quranm◉

Səhifə 181

Range
from 8:34 to 8:40
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

8:34

وَمَا لَهُمۡ أَلَّا يُعَذِّبَهُمُ ٱللَّهُ وَهُمۡ يَصُدُّونَ عَنِ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ وَمَا كَانُوٓاْ أَوۡلِيَآءَهُۥٓۚ إِنۡ أَوۡلِيَآؤُهُۥٓ إِلَّا ٱلۡمُتَّقُونَ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ﴿34﴾

Onlar Məscidulharamın xid­mət­çi­ləri olmadıqlarına bax­­ma­ya­­raq mömin­ləri oraya bu­raxmadıq­ları halda Allah nə üçün onlara əzab verməsin? Onun xidmətçi­ləri yalnız müt­təqilərdir. Lakin on­la­rın çoxu bunu bilmir.

8:35

وَمَا كَانَ صَلَاتُهُمۡ عِندَ ٱلۡبَيۡتِ إِلَّا مُكَآءٗ وَتَصۡدِيَةٗۚ فَذُوقُواْ ٱلۡعَذَابَ بِمَا كُنتُمۡ تَكۡفُرُونَ ﴿35﴾

Onların müqəddəs Evin yanındakı ibadətləri fit ver­mək və əl çal­maqdan başqa bir şey deyil­dir. Küfr etdiyinizə görə dadın əza­bı!

8:36

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ يُنفِقُونَ أَمۡوَٰلَهُمۡ لِيَصُدُّواْ عَن سَبِيلِ ٱللَّهِۚ فَسَيُنفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَيۡهِمۡ حَسۡرَةٗ ثُمَّ يُغۡلَبُونَۗ وَٱلَّذِينَ كَفَرُوٓاْ إِلَىٰ جَهَنَّمَ يُحۡشَرُونَ ﴿36﴾

Şübhəsiz ki, kafir olan­lar insan­la­rı Allah yolundan sap­dır­maq üçün öz mallarını sərf edir­lər. Onlar onu sərf edə­cək, sonra bu­nun peşmançılığını çə­­kəcək, daha sonra isə məğlub ediləcək­lər. Ka­fir olanları Cə­hənnəmə top­la­ya­caqlar ki,

8:37

لِيَمِيزَ ٱللَّهُ ٱلۡخَبِيثَ مِنَ ٱلطَّيِّبِ وَيَجۡعَلَ ٱلۡخَبِيثَ بَعۡضَهُۥ عَلَىٰ بَعۡضٖ فَيَرۡكُمَهُۥ جَمِيعٗا فَيَجۡعَلَهُۥ فِي جَهَنَّمَۚ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ﴿37﴾

Allah murdarı pakdan ayır­sın, murdarları bir-birinin üs­tü­nə qoyub bir yerə yığsın və onları Cəhənnəmdə yer­ləş­dirsin. Zi­ya­na uğrayanlar da məhz onlardır.

8:38

قُل لِّلَّذِينَ كَفَرُوٓاْ إِن يَنتَهُواْ يُغۡفَرۡ لَهُم مَّا قَدۡ سَلَفَ وَإِن يَعُودُواْ فَقَدۡ مَضَتۡ سُنَّتُ ٱلۡأَوَّلِينَ ﴿38﴾

Kafir olanlara de ki, əgər küfrə son qoysalar, olub-ke­çən­lər on­lara ba­ğış­la­nar. Yox, əgər küfrə qayıtsalar, əvvəl­ki­lərin ba­şına gə­lən aqibəti göz­ləsinlər.

8:39

وَقَٰتِلُوهُمۡ حَتَّىٰ لَا تَكُونَ فِتۡنَةٞ وَيَكُونَ ٱلدِّينُ كُلُّهُۥ لِلَّهِۚ فَإِنِ ٱنتَهَوۡاْ فَإِنَّ ٱللَّهَ بِمَا يَعۡمَلُونَ بَصِيرٞ ﴿39﴾

Fitnə aradan qalxana qə­dər və din tamamilə yalnız Alla­ha həsr edilənə­dək onlarla vu­ruşun! Əgər şirkə son qoy­sa­lar, bilsinlər ki, Allah onların et­dik­lərini görür.

8:40

وَإِن تَوَلَّوۡاْ فَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَوۡلَىٰكُمۡۚ نِعۡمَ ٱلۡمَوۡلَىٰ وَنِعۡمَ ٱلنَّصِيرُ ﴿40﴾

Əgər onlar üz döndər­sə­lər, bilin ki, Allah sizin Hima­yədarı­nız­dır. O, nə gözəl Hi­ma­yədar, nə gözəl Yardım­çı­dır!