quranm◉

Səhifə 204

Range
from 9:107 to 9:111
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

9:107

وَٱلَّذِينَ ٱتَّخَذُواْ مَسۡجِدٗا ضِرَارٗا وَكُفۡرٗا وَتَفۡرِيقَۢا بَيۡنَ ٱلۡمُؤۡمِنِينَ وَإِرۡصَادٗا لِّمَنۡ حَارَبَ ٱللَّهَ وَرَسُولَهُۥ مِن قَبۡلُۚ وَلَيَحۡلِفُنَّ إِنۡ أَرَدۡنَآ إِلَّا ٱلۡحُسۡنَىٰۖ وَٱللَّهُ يَشۡهَدُ إِنَّهُمۡ لَكَٰذِبُونَ ﴿107﴾

Müsəlmanlara zərər vur­maq, küfr etmək, möminlərin ara­sı­na təfriqə sal­maq məqsə­di­lə, əv­vəlcədən Allaha və Onun Elçisinə qar­şı müharibə edən kim­səni göz­ləmək üçün məs­cid tikənlər, əl­bət­tə: “Biz yax­şı­lıq­dan başqa bir şey is­tə­mə­dik”– deyə and içə­cək­lər. Allah şa­hid­dir ki, onlar yalan­çıdırlar.

9:108

لَا تَقُمۡ فِيهِ أَبَدٗاۚ لَّمَسۡجِدٌ أُسِّسَ عَلَى ٱلتَّقۡوَىٰ مِنۡ أَوَّلِ يَوۡمٍ أَحَقُّ أَن تَقُومَ فِيهِۚ فِيهِ رِجَالٞ يُحِبُّونَ أَن يَتَطَهَّرُواْۚ وَٱللَّهُ يُحِبُّ ٱلۡمُطَّهِّرِينَ ﴿108﴾

Heç vaxt orada namaz qılma. İlk gündən təqva üzə­rində qu­rulmuş məscid, əl­bət­tə, içində namaz qılmağın üçün daha la­yiq­dir. Orada təmiz­lən­mə­yi sevən kişi­lər vardır. Allah da təmiz­lə­nən­ləri sevir.

9:109

أَفَمَنۡ أَسَّسَ بُنۡيَٰنَهُۥ عَلَىٰ تَقۡوَىٰ مِنَ ٱللَّهِ وَرِضۡوَٰنٍ خَيۡرٌ أَم مَّنۡ أَسَّسَ بُنۡيَٰنَهُۥ عَلَىٰ شَفَا جُرُفٍ هَارٖ فَٱنۡهَارَ بِهِۦ فِي نَارِ جَهَنَّمَۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ ﴿109﴾

Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs da­ha yax­şı­dır, yoxsa bina­sını da­ğılmaqda olan uçu­ru­mun lap kə­na­rında quran və onun­la birlikdə Cəhənnəm oduna yu­var­lanan kəs? Allah zalım qövmü doğru yola yö­nəlt­məz.

9:110

لَا يَزَالُ بُنۡيَٰنُهُمُ ٱلَّذِي بَنَوۡاْ رِيبَةٗ فِي قُلُوبِهِمۡ إِلَّآ أَن تَقَطَّعَ قُلُوبُهُمۡۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ ﴿110﴾

Onların ürəkləri parça-parça ola­na qədər tikdiyi bina qəlb­lə­rində bir şübhə olaraq qa­la­caq­dır. Allah hər şeyi biləndir, hikmət sahibidir.

9:111

إِنَّ ٱللَّهَ ٱشۡتَرَىٰ مِنَ ٱلۡمُؤۡمِنِينَ أَنفُسَهُمۡ وَأَمۡوَٰلَهُم بِأَنَّ لَهُمُ ٱلۡجَنَّةَۚ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِ فَيَقۡتُلُونَ وَيُقۡتَلُونَۖ وَعۡدًا عَلَيۡهِ حَقّٗا فِي ٱلتَّوۡرَىٰةِ وَٱلۡإِنجِيلِ وَٱلۡقُرۡءَانِۚ وَمَنۡ أَوۡفَىٰ بِعَهۡدِهِۦ مِنَ ٱللَّهِۚ فَٱسۡتَبۡشِرُواْ بِبَيۡعِكُمُ ٱلَّذِي بَايَعۡتُم بِهِۦۚ وَذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ﴿111﴾

Doğrudan da, Allah mö­minlər­dən, Cənnət müqa­bilin­də, on­ların can­la­rını və malla­rı­nı sa­tın almışdır. Çünki on­lar Allah yo­lunda vuruşub öldü­rür və öldü­rülürlər. Bu, Allahın Töv­ratda, İn­cil­də və Quranda Öz öhdəsinə gö­tür­düyü bir vəd­dir. Allahdan da­ha yaxşı əh­di­ni ye­rinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə gö­rə sevinin. Məhz bu, böyük uğurdur.