quranm◉

Səhifə 190

Range
from 9:21 to 9:26
Surahs covered
Tərcümə
6 Tərcümə

◉

9:21

يُبَشِّرُهُمۡ رَبُّهُم بِرَحۡمَةٖ مِّنۡهُ وَرِضۡوَٰنٖ وَجَنَّـٰتٖ لَّهُمۡ فِيهَا نَعِيمٞ مُّقِيمٌ ﴿21﴾

Rəbbi Öz tərəfindən on­ları bir mər­həmət, razılıq və içəri­sin­də onlar üçün tükən­məz ne­mətlər olan cən­nətlərlə müjdə­lə­yir.

9:22

خَٰلِدِينَ فِيهَآ أَبَدًاۚ إِنَّ ٱللَّهَ عِندَهُۥٓ أَجۡرٌ عَظِيمٞ ﴿22﴾

Onlar orada əbədi qala­caq­lar. Şüb­həsiz ki, ən böyük müka­fat Allah yanındadır.

9:23

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُوٓاْ ءَابَآءَكُمۡ وَإِخۡوَٰنَكُمۡ أَوۡلِيَآءَ إِنِ ٱسۡتَحَبُّواْ ٱلۡكُفۡرَ عَلَى ٱلۡإِيمَٰنِۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمۡ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ ﴿23﴾

Ey iman gətirənlər! Əgər ata­la­rı­nız və qardaşla­rı­nız küf­rü imandan üs­tün sayır­larsa, on­ları dost tut­mayın. Siz­lər­dən onları dost tutanlar zalım­lar­dır.

9:24

قُلۡ إِن كَانَ ءَابَآؤُكُمۡ وَأَبۡنَآؤُكُمۡ وَإِخۡوَٰنُكُمۡ وَأَزۡوَٰجُكُمۡ وَعَشِيرَتُكُمۡ وَأَمۡوَٰلٌ ٱقۡتَرَفۡتُمُوهَا وَتِجَٰرَةٞ تَخۡشَوۡنَ كَسَادَهَا وَمَسَٰكِنُ تَرۡضَوۡنَهَآ أَحَبَّ إِلَيۡكُم مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦ وَجِهَادٖ فِي سَبِيلِهِۦ فَتَرَبَّصُواْ حَتَّىٰ يَأۡتِيَ ٱللَّهُ بِأَمۡرِهِۦۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ ﴿24﴾

De: “Əgər atalarınız, oğul­larınız, qardaşlarınız, zöv­cə­lə­ri­niz, yaxın qo­humlarınız, qa­zan­dı­ğınız mallar, iflasa uğ­ra­ma­sın­dan qorxduğunuz alış-veri­şi­niz və bə­yəndiyiniz məs­kən­lər sizə Allah­dan, Onun El­çi­sindən və Onun yo­­lunda ci­had­dan daha əziz­dir­sə, Allah Öz əmrini verincəyə qədər gözlə­yin. Allah günah­kar­la­rı doğru yola yönəlt­məz”.

9:25

لَقَدۡ نَصَرَكُمُ ٱللَّهُ فِي مَوَاطِنَ كَثِيرَةٖ وَيَوۡمَ حُنَيۡنٍ إِذۡ أَعۡجَبَتۡكُمۡ كَثۡرَتُكُمۡ فَلَمۡ تُغۡنِ عَنكُمۡ شَيۡـٔٗا وَضَاقَتۡ عَلَيۡكُمُ ٱلۡأَرۡضُ بِمَا رَحُبَتۡ ثُمَّ وَلَّيۡتُم مُّدۡبِرِينَ ﴿25﴾

Həqiqətən, Allah əksər dö­yüş­lər­də, habelə Huneyn gü­nün­də də sizə kö­mək etmiş­di. O zaman çoxluğunuza alu­də oldunuz, am­ma bu sizin ka­rı­nıza gəlmədi. Yer üzü, geniş­liyinə bax­ma­ya­raq, sizə dar gəl­di, sonra geriyə çevrilib qaç­dı­nız.

9:26

ثُمَّ أَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَىٰ رَسُولِهِۦ وَعَلَى ٱلۡمُؤۡمِنِينَ وَأَنزَلَ جُنُودٗا لَّمۡ تَرَوۡهَا وَعَذَّبَ ٱلَّذِينَ كَفَرُواْۚ وَذَٰلِكَ جَزَآءُ ٱلۡكَٰفِرِينَ ﴿26﴾

Sonra Allah Öz Elçisinə və mö­min­lərə əminlik nazil et­di, gö­rə bilmə­di­yiniz döyüş­çülər gön­dərdi və kafir­lə­rə əzab verdi. Bu­­dur kafirlərin cə­zası.