quranm◉

Səhifə 193

Range
from 9:37 to 9:40
Surahs covered
Tərcümə
4 Tərcümə

◉

9:37

إِنَّمَا ٱلنَّسِيٓءُ زِيَادَةٞ فِي ٱلۡكُفۡرِۖ يُضَلُّ بِهِ ٱلَّذِينَ كَفَرُواْ يُحِلُّونَهُۥ عَامٗا وَيُحَرِّمُونَهُۥ عَامٗا لِّيُوَاطِـُٔواْ عِدَّةَ مَا حَرَّمَ ٱللَّهُ فَيُحِلُّواْ مَا حَرَّمَ ٱللَّهُۚ زُيِّنَ لَهُمۡ سُوٓءُ أَعۡمَٰلِهِمۡۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ ﴿37﴾

Haram ayı təxirə sal­maq ancaq küf­rü artırır. Bu­nunla da ka­fir­lər az­dı­rı­lırlar. Onlar bu­nu bir il halal sayır, bir il də haram sa­yır­lar ki, Alla­hın ha­ram et­diyi ayların sayını uy­ğunlaşdırsın­lar və Allahın ha­ram buyurdu­ğu­nu halal et­sin­lər. Beləcə, on­ların pis əməl­ləri öz­lə­ri­nə gö­zəl gös­tə­rildi. Allah kafir adam­ları doğ­ru yola yö­nəltməz.

9:38

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ مَا لَكُمۡ إِذَا قِيلَ لَكُمُ ٱنفِرُواْ فِي سَبِيلِ ٱللَّهِ ٱثَّاقَلۡتُمۡ إِلَى ٱلۡأَرۡضِۚ أَرَضِيتُم بِٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا مِنَ ٱلۡأٓخِرَةِۚ فَمَا مَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا فِي ٱلۡأٓخِرَةِ إِلَّا قَلِيلٌ ﴿38﴾

Ey iman gətirənlər! Sizə nə olub ki, “Allah yolunda dö­yüşə çıxın!”– de­yil­dikdə yeri­nizdə qaxı­lıb qalırsınız? Ol­ma­ya, axirətdən daha çox dünya hə­yatından razı­sınız? Halbuki dünya hə­yatının ke­çici zövqü axirətlə müqa­yi­sə­də çox də­yər­siz bir şeydir.

9:39

إِلَّا تَنفِرُواْ يُعَذِّبۡكُمۡ عَذَابًا أَلِيمٗا وَيَسۡتَبۡدِلۡ قَوۡمًا غَيۡرَكُمۡ وَلَا تَضُرُّوهُ شَيۡـٔٗاۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ﴿39﴾

Əgər döyüşə çıxmasa­nız, Allah sizi ağrılı-acılı bir əzaba dü­çar edər və sizi başqa bir qövmlə əvəz edər. Siz isə Ona heç bir zə­rər yetirə bilməz­si­niz, çünki Allah hər şeyə qa­dirdir.

9:40

إِلَّا تَنصُرُوهُ فَقَدۡ نَصَرَهُ ٱللَّهُ إِذۡ أَخۡرَجَهُ ٱلَّذِينَ كَفَرُواْ ثَانِيَ ٱثۡنَيۡنِ إِذۡ هُمَا فِي ٱلۡغَارِ إِذۡ يَقُولُ لِصَٰحِبِهِۦ لَا تَحۡزَنۡ إِنَّ ٱللَّهَ مَعَنَاۖ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَيۡهِ وَأَيَّدَهُۥ بِجُنُودٖ لَّمۡ تَرَوۡهَا وَجَعَلَ كَلِمَةَ ٱلَّذِينَ كَفَرُواْ ٱلسُّفۡلَىٰۗ وَكَلِمَةُ ٱللَّهِ هِيَ ٱلۡعُلۡيَاۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ ﴿40﴾

Əgər siz Peyğəmbərə kö­mək et­mə­səniz, bilin ki, Allah ona ar­tıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nə­fər­dən ikincisi ola­raq Məkkədən çı­xart­dı­lar. O iki nəfər mağa­rada olar­kən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlə­dir!” Bun­dan sonra Allah ona arxa­yınlıq nazil etdi, sizin görmə­di­yi­niz döyüşçülər­lə ona yar­dım göstərdi və kafir­lərin sö­zü­nü al­çalt­dı. Ancaq Alla­hın Sözü uca­dır. Allah Qüd­rətlidir, Hikmət sahibidir.