quranm◉

Səhifə 187

Range
from 9:1 to 9:6
Surahs covered
Tərcümə
6 Tərcümə

◉

9:1

بَرَآءَةٞ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلَّذِينَ عَٰهَدتُّم مِّنَ ٱلۡمُشۡرِكِينَ ﴿1﴾

Bu, Allah və Onun Elçisi tə­rə­fin­dən əhd bağladığınız müş­rik­lərə on­larla olan əhdlərin po­zul­ması barədə bir xəbər­darlıq­dır.

9:2

فَسِيحُواْ فِي ٱلۡأَرۡضِ أَرۡبَعَةَ أَشۡهُرٖ وَٱعۡلَمُوٓاْ أَنَّكُمۡ غَيۡرُ مُعۡجِزِي ٱللَّهِ وَأَنَّ ٱللَّهَ مُخۡزِي ٱلۡكَٰفِرِينَ ﴿2﴾

Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz müş­rik­lər Allah­dan yaxa qur­ta­ra bil­məyəcəksiniz və Allah ka­firləri rüs­vay edəcəkdir.

9:3

وَأَذَٰنٞ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلنَّاسِ يَوۡمَ ٱلۡحَجِّ ٱلۡأَكۡبَرِ أَنَّ ٱللَّهَ بَرِيٓءٞ مِّنَ ٱلۡمُشۡرِكِينَ وَرَسُولُهُۥۚ فَإِن تُبۡتُمۡ فَهُوَ خَيۡرٞ لَّكُمۡۖ وَإِن تَوَلَّيۡتُمۡ فَٱعۡلَمُوٓاْ أَنَّكُمۡ غَيۡرُ مُعۡجِزِي ٱللَّهِۗ وَبَشِّرِ ٱلَّذِينَ كَفَرُواْ بِعَذَابٍ أَلِيمٍ ﴿3﴾

Bu, Allah və Onun Elçisi tə­rəfin­dən ən böyük həcc günü in­san­lara Alla­­hın və Onun El­çi­si­nin müşriklərdən uzaq ol­masını elan edəcək bir bil­diriş­dir. Əgər tövbə etsəniz, bu si­zin üçün xe­yirli olar. Yox əgər üz döndərsə­niz, bilin ki, siz Allah­­dan yaxa qurtara bil­mə­yəcək­si­niz. Kafirləri ağrılı-acılı bir əzabla müj­də­lə.

9:4

إِلَّا ٱلَّذِينَ عَٰهَدتُّم مِّنَ ٱلۡمُشۡرِكِينَ ثُمَّ لَمۡ يَنقُصُوكُمۡ شَيۡـٔٗا وَلَمۡ يُظَٰهِرُواْ عَلَيۡكُمۡ أَحَدٗا فَأَتِمُّوٓاْ إِلَيۡهِمۡ عَهۡدَهُمۡ إِلَىٰ مُدَّتِهِمۡۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُتَّقِينَ ﴿4﴾

Saziş bağladıqdan sonra onu poz­mamış və sizin əleyhi­nizə heç kəsə yar­dım göstər­mə­miş müşrik­lər istisnadır. On­­lar­la olan mü­qa­vilənizi, müd­dəti bi­tənədək yerinə yetirin. Həqi­qətən, Allah müt­təqi­ləri sevir.

9:5

فَإِذَا ٱنسَلَخَ ٱلۡأَشۡهُرُ ٱلۡحُرُمُ فَٱقۡتُلُواْ ٱلۡمُشۡرِكِينَ حَيۡثُ وَجَدتُّمُوهُمۡ وَخُذُوهُمۡ وَٱحۡصُرُوهُمۡ وَٱقۡعُدُواْ لَهُمۡ كُلَّ مَرۡصَدٖۚ فَإِن تَابُواْ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَءَاتَوُاْ ٱلزَّكَوٰةَ فَخَلُّواْ سَبِيلَهُمۡۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ﴿5﴾

Haram aylar bitdikdə müş­­riklərə harada rast gəlsəniz, on­ları öl­dü­rün, əsir tutun, mü­ha­sirəyə alın və on­lara hər yerdə pusqu qu­run. Əgər tövbə et­sə­lər, namaz qılıb zəkat ver­sə­lər, on­ları sər­bəst buraxın. Çünki Allah Bağış­layandır, Rəhmli­dir.

9:6

وَإِنۡ أَحَدٞ مِّنَ ٱلۡمُشۡرِكِينَ ٱسۡتَجَارَكَ فَأَجِرۡهُ حَتَّىٰ يَسۡمَعَ كَلَٰمَ ٱللَّهِ ثُمَّ أَبۡلِغۡهُ مَأۡمَنَهُۥۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَعۡلَمُونَ ﴿6﴾

Əgər müşriklərdən biri sən­dən aman diləsə, ona aman ver ki, Allahın sö­zünü eşitsin. Sonra onu özünün xa­tir­cəm ol­duğu ye­rə çat­dır. Çünki onlar haqqı bilməyən bir qövmdür.