quranm◉

Səhifə 188

Range
from 9:7 to 9:13
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

9:7

كَيۡفَ يَكُونُ لِلۡمُشۡرِكِينَ عَهۡدٌ عِندَ ٱللَّهِ وَعِندَ رَسُولِهِۦٓ إِلَّا ٱلَّذِينَ عَٰهَدتُّمۡ عِندَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۖ فَمَا ٱسۡتَقَٰمُواْ لَكُمۡ فَٱسۡتَقِيمُواْ لَهُمۡۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُتَّقِينَ ﴿7﴾

Məscidulharamın ya­nın­da sa­ziş bağ­ladığınız kəslər istis­na ol­maqla müş­riklərin Allah və Onun Elçisi yanında nə əh­di ola bi­lər? Nə qədər ki, onlar si­zinlə düzgün davranır, siz də onlarla düz­gün davranın. Hə­qi­qətən, Allah müt­tə­qiləri se­vir.

9:8

كَيۡفَ وَإِن يَظۡهَرُواْ عَلَيۡكُمۡ لَا يَرۡقُبُواْ فِيكُمۡ إِلّٗا وَلَا ذِمَّةٗۚ يُرۡضُونَكُم بِأَفۡوَٰهِهِمۡ وَتَأۡبَىٰ قُلُوبُهُمۡ وَأَكۡثَرُهُمۡ فَٰسِقُونَ ﴿8﴾

Necə ola bilər?! Əgər on­lar sizə qa­lib gəlsələr, nə qo­humluq əla­qəsinə, nə də əhdə riayət et­məz­lər. Onların qəl­bin­də nifrət ol­du­ğu halda, dildə sizi ra­zı sal­mağa çalışarlar. On­ların çoxu fa­siq­lər­dir.

9:9

ٱشۡتَرَوۡاْ بِـَٔايَٰتِ ٱللَّهِ ثَمَنٗا قَلِيلٗا فَصَدُّواْ عَن سَبِيلِهِۦٓۚ إِنَّهُمۡ سَآءَ مَا كَانُواْ يَعۡمَلُونَ ﴿9﴾

Onlar Allahın ayələrini ucuz qiy­mətə satır və insanları Onun yolundan döndərirdilər. Onların tutduqları iş ne­cə də pisdir!

9:10

لَا يَرۡقُبُونَ فِي مُؤۡمِنٍ إِلّٗا وَلَا ذِمَّةٗۚ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُعۡتَدُونَ ﴿10﴾

Onlar möminlərlə mü­na­­si­bətdə nə qohumluq əlaqə­si­nə, nə də əhdə ria­yət etmir­lər. Onlar həddi aşanlardır.

9:11

فَإِن تَابُواْ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَءَاتَوُاْ ٱلزَّكَوٰةَ فَإِخۡوَٰنُكُمۡ فِي ٱلدِّينِۗ وَنُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡلَمُونَ ﴿11﴾

Əgər tövbə etsələr, na­maz qılıb zə­kat versələr, onlar sizin din qar­daş­la­rı­nızdır. Biz ayələri bilən adamlara be­lə­cə izah edirik.

9:12

وَإِن نَّكَثُوٓاْ أَيۡمَٰنَهُم مِّنۢ بَعۡدِ عَهۡدِهِمۡ وَطَعَنُواْ فِي دِينِكُمۡ فَقَٰتِلُوٓاْ أَئِمَّةَ ٱلۡكُفۡرِ إِنَّهُمۡ لَآ أَيۡمَٰنَ لَهُمۡ لَعَلَّهُمۡ يَنتَهُونَ ﴿12﴾

Əgər kafir başçılar əhd bağ­la­dıq­dan sonra andlarını po­zub di­­ni­ni­zə böhtan atsalar, onlarla vuru­şun, çün­ki onlar anda əhə­miy­yət verməzlər. Bəlkə, küfrdən əl çəkələr.

9:13

أَلَا تُقَٰتِلُونَ قَوۡمٗا نَّكَثُوٓاْ أَيۡمَٰنَهُمۡ وَهَمُّواْ بِإِخۡرَاجِ ٱلرَّسُولِ وَهُم بَدَءُوكُمۡ أَوَّلَ مَرَّةٍۚ أَتَخۡشَوۡنَهُمۡۚ فَٱللَّهُ أَحَقُّ أَن تَخۡشَوۡهُ إِن كُنتُم مُّؤۡمِنِينَ ﴿13﴾

Məgər siz andlarını po­zan, Pey­ğəm­bəri öz yurdundan qov­maq fikrində olan, özləri də sizinlə döyüşü birinci başla­yan bir ca­ma­atla vuruşmaya­caq­sı­nız? Mə­gər onlardan qor­xur­su­nuz? Əgər mö­­min­si­niz­sə, daha çox Allahdan qorxmalı­sı­nız.