quranm◉

Səhifə 203

Range
from 9:100 to 9:106
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

9:100

وَٱلسَّـٰبِقُونَ ٱلۡأَوَّلُونَ مِنَ ٱلۡمُهَٰجِرِينَ وَٱلۡأَنصَارِ وَٱلَّذِينَ ٱتَّبَعُوهُم بِإِحۡسَٰنٖ رَّضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُ وَأَعَدَّ لَهُمۡ جَنَّـٰتٖ تَجۡرِي تَحۡتَهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ﴿100﴾

Dində hamını ötüb ke­çən ilk mü­hacirlərə və ənsar­a, həm­çinin yax­şı işlər gör­mək­də onların ardınca ge­dən­lərə gəlincə, Allah onlardan ra­zı­dır, onlar da Ondan razıdır­lar. Allah on­lar üçün ağac­ları altından çay­lar axan, içində əbədi qala­caq­ları cən­nətlər hazır­lamış­dır. Bu, böyük uğur­dur.

9:101

وَمِمَّنۡ حَوۡلَكُم مِّنَ ٱلۡأَعۡرَابِ مُنَٰفِقُونَۖ وَمِنۡ أَهۡلِ ٱلۡمَدِينَةِ مَرَدُواْ عَلَى ٱلنِّفَاقِ لَا تَعۡلَمُهُمۡۖ نَحۡنُ نَعۡلَمُهُمۡۚ سَنُعَذِّبُهُم مَّرَّتَيۡنِ ثُمَّ يُرَدُّونَ إِلَىٰ عَذَابٍ عَظِيمٖ ﴿101﴾

Çevrənizdəki bədəvi­lər­dən və Mə­dinə əhalisi ara­sın­da mü­nafiqlər var. Onlar münafiqlikdə inadkarlıq edir, sən isə on­la­rı tanımırsan. Biz ki on­ları tanı­yırıq. Biz on­lara iki dəfə əzab ve­rəcəyik. Sonra isə böyük bir əzaba qay­tarı­la­caqlar.

9:102

وَءَاخَرُونَ ٱعۡتَرَفُواْ بِذُنُوبِهِمۡ خَلَطُواْ عَمَلٗا صَٰلِحٗا وَءَاخَرَ سَيِّئًا عَسَى ٱللَّهُ أَن يَتُوبَ عَلَيۡهِمۡۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ ﴿102﴾

Digərləri isə günahla­rı­nı etiraf et­dilər. Onlar yaxşı bir əməl­lə başqa bir pis əməli qa­rışdırdılar. Ola bilsin ki, Allah on­la­rın töv­bələrini qəbul etsin. Hə­qiqətən, Allah Bağış­layan­dır, Rəhm­li­­dir.

9:103

خُذۡ مِنۡ أَمۡوَٰلِهِمۡ صَدَقَةٗ تُطَهِّرُهُمۡ وَتُزَكِّيهِم بِهَا وَصَلِّ عَلَيۡهِمۡۖ إِنَّ صَلَوٰتَكَ سَكَنٞ لَّهُمۡۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ ﴿103﴾

Onların mallarından sə­də­qə götür ki, bununla onları pak edib tə­mi­zə çıxarasan. On­lar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlik­dir. Allah hər şeyi eşidən­dir, hər şeyi biləndir.

9:104

أَلَمۡ يَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ هُوَ يَقۡبَلُ ٱلتَّوۡبَةَ عَنۡ عِبَادِهِۦ وَيَأۡخُذُ ٱلصَّدَقَٰتِ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ﴿104﴾

Məgər onlar bilmirlər ki, Allah qullarından tövbəni qəbul edir, sədə­qə­ləri götürür və Allah tövbələri qəbul Edən­dir, Rəhm­li­dir?

9:105

وَقُلِ ٱعۡمَلُواْ فَسَيَرَى ٱللَّهُ عَمَلَكُمۡ وَرَسُولُهُۥ وَٱلۡمُؤۡمِنُونَۖ وَسَتُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿105﴾

De: “İşinizdə olun! Allah, Onun El­çisi və möminlər əməl­lə­­rinizi görə­cək­lər. Sonra qey­bi və aşkarı Bilənin ya­nı­na qay­tarıla­caq­sınız, O da sizə nə et­dikləri­nizi xəbər verəcəkdir”.

9:106

وَءَاخَرُونَ مُرۡجَوۡنَ لِأَمۡرِ ٱللَّهِ إِمَّا يُعَذِّبُهُمۡ وَإِمَّا يَتُوبُ عَلَيۡهِمۡۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ ﴿106﴾

Döyüşə getməyənlər­dən baş­qaları da var ki, onlar Alla­hın ix­tiyarına bu­ra­xılmış­lar. O, ya onlara əzab verəcək, ya da tövbə­lə­ri­ni qəbul edəcək. Allah hər şeyi bilən­dir, hikmət sahibidir.