quranm◉

Səhifə 179

Range
from 8:17 to 8:25
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

8:17

فَلَمۡ تَقۡتُلُوهُمۡ وَلَٰكِنَّ ٱللَّهَ قَتَلَهُمۡۚ وَمَا رَمَيۡتَ إِذۡ رَمَيۡتَ وَلَٰكِنَّ ٱللَّهَ رَمَىٰ وَلِيُبۡلِيَ ٱلۡمُؤۡمِنِينَ مِنۡهُ بَلَآءً حَسَنًاۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ ﴿17﴾

Onları siz öldürmədi­niz, Allah onları öldürdü. Düşmən­lə­rin gözünə bir ovuc torpaq at­dı­­ğın zaman sən at­madın, Allah atdı ki, mö­minləri Öz tə­rə­fin­dən yaxşı bir sınaqdan ke­çirt­sin. Həqiqətən, Allah hər şeyi eşi­dən­dir, hər şeyi biləndir.

8:18

ذَٰلِكُمۡ وَأَنَّ ٱللَّهَ مُوهِنُ كَيۡدِ ٱلۡكَٰفِرِينَ ﴿18﴾

Bax belə! Həqiqətən də, Allah ka­firlərin hiyləsini zəif­lədər.

8:19

إِن تَسۡتَفۡتِحُواْ فَقَدۡ جَآءَكُمُ ٱلۡفَتۡحُۖ وَإِن تَنتَهُواْ فَهُوَ خَيۡرٞ لَّكُمۡۖ وَإِن تَعُودُواْ نَعُدۡ وَلَن تُغۡنِيَ عَنكُمۡ فِئَتُكُمۡ شَيۡـٔٗا وَلَوۡ كَثُرَتۡ وَأَنَّ ٱللَّهَ مَعَ ٱلۡمُؤۡمِنِينَ ﴿19﴾

Əgər siz kafirlər ədalətli hökm di­ləyirsinizsə, artıq sizə hökm gəl­mişdir. Əgər küfrə son qoysanız, bu, sizin üçün xe­yir­li olar. Yox əgər qayıtsa­nız, Biz də qayı­darıq (mö­minlərə qarşı vuruşsa­nız, Biz də sizi məğlub edə­rik). Dəs­tə­niz nə qədər çox olsa da, bu sizi heç bir şey­dən qurtara bilməz. Şübhəsiz ki, Allah mö­min­lər­lədir.

8:20

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَوَلَّوۡاْ عَنۡهُ وَأَنتُمۡ تَسۡمَعُونَ ﴿20﴾

Ey iman gətirənlər! Alla­ha və Onun Rəsuluna itaət edin, eşit­diyiniz halda on­dan üz dön­dər­məyin.

8:21

وَلَا تَكُونُواْ كَٱلَّذِينَ قَالُواْ سَمِعۡنَا وَهُمۡ لَا يَسۡمَعُونَ ﴿21﴾

Eşitmədikləri halda: “Eşit­­dik!” de­yənlər kimi olma­yın.

8:22

إِنَّ شَرَّ ٱلدَّوَآبِّ عِندَ ٱللَّهِ ٱلصُّمُّ ٱلۡبُكۡمُ ٱلَّذِينَ لَا يَعۡقِلُونَ ﴿22﴾

Şübhəsiz ki, Allah ya­nın­da canlıla­rın ən pisi haqqı an­la­ma­yan karlar və lallardır.

8:23

وَلَوۡ عَلِمَ ٱللَّهُ فِيهِمۡ خَيۡرٗا لَّأَسۡمَعَهُمۡۖ وَلَوۡ أَسۡمَعَهُمۡ لَتَوَلَّواْ وَّهُم مُّعۡرِضُونَ ﴿23﴾

Əgər Allah onlarda bir xe­yir ol­du­ğunu bilsəydi, əlbət­tə, on­la­ra eşit­di­rər­di. Əgər on­lara eşit­dirsəydi belə, yenə də üz çevi­rə­rək dönərdilər.

8:24

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱسۡتَجِيبُواْ لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمۡ لِمَا يُحۡيِيكُمۡۖ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَحُولُ بَيۡنَ ٱلۡمَرۡءِ وَقَلۡبِهِۦ وَأَنَّهُۥٓ إِلَيۡهِ تُحۡشَرُونَ ﴿24﴾

Ey iman gətirənlər! Pey­ğəmbər si­zi, həyat verəcək şey­lərə ça­ğır­dığı za­man Allahın və Peyğəmbərinin çağı­rı­şına ca­vab verin. Bi­lin ki, Allah in­san­la onun qəlbi arasındadır (onun istəyinə çat­ma­sına mane ola bilər) və siz Onun hüzu­runa toplanacaqsınız.

8:25

وَٱتَّقُواْ فِتۡنَةٗ لَّا تُصِيبَنَّ ٱلَّذِينَ ظَلَمُواْ مِنكُمۡ خَآصَّةٗۖ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ ﴿25﴾

Elə bir bəladan qorxun ki, o, siz­lərdən təkcə zalım olan­lara üz verməz (hamınızı bürü­yər). Bilin ki, Allah şid­dətli cəza ve­rən­dir.