quranm◉

Səhifə 184

Range
from 8:53 to 8:61
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

8:53

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ لَمۡ يَكُ مُغَيِّرٗا نِّعۡمَةً أَنۡعَمَهَا عَلَىٰ قَوۡمٍ حَتَّىٰ يُغَيِّرُواْ مَا بِأَنفُسِهِمۡ وَأَنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ ﴿53﴾

Bu, ona görədir ki, bir ca­maat nəfs­lərində olanı də­yiş­­mə­yin­cə, Allah da onlara ver­diyi neməti dəyişən de­yil­dir. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, hər şeyi bilən­dir.

8:54

كَدَأۡبِ ءَالِ فِرۡعَوۡنَ وَٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَذَّبُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ فَأَهۡلَكۡنَٰهُم بِذُنُوبِهِمۡ وَأَغۡرَقۡنَآ ءَالَ فِرۡعَوۡنَۚ وَكُلّٞ كَانُواْ ظَٰلِمِينَ ﴿54﴾

Bunların əməli Firon nəs­li­nin və on­lardan əvvəlkilərin əmə­­­­li­nə bənzəyir. Onlar Rəb­bi­nin ayə­lərini yalan hesab et­di­lər, Biz də on­ları günah­la­rı­na görə məhv etdik. Firon nəs­lini dənizdə qərq et­dik. On­la­rın ha­mısı zalım idi.

8:55

إِنَّ شَرَّ ٱلدَّوَآبِّ عِندَ ٱللَّهِ ٱلَّذِينَ كَفَرُواْ فَهُمۡ لَا يُؤۡمِنُونَ ﴿55﴾

Şübhəsiz ki, Allah ya­nın­da can­lı­ların ən pisi kafir olan­lar­dır. Onlar iman gətir­məzlər.

8:56

ٱلَّذِينَ عَٰهَدتَّ مِنۡهُمۡ ثُمَّ يَنقُضُونَ عَهۡدَهُمۡ فِي كُلِّ مَرَّةٖ وَهُمۡ لَا يَتَّقُونَ ﴿56﴾

Onlar əhd bağladığın kim­sələrdir ki, sonra hər dəfə öz əhd­lə­rini pozur və heç nə­dən çəkin­mirlər.

8:57

فَإِمَّا تَثۡقَفَنَّهُمۡ فِي ٱلۡحَرۡبِ فَشَرِّدۡ بِهِم مَّنۡ خَلۡفَهُمۡ لَعَلَّهُمۡ يَذَّكَّرُونَ ﴿57﴾

Əgər döyüşdə onları ya­xa­lasan, on­ları cəzalan­dırmaq­la ar­xa­­larında olan kimsələri də dağıt ki, bəlkə ibrət alsın­lar.

8:58

وَإِمَّا تَخَافَنَّ مِن قَوۡمٍ خِيَانَةٗ فَٱنۢبِذۡ إِلَيۡهِمۡ عَلَىٰ سَوَآءٍۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡخَآئِنِينَ ﴿58﴾

Əgər bir qövmün əhdi po­za­cağı ilə xəyanət etməsin­dən qorx­san, sən də on­lara onu poz­duğunu bil­dir. Şübhəsiz ki, Allah xa­in­lə­ri sevmir.

8:59

وَلَا يَحۡسَبَنَّ ٱلَّذِينَ كَفَرُواْ سَبَقُوٓاْۚ إِنَّهُمۡ لَا يُعۡجِزُونَ ﴿59﴾

Qoy kafirlər əzabdan qa­ça bilə­cək­lərini zənn etmə­sin­lər. Çün­ki onlar ondan yaxa qurtara bilməzlər.

8:60

وَأَعِدُّواْ لَهُم مَّا ٱسۡتَطَعۡتُم مِّن قُوَّةٖ وَمِن رِّبَاطِ ٱلۡخَيۡلِ تُرۡهِبُونَ بِهِۦ عَدُوَّ ٱللَّهِ وَعَدُوَّكُمۡ وَءَاخَرِينَ مِن دُونِهِمۡ لَا تَعۡلَمُونَهُمُ ٱللَّهُ يَعۡلَمُهُمۡۚ وَمَا تُنفِقُواْ مِن شَيۡءٖ فِي سَبِيلِ ٱللَّهِ يُوَفَّ إِلَيۡكُمۡ وَأَنتُمۡ لَا تُظۡلَمُونَ ﴿60﴾

Düşmənlərə qarşı bacar­dı­ğınız qə­dər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşmə­ninizi və on­lar­dan başqa sizin bil­mə­di­yiniz, lakin Allahın bil­diyi kimsələri qor­xudasınız. Allah yolunda nə xərc­lə­səniz, əvəzi sizə tam ödə­ni­lər və sizə zülm edilməz.

8:61

وَإِن جَنَحُواْ لِلسَّلۡمِ فَٱجۡنَحۡ لَهَا وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ﴿61﴾

Əgər onlar sülhə meyl etsə­lər, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidən­dir, Biləndir.