quranm◉

Səhifə 185

Range
from 8:62 to 8:69
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

8:62

وَإِن يُرِيدُوٓاْ أَن يَخۡدَعُوكَ فَإِنَّ حَسۡبَكَ ٱللَّهُۚ هُوَ ٱلَّذِيٓ أَيَّدَكَ بِنَصۡرِهِۦ وَبِٱلۡمُؤۡمِنِينَ ﴿62﴾

Əgər onlar səni aldat­maq istəsə­lər, bil ki, sənə Allah ye­tər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüv­vətlən­dirdi.

8:63

وَأَلَّفَ بَيۡنَ قُلُوبِهِمۡۚ لَوۡ أَنفَقۡتَ مَا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا مَّآ أَلَّفۡتَ بَيۡنَ قُلُوبِهِمۡ وَلَٰكِنَّ ٱللَّهَ أَلَّفَ بَيۡنَهُمۡۚ إِنَّهُۥ عَزِيزٌ حَكِيمٞ ﴿63﴾

Allah onların qəlblərini bir­ləş­dir­di. Əgər sən yer üzün­də olan­ların ha­mı­sını sərf et­səy­din belə, onların qəlb­lə­ri­ni bir­ləş­dirə bil­məzdin. Lakin Allah on­la­rı birləş­dirdi. Həqiqətən, O, Qüdrət­li­dir, Hikmət sahibidir.

8:64

يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ حَسۡبُكَ ٱللَّهُ وَمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ﴿64﴾

Ey Peyğəmbər! Sənə və sənin ar­dın­ca gedən mö­min­lə­rə Allah kifayət edər.

8:65

يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ حَرِّضِ ٱلۡمُؤۡمِنِينَ عَلَى ٱلۡقِتَالِۚ إِن يَكُن مِّنكُمۡ عِشۡرُونَ صَٰبِرُونَ يَغۡلِبُواْ مِاْئَتَيۡنِۚ وَإِن يَكُن مِّنكُم مِّاْئَةٞ يَغۡلِبُوٓاْ أَلۡفٗا مِّنَ ٱلَّذِينَ كَفَرُواْ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَفۡقَهُونَ ﴿65﴾

Ey Peyğəmbər! Mömin­ləri döyü­şə ruhlandır. Əgər ara­nızda iyirmi sə­birli kişi olsa, kafirlər­dən iki yüzünə qa­lib gə­lər; əgər ara­nız­da yüz səbirli ki­şi ol­sa, ka­fir­lərdən mininə qa­lib gələr. Çün­ki on­lar anla­ma­yan adam­lardır.

8:66

ٱلۡـَٰٔنَ خَفَّفَ ٱللَّهُ عَنكُمۡ وَعَلِمَ أَنَّ فِيكُمۡ ضَعۡفٗاۚ فَإِن يَكُن مِّنكُم مِّاْئَةٞ صَابِرَةٞ يَغۡلِبُواْ مِاْئَتَيۡنِۚ وَإِن يَكُن مِّنكُمۡ أَلۡفٞ يَغۡلِبُوٓاْ أَلۡفَيۡنِ بِإِذۡنِ ٱللَّهِۗ وَٱللَّهُ مَعَ ٱلصَّـٰبِرِينَ ﴿66﴾

İndi Allah sizin yükü­nü­zü yün­gülləşdirdi. Çünki O, sizdə zə­iflik ol­duğunu bilirdi. Əgər ara­nızda yüz sə­birli kişi olsa, kafir­lər­dən iki yüzünə qa­lib gələr; əgər aranızda min sə­birli kişi olsa, Alla­hın izni ilə ka­firlərdən iki mi­ni­nə qalib gələr. Allah səbir edən­lər­lədir.

8:67

مَا كَانَ لِنَبِيٍّ أَن يَكُونَ لَهُۥٓ أَسۡرَىٰ حَتَّىٰ يُثۡخِنَ فِي ٱلۡأَرۡضِۚ تُرِيدُونَ عَرَضَ ٱلدُّنۡيَا وَٱللَّهُ يُرِيدُ ٱلۡأٓخِرَةَۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٞ ﴿67﴾

Peyğəmbərə yer üzündə çoxlu ka­fir qırmayınca əsir gö­tür­mək yaraşmaz. Siz dünya mən­fəət­lərini istəyirsiniz, Allah isə axi­rə­ti qazanmağınızı istə­yir. Allah Qüdrətlidir, Hikmət sahibidir.

8:68

لَّوۡلَا كِتَٰبٞ مِّنَ ٱللَّهِ سَبَقَ لَمَسَّكُمۡ فِيمَآ أَخَذۡتُمۡ عَذَابٌ عَظِيمٞ ﴿68﴾

Əgər Allah tərəfindən əzəl­dən yazılan bir hökm ol­masaydı, aldığınız fidyə müqa­bilində sizə böyük bir əzab to­xunardı.

8:69

فَكُلُواْ مِمَّا غَنِمۡتُمۡ حَلَٰلٗا طَيِّبٗاۚ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ﴿69﴾

Ələ keçirdiyiniz qəni­mət­­ləri ha­lal və təmiz olaraq yeyin və Allahdan qor­xun. Hə­qi­qə­tən, Allah Bağışlayandır, Rəhmli­dir.