quranm◉

Səhifə 186

Range
from 8:70 to 8:75
Surahs covered
Tərcümə
6 Tərcümə

◉

8:70

يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ قُل لِّمَن فِيٓ أَيۡدِيكُم مِّنَ ٱلۡأَسۡرَىٰٓ إِن يَعۡلَمِ ٱللَّهُ فِي قُلُوبِكُمۡ خَيۡرٗا يُؤۡتِكُمۡ خَيۡرٗا مِّمَّآ أُخِذَ مِنكُمۡ وَيَغۡفِرۡ لَكُمۡۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ﴿70﴾

Ey Peyğəmbər! Əliniz­də olan əsir­lərə de: “Əgər Allah qəl­bi­niz­də xe­yir olduğunu bilsə, siz­dən alınan fid­yə­dən daha xe­yirli­si­ni sizə verər və sizi ba­ğışlayar. Allah Bağışlayandır, Rəhm­lidir”.

8:71

وَإِن يُرِيدُواْ خِيَانَتَكَ فَقَدۡ خَانُواْ ٱللَّهَ مِن قَبۡلُ فَأَمۡكَنَ مِنۡهُمۡۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ ﴿71﴾

Əgər əsirlər sənə xəya­nət etmək istəsələr, bilin ki, on­lar bun­dan əvvəl Allaha xəya­nət et­mişdi­lər. Allah mömin­lərə on­ların öh­də­sindən gəl­məyə im­kan ver­mişdi. Allah hər şeyi biləndir, hikmət sahibidir.

8:72

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَهَاجَرُواْ وَجَٰهَدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ فِي سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَواْ وَّنَصَرُوٓاْ أُوْلَـٰٓئِكَ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٖۚ وَٱلَّذِينَ ءَامَنُواْ وَلَمۡ يُهَاجِرُواْ مَا لَكُم مِّن وَلَٰيَتِهِم مِّن شَيۡءٍ حَتَّىٰ يُهَاجِرُواْۚ وَإِنِ ٱسۡتَنصَرُوكُمۡ فِي ٱلدِّينِ فَعَلَيۡكُمُ ٱلنَّصۡرُ إِلَّا عَلَىٰ قَوۡمِۭ بَيۡنَكُمۡ وَبَيۡنَهُم مِّيثَٰقٞۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ﴿72﴾

Həqiqətən, iman gəti­rən, hicrət edən və Allah yolunda öz ma­lı və canı ilə cihad edən müha­cirlər və sığınacaq verib köməkl­ik göstərən ənsar – məhz onlar bir-birinin dost­la­rı­­dır. İman gəti­rən, lakin hicrət etməyənlərə gəl­dikdə isə, on­lar hicrət etməyincə siz onları hi­mayə etməyə borclu deyil­si­niz. Əgər onlar din uğrun­da sizdən kömək istə­sələr, sizinlə arala­rında müqavilə olan bir qövm əleyhinə yardım istisna ol­maq­la, kömək etməyiniz gə­rək­dir. Allah sizin nə etdikləri­nizi görür.

8:73

وَٱلَّذِينَ كَفَرُواْ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٍۚ إِلَّا تَفۡعَلُوهُ تَكُن فِتۡنَةٞ فِي ٱلۡأَرۡضِ وَفَسَادٞ كَبِيرٞ ﴿73﴾

Kafirlər də bir-birinə dost­­durlar. Əgər siz bir-birinizə yar­dımçı olma­sanız, yer üzündə fitnə və böyük bir fəsad baş verər.

8:74

وَٱلَّذِينَ ءَامَنُواْ وَهَاجَرُواْ وَجَٰهَدُواْ فِي سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَواْ وَّنَصَرُوٓاْ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُؤۡمِنُونَ حَقّٗاۚ لَّهُم مَّغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ ﴿74﴾

İman gətirən, hicrət edən və Allah yolunda cihad edən­lər və sığınacaq ve­rib kö­mək­lik gös­tərənlər – məhz onlar həqiqi mö­min­lərdir. Onlar üçün ba­ğış­lanma və bolluca ruzi var­dır.

8:75

وَٱلَّذِينَ ءَامَنُواْ مِنۢ بَعۡدُ وَهَاجَرُواْ وَجَٰهَدُواْ مَعَكُمۡ فَأُوْلَـٰٓئِكَ مِنكُمۡۚ وَأُوْلُواْ ٱلۡأَرۡحَامِ بَعۡضُهُمۡ أَوۡلَىٰ بِبَعۡضٖ فِي كِتَٰبِ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمُۢ ﴿75﴾

Sonradan iman gətirən­lər, hicrət edib sizinlə bərabər cihad edənlər də sizdəndirlər. Qohumlar Allahın Kita­bı­na gö­rə bir-bi­ri­nə varis olmağa daha ya­xın­dırlar. Həqiqətən, Allah hər şe­yi bi­lir.