quranm◉

Səhifə 182

Range
from 8:41 to 8:45
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

8:41

وَٱعۡلَمُوٓاْ أَنَّمَا غَنِمۡتُم مِّن شَيۡءٖ فَأَنَّ لِلَّهِ خُمُسَهُۥ وَلِلرَّسُولِ وَلِذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَٱبۡنِ ٱلسَّبِيلِ إِن كُنتُمۡ ءَامَنتُم بِٱللَّهِ وَمَآ أَنزَلۡنَا عَلَىٰ عَبۡدِنَا يَوۡمَ ٱلۡفُرۡقَانِ يَوۡمَ ٱلۡتَقَى ٱلۡجَمۡعَانِۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ﴿41﴾

Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəs­tə­nin qarşı-qarşıya gəldiyi gün qulumuza nazil et­diyi­mi­zə iman gə­tirmisinizsə, bilin ki, ələ keçir­diyiniz qənimətlərin beşdə biri Alla­ha, Onun Elçi­sinə, onun əq­rəbasına, yetimlərə, kasıb­la­ra və müsa­firlərə məxsusdur. Allah hər şeyə qa­dirdir.

8:42

إِذۡ أَنتُم بِٱلۡعُدۡوَةِ ٱلدُّنۡيَا وَهُم بِٱلۡعُدۡوَةِ ٱلۡقُصۡوَىٰ وَٱلرَّكۡبُ أَسۡفَلَ مِنكُمۡۚ وَلَوۡ تَوَاعَدتُّمۡ لَٱخۡتَلَفۡتُمۡ فِي ٱلۡمِيعَٰدِ وَلَٰكِن لِّيَقۡضِيَ ٱللَّهُ أَمۡرٗا كَانَ مَفۡعُولٗا لِّيَهۡلِكَ مَنۡ هَلَكَ عَنۢ بَيِّنَةٖ وَيَحۡيَىٰ مَنۡ حَيَّ عَنۢ بَيِّنَةٖۗ وَإِنَّ ٱللَّهَ لَسَمِيعٌ عَلِيمٌ ﴿42﴾

O zaman siz vadinin ya­xın tərə­fində, onlar uzaq tərə­fində, kar­van isə sizdən aşa­ğı­da dənizin sahilində idi. Əgər siz vədələş­səy­diniz, həmin vaxt və yer barə­sində ixtilafa düşər­di­niz. Lakin Allah olacaq işi hə­yata keçirmək üçün belə etdi ki, həlak olan açıq-ay­dın bir dəlil­lə həlak olsun, sağ qalan da açıq-aydın bir dəlillə sağ qalsın. Hə­qiqətən, Allah hər şeyi eşi­dən­­dir, hər şeyi bi­lən­dir.

8:43

إِذۡ يُرِيكَهُمُ ٱللَّهُ فِي مَنَامِكَ قَلِيلٗاۖ وَلَوۡ أَرَىٰكَهُمۡ كَثِيرٗا لَّفَشِلۡتُمۡ وَلَتَنَٰزَعۡتُمۡ فِي ٱلۡأَمۡرِ وَلَٰكِنَّ ٱللَّهَ سَلَّمَۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿43﴾

O zaman Allah yuxun­da sə­nə on­ları az göstərdi. Əgər on­­la­rı sənə çox gös­tərsəydi, ruh­dan dü­şər­ və döyüş barə­sində bir-biri­niz­lə müba­hisə edərdi­niz. Lakin Allah sizi qorudu. Şübhəsiz ki, O, kökslərdə olan­­ları bilir.

8:44

وَإِذۡ يُرِيكُمُوهُمۡ إِذِ ٱلۡتَقَيۡتُمۡ فِيٓ أَعۡيُنِكُمۡ قَلِيلٗا وَيُقَلِّلُكُمۡ فِيٓ أَعۡيُنِهِمۡ لِيَقۡضِيَ ٱللَّهُ أَمۡرٗا كَانَ مَفۡعُولٗاۗ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ ﴿44﴾

O vaxt qarşı-qarşıya gəl­di­yiniz za­­man Allah onları si­zin gö­zü­nüzə az gös­tərdi, sizi də onların gözündə azalt­dı ki, olacaq işi ye­rinə yetirsin. Bü­tün iş­lər Allaha qayıdır.

8:45

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا لَقِيتُمۡ فِئَةٗ فَٱثۡبُتُواْ وَٱذۡكُرُواْ ٱللَّهَ كَثِيرٗا لَّعَلَّكُمۡ تُفۡلِحُونَ ﴿45﴾

Ey iman gətirənlər! Kafir bir dəstə ilə üz-üzə gəldikdə möh­kəm durun və Allahı çox yad edin ki, bəlkə nicat tapa­sı­nız.