quranm◉

Səhifə 192

Range
from 9:32 to 9:36
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

9:32

يُرِيدُونَ أَن يُطۡفِـُٔواْ نُورَ ٱللَّهِ بِأَفۡوَٰهِهِمۡ وَيَأۡبَى ٱللَّهُ إِلَّآ أَن يُتِمَّ نُورَهُۥ وَلَوۡ كَرِهَ ٱلۡكَٰفِرُونَ ﴿32﴾

Onlar ağızları ilə Alla­hın nu­runu söndürmək istəyir­lər. Allah isə buna yol verməz, ka­firlərin xoşuna gəlməsə də, O, Öz nu­runu tamamlayar.

9:33

هُوَ ٱلَّذِيٓ أَرۡسَلَ رَسُولَهُۥ بِٱلۡهُدَىٰ وَدِينِ ٱلۡحَقِّ لِيُظۡهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦ وَلَوۡ كَرِهَ ٱلۡمُشۡرِكُونَ ﴿33﴾

Müşriklərin xoşuna gəl­mə­sə də, İslamı bütün dinlər­dən üs­tün etmək üçün Öz El­çi­sini doğru yol göstəricisi və haqq din ilə gön­dərən Odur.

9:34

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ كَثِيرٗا مِّنَ ٱلۡأَحۡبَارِ وَٱلرُّهۡبَانِ لَيَأۡكُلُونَ أَمۡوَٰلَ ٱلنَّاسِ بِٱلۡبَٰطِلِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِۗ وَٱلَّذِينَ يَكۡنِزُونَ ٱلذَّهَبَ وَٱلۡفِضَّةَ وَلَا يُنفِقُونَهَا فِي سَبِيلِ ٱللَّهِ فَبَشِّرۡهُم بِعَذَابٍ أَلِيمٖ ﴿34﴾

Ey iman gətirənlər! Elm adamlarından və rahiblərdən ço­xu in­san­ların mal­larını haqsız ola­raq yeyir və onları Allah yo­lundan dön­dərirlər. Qızıl-gü­müş yı­ğıb onları Allah yo­lun­da sərf etmə­yən­lə­ri ağrılı-acılı bir əzabla müjdələ.

9:35

يَوۡمَ يُحۡمَىٰ عَلَيۡهَا فِي نَارِ جَهَنَّمَ فَتُكۡوَىٰ بِهَا جِبَاهُهُمۡ وَجُنُوبُهُمۡ وَظُهُورُهُمۡۖ هَٰذَا مَا كَنَزۡتُمۡ لِأَنفُسِكُمۡ فَذُوقُواْ مَا كُنتُمۡ تَكۡنِزُونَ ﴿35﴾

O gün bu yığdıqları sər­vət­lər Cə­hən­nəm odunda qız­dırıla­caq və bu­nun­la onların alınlarına, böyürlərinə və kü­rəklərinə damğa vu­rulacaq və onlara: “Budur özü­nüz üçün yığdıqlarınız. Elə isə da­dın yığ­­dıqlarınızı!”– deyilə­cəkdir.

9:36

إِنَّ عِدَّةَ ٱلشُّهُورِ عِندَ ٱللَّهِ ٱثۡنَا عَشَرَ شَهۡرٗا فِي كِتَٰبِ ٱللَّهِ يَوۡمَ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ مِنۡهَآ أَرۡبَعَةٌ حُرُمٞۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلۡقَيِّمُۚ فَلَا تَظۡلِمُواْ فِيهِنَّ أَنفُسَكُمۡۚ وَقَٰتِلُواْ ٱلۡمُشۡرِكِينَ كَآفَّةٗ كَمَا يُقَٰتِلُونَكُمۡ كَآفَّةٗۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَعَ ٱلۡمُتَّقِينَ ﴿36﴾

Həqiqətən, Allah yanın­da ayla­rın sayı on ikidir. Bunu da Allah göy­lə­ri və yeri yarat­dığı gündə Kitaba yaz­mışdır. Bunlar­dan dördü haram aylar­dır. Doğru din budur. Odur ki, bu ay­larda özünüzə zülm et­mə­yin. Müşriklər hamısı bir yer­də sizinlə vu­ruş­duq­ları ki­mi, siz də hamı­nız bir yerdə on­larla vuruşun və bilin ki, Allah müt­təqilər­lədir.