quranm◉

Səhifə 191

Range
from 9:27 to 9:31
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

9:27

ثُمَّ يَتُوبُ ٱللَّهُ مِنۢ بَعۡدِ ذَٰلِكَ عَلَىٰ مَن يَشَآءُۗ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ﴿27﴾

Bundan sonra isə Allah istədi­yi­nin tövbəsini qəbul edər. Çünki Allah Bağışlayandır, Rəhm­lidir.

9:28

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّمَا ٱلۡمُشۡرِكُونَ نَجَسٞ فَلَا يَقۡرَبُواْ ٱلۡمَسۡجِدَ ٱلۡحَرَامَ بَعۡدَ عَامِهِمۡ هَٰذَاۚ وَإِنۡ خِفۡتُمۡ عَيۡلَةٗ فَسَوۡفَ يُغۡنِيكُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦٓ إِن شَآءَۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ حَكِيمٞ ﴿28﴾

Ey iman gətirənlər! Hə­qi­qətən də, müşriklər murdar­dırlar. Odur ki, özlə­rinin bu ilin­dən sonra Məscidulharama yaxınlaş­ma­sınlar. Əgər kasıb­lıqdan qor­­xur­sunuzsa, bilin ki, Allah istəsə, Öz lüt­fündən bəxş etməklə sizi var­landırar. Həqi­qə­tən, Allah hər şeyi bilən­dir, hikmət sahibidir.

9:29

قَٰتِلُواْ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱللَّهِ وَلَا بِٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَلَا يُحَرِّمُونَ مَا حَرَّمَ ٱللَّهُ وَرَسُولُهُۥ وَلَا يَدِينُونَ دِينَ ٱلۡحَقِّ مِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ حَتَّىٰ يُعۡطُواْ ٱلۡجِزۡيَةَ عَن يَدٖ وَهُمۡ صَٰغِرُونَ ﴿29﴾

Kitab verilənlərdən Alla­ha və Axi­rət gününə iman gə­tir­mə­yən, Allahın və Onun El­çi­sinin haram buyurduğunu ha­ram say­ma­yan və həqiqi din olan İs­lama etiqad etmə­yənlər­lə, zəlil günə qa­­lıb öz əlləri ilə cizyə verməyə məcbur olun­caya qədər vuruşun.

9:30

وَقَالَتِ ٱلۡيَهُودُ عُزَيۡرٌ ٱبۡنُ ٱللَّهِ وَقَالَتِ ٱلنَّصَٰرَى ٱلۡمَسِيحُ ٱبۡنُ ٱللَّهِۖ ذَٰلِكَ قَوۡلُهُم بِأَفۡوَٰهِهِمۡۖ يُضَٰهِـُٔونَ قَوۡلَ ٱلَّذِينَ كَفَرُواْ مِن قَبۡلُۚ قَٰتَلَهُمُ ٱللَّهُۖ أَنَّىٰ يُؤۡفَكُونَ ﴿30﴾

Yəhudilər: “Üzeyir Alla­hın oğlu­dur”– dedilər. Xaçpə­rəstlər də: “Məsih Allahın oğ­ludur”– dedi­lər. Bu onların ağız­ların­dan çı­xan sözlərdir. Bu, da­ha əv­vəlki kafir­lərin sözlə­rinə ox­şayır. Allah on­ları məhv et­sin! Gör necə də haq­­dan dön­dəri­lirlər!

9:31

ٱتَّخَذُوٓاْ أَحۡبَارَهُمۡ وَرُهۡبَٰنَهُمۡ أَرۡبَابٗا مِّن دُونِ ٱللَّهِ وَٱلۡمَسِيحَ ٱبۡنَ مَرۡيَمَ وَمَآ أُمِرُوٓاْ إِلَّا لِيَعۡبُدُوٓاْ إِلَٰهٗا وَٰحِدٗاۖ لَّآ إِلَٰهَ إِلَّا هُوَۚ سُبۡحَٰنَهُۥ عَمَّا يُشۡرِكُونَ ﴿31﴾

Onlar Allahı qoyub baş elm adamlarını və rahiblərini, bir də Mər­yəm oğlu İsa­nı tanrılar qə­bul et­­dilər. Halbuki on­la­ra an­caq tək olan İlaha ibadət et­mək əmr olun­muşdu. Ondan başqa ibadə­tə la­yiq olan məbud yox­­dur. O, bunların şərik qoş­duq­ları şeylərdən uzaq­dır.