quranm◉

Səhifə 183

Range
from 8:46 to 8:52
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

8:46

وَأَطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَنَٰزَعُواْ فَتَفۡشَلُواْ وَتَذۡهَبَ رِيحُكُمۡۖ وَٱصۡبِرُوٓاْۚ إِنَّ ٱللَّهَ مَعَ ٱلصَّـٰبِرِينَ ﴿46﴾

Allaha və Onun Rəsuluna itaət edin, bir-birinizlə müba­hi­sə et­məyin, yox­sa ruhdan dü­şər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edən­lər­lə­dir.

8:47

وَلَا تَكُونُواْ كَٱلَّذِينَ خَرَجُواْ مِن دِيَٰرِهِم بَطَرٗا وَرِئَآءَ ٱلنَّاسِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِۚ وَٱللَّهُ بِمَا يَعۡمَلُونَ مُحِيطٞ ﴿47﴾

Yurdlarından təkəbbür­lə, özlərini camaata göstərmək üçün çıxan və insan­ları Allah yo­lun­dan sapdıran kəslər ki­mi olma­yın. Allah onların əməl­lə­rini hər tərəf­dən əhatə etmiş­dir.

8:48

وَإِذۡ زَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ وَقَالَ لَا غَالِبَ لَكُمُ ٱلۡيَوۡمَ مِنَ ٱلنَّاسِ وَإِنِّي جَارٞ لَّكُمۡۖ فَلَمَّا تَرَآءَتِ ٱلۡفِئَتَانِ نَكَصَ عَلَىٰ عَقِبَيۡهِ وَقَالَ إِنِّي بَرِيٓءٞ مِّنكُمۡ إِنِّيٓ أَرَىٰ مَا لَا تَرَوۡنَ إِنِّيٓ أَخَافُ ٱللَّهَۚ وَٱللَّهُ شَدِيدُ ٱلۡعِقَابِ ﴿48﴾

O zaman şeytan onların əməl­lə­ri­ni özlərinə gözəl­ gös­tə­rib: “Bu gün in­san­lardan heç kəs sizə qalib gələ bil­məz. Axı mən sizə yar­dım edən bir qon­şu­yam!”– demişdi, iki dəstə bir-birini gör­dük­də isə geri çə­ki­lib: “Mən siz­dən uza­ğam. Mən sizin görmədik­lə­ri­ni­zi görü­rəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza ve­rəndir!”– de­mişdi.

8:49

إِذۡ يَقُولُ ٱلۡمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ غَرَّ هَـٰٓؤُلَآءِ دِينُهُمۡۗ وَمَن يَتَوَكَّلۡ عَلَى ٱللَّهِ فَإِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ ﴿49﴾

O zaman münafiqlər və qəlbində xəstəlik olanlar dedi­lər: “Bun­ları öz din­ləri aldat­dı!” Kim Allaha təvəkkül etsə, bil­sin ki, Allah Qüdrət­lidir, Hikmət sahibidir!

8:50

وَلَوۡ تَرَىٰٓ إِذۡ يَتَوَفَّى ٱلَّذِينَ كَفَرُواْ ٱلۡمَلَـٰٓئِكَةُ يَضۡرِبُونَ وُجُوهَهُمۡ وَأَدۡبَٰرَهُمۡ وَذُوقُواْ عَذَابَ ٱلۡحَرِيقِ ﴿50﴾

Kaş sən kafirləri mələk­lər onların canını alarkən görəy­din. Mə­ləklər onla­rın üzünə və yanla­rına vura-vura de­yir­dilər: “Dadın yan­dırıcı odun əzabı­nı!

8:51

ذَٰلِكَ بِمَا قَدَّمَتۡ أَيۡدِيكُمۡ وَأَنَّ ٱللَّهَ لَيۡسَ بِظَلَّـٰمٖ لِّلۡعَبِيدِ ﴿51﴾

Bu, öz əllərinizlə etdi­yi­niz əməl­lərə görədir. Yoxsa Allah qul­larına zülm edən de­yildir”.

8:52

كَدَأۡبِ ءَالِ فِرۡعَوۡنَ وَٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمۡۚ إِنَّ ٱللَّهَ قَوِيّٞ شَدِيدُ ٱلۡعِقَابِ ﴿52﴾

Bunların əməli Firon nəs­li­nin və on­lardan əvvəlkilərin əmə­­­­li­nə bənzəyir. Onlar Alla­hın ayə­lərini inkar etdilər, Allah da on­ları gü­nahlarına görə ya­xa­ladı. Şübhəsiz ki, Allah Qüv­vətlidir, cə­za­lan­dırması da şid­dətlidir.