar. Allah bö­yük lütf sahi­bidir.

8:30

وَإِذۡ يَمۡكُرُ بِكَ ٱلَّذِينَ كَفَرُواْ لِيُثۡبِتُوكَ أَوۡ يَقۡتُلُوكَ أَوۡ يُخۡرِجُوكَۚ وَيَمۡكُرُونَ وَيَمۡكُرُ ٱللَّهُۖ وَٱللَّهُ خَيۡرُ ٱلۡمَٰكِرِينَ ﴿30﴾

Bir zaman kafirlər səni həbs et­mək, öldürmək və ya yurdun­dan qovmaq üçün sənə qarşı hiylə qururdular. On­lar hiylə iş­lət­di­lər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır.

8:31

وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا قَالُواْ قَدۡ سَمِعۡنَا لَوۡ نَشَآءُ لَقُلۡنَا مِثۡلَ هَٰذَآ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ﴿31﴾

Ayələrimiz onlara oxun­duğu za­man deyərlər: “Artıq eşit­dik. İstəsək, biz də buna bən­zərini deyə bilərik. Bu, keç­­miş­­də­ki­lə­rin əf­sanələrindən baş­qa bir şey de­yildir”.

8:32

وَإِذۡ قَالُواْ ٱللَّهُمَّ إِن كَانَ هَٰذَا هُوَ ٱلۡحَقَّ مِنۡ عِندِكَ فَأَمۡطِرۡ عَلَيۡنَا حِجَارَةٗ مِّنَ ٱلسَّمَآءِ أَوِ ٱئۡتِنَا بِعَذَابٍ أَلِيمٖ ﴿32﴾

O zaman onlar: “Ey Allah! Əgər bu, Sənin tərəfindən gəl­miş bir haqdırsa, onda üstü­müzə göy­dən daş yağdır və ya bizə ağrılı-acı­lı bir əzab gön­dər”– de­mişdilər.

8:33

وَمَا كَانَ ٱللَّهُ لِيُعَذِّبَهُمۡ وَأَنتَ فِيهِمۡۚ وَمَا كَانَ ٱللَّهُ مُعَذِّبَهُمۡ وَهُمۡ يَسۡتَغۡفِرُونَ ﴿33﴾

Sən onların arasında ol­du­ğun hal­da Allah onlara əzab ver­mə­yəcək. Bağış­lanmalarını dilə­dikləri zaman da Allah on­lara əzab verən deyildir.