quranm◉

Səhifə 189

Range
from 9:14 to 9:20
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

9:14

قَٰتِلُوهُمۡ يُعَذِّبۡهُمُ ٱللَّهُ بِأَيۡدِيكُمۡ وَيُخۡزِهِمۡ وَيَنصُرۡكُمۡ عَلَيۡهِمۡ وَيَشۡفِ صُدُورَ قَوۡمٖ مُّؤۡمِنِينَ ﴿14﴾

Onlarla vuruşun ki, Allah sizin əl­lə­rinizlə onlara əzab ver­sin, onları rüs­vay etsin, sizə on­la­rın üzərində qələbə çaldır­sın, mö­min camaatın qəlbini se­vin­dirsin

9:15

وَيُذۡهِبۡ غَيۡظَ قُلُوبِهِمۡۗ وَيَتُوبُ ٱللَّهُ عَلَىٰ مَن يَشَآءُۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ ﴿15﴾

və möminlərin qəlbin­dən qəzəbi si­lib aparsın. Allah is­tə­diyi kə­sin töv­bə­sini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir.

9:16

أَمۡ حَسِبۡتُمۡ أَن تُتۡرَكُواْ وَلَمَّا يَعۡلَمِ ٱللَّهُ ٱلَّذِينَ جَٰهَدُواْ مِنكُمۡ وَلَمۡ يَتَّخِذُواْ مِن دُونِ ٱللَّهِ وَلَا رَسُولِهِۦ وَلَا ٱلۡمُؤۡمِنِينَ وَلِيجَةٗۚ وَٱللَّهُ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ ﴿16﴾

Yoxsa elə hesab edir­si­niz ki, Allah sizlərdən cihad edən­ləri, Allah­dan, Onun Elçi­sin­dən və möminlərdən başqa­sını öz­lərinə sir­daş tutmayan­ları sı­na­madan siz sərbəst bu­raxı­lacaq­sı­nız? Allah nə etdik­lərinizdən xəbərdardır.

9:17

مَا كَانَ لِلۡمُشۡرِكِينَ أَن يَعۡمُرُواْ مَسَٰجِدَ ٱللَّهِ شَٰهِدِينَ عَلَىٰٓ أَنفُسِهِم بِٱلۡكُفۡرِۚ أُوْلَـٰٓئِكَ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡ وَفِي ٱلنَّارِ هُمۡ خَٰلِدُونَ ﴿17﴾

Müşriklər küfr etdiklə­ri­ni bil­dik­ləri halda, onlara Alla­hın məs­cidlərini abadlaş­dır­maq ya­ra­maz. Onların əməl­ləri pu­ça çıx­mış­­dır. Onlar Odda əbə­di qalacaqlar.

9:18

إِنَّمَا يَعۡمُرُ مَسَٰجِدَ ٱللَّهِ مَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَأَقَامَ ٱلصَّلَوٰةَ وَءَاتَى ٱلزَّكَوٰةَ وَلَمۡ يَخۡشَ إِلَّا ٱللَّهَۖ فَعَسَىٰٓ أُوْلَـٰٓئِكَ أَن يَكُونُواْ مِنَ ٱلۡمُهۡتَدِينَ ﴿18﴾

Allahın məscidlərini yal­­nız Allaha və Axirət gününə iman gə­tirən, namaz qılan, zə­kat verən və Allahdan başqa heç kəsdən qorx­mayanlar abad­laşdırar. Ola bilsin ki, onlar doğ­ru yolla ge­dən­lər­dən ol­sunlar.

9:19

أَجَعَلۡتُمۡ سِقَايَةَ ٱلۡحَآجِّ وَعِمَارَةَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ كَمَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَجَٰهَدَ فِي سَبِيلِ ٱللَّهِۚ لَا يَسۡتَوُۥنَ عِندَ ٱللَّهِۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ ﴿19﴾

Doğrudanmı siz hacı­la­ra su ver­məyi və Məscidul­ha­ramı abad­laş­dır­ma­ğı Allaha və Axi­rət gü­nünə iman gə­tirib Allah yo­lun­da cihad edənlərlə eyni tutursunuz? Bilin ki, onlar Alla­hın ya­nın­da bərabər sayıl­mırlar. Allah zalım qövmü doğru yola yönəlt­məz.

9:20

ٱلَّذِينَ ءَامَنُواْ وَهَاجَرُواْ وَجَٰهَدُواْ فِي سَبِيلِ ٱللَّهِ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ أَعۡظَمُ دَرَجَةً عِندَ ٱللَّهِۚ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡفَآئِزُونَ ﴿20﴾

İman gətirib hicrət edən və Allah yolunda öz malı və ca­nı ilə cihad edən­lərin Allah ya­nında ən yüksək də­rə­cə­ləri var­dır. Məhz onlar nicat tapan­lar­­dır.