quranm◉

Səhifə 205

Range
from 9:112 to 9:117
Surahs covered
Tərcümə
6 Tərcümə

◉

9:112

ٱلتَّـٰٓئِبُونَ ٱلۡعَٰبِدُونَ ٱلۡحَٰمِدُونَ ٱلسَّـٰٓئِحُونَ ٱلرَّـٰكِعُونَ ٱلسَّـٰجِدُونَ ٱلۡأٓمِرُونَ بِٱلۡمَعۡرُوفِ وَٱلنَّاهُونَ عَنِ ٱلۡمُنكَرِ وَٱلۡحَٰفِظُونَ لِحُدُودِ ٱللَّهِۗ وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ ﴿112﴾

Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görmə­yi buyu­rub pis əməl­ləri qada­ğan edən və Allahın qoyduğu hüdudlarını qoruyan o mö­min­ləri müj­də­lə.

9:113

مَا كَانَ لِلنَّبِيِّ وَٱلَّذِينَ ءَامَنُوٓاْ أَن يَسۡتَغۡفِرُواْ لِلۡمُشۡرِكِينَ وَلَوۡ كَانُوٓاْ أُوْلِي قُرۡبَىٰ مِنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمۡ أَنَّهُمۡ أَصۡحَٰبُ ٱلۡجَحِيمِ ﴿113﴾

Müşriklərin Cəhənnəm sa­kin­lə­ri olduqları müsəlmanlara bəlli ol­duq­dan son­ra, onlarla qohum olsa­lar belə, Peyğəmbərə və mö­min­lərə on­lar üçün bağışlan­ma di­lə­mək yaraşmaz.

9:114

وَمَا كَانَ ٱسۡتِغۡفَارُ إِبۡرَٰهِيمَ لِأَبِيهِ إِلَّا عَن مَّوۡعِدَةٖ وَعَدَهَآ إِيَّاهُ فَلَمَّا تَبَيَّنَ لَهُۥٓ أَنَّهُۥ عَدُوّٞ لِّلَّهِ تَبَرَّأَ مِنۡهُۚ إِنَّ إِبۡرَٰهِيمَ لَأَوَّـٰهٌ حَلِيمٞ ﴿114﴾

İbrahimin öz atası üçün bağış­lan­ma diləməsi isə sa­dəcə ona verdiyi vədə görə idi. Ata­sı­nın Allaha düş­mən olduğu ona bəl­li olduqdan sonra isə on­dan uzaqlaşdı. Həqiqətən, İb­ra­him Alla­ha çox yalvaran hə­lim bir kim­sə idi.

9:115

وَمَا كَانَ ٱللَّهُ لِيُضِلَّ قَوۡمَۢا بَعۡدَ إِذۡ هَدَىٰهُمۡ حَتَّىٰ يُبَيِّنَ لَهُم مَّا يَتَّقُونَۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ ﴿115﴾

Allah bir qövmü doğru yola yö­nəltdikdən sonra haram olan şeylər­dən on­ları xəbərdar etmə­yincə on­la­rı hə­min yoldan az­dırmaz. Həqiqə­tən, Allah hər şe­yi bilir.

9:116

إِنَّ ٱللَّهَ لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يُحۡيِۦ وَيُمِيتُۚ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ ﴿116﴾

Həqiqətən, göylərin və yerin mül­kü Allaha məxsus­dur. O həm di­ril­dir, həm də öl­dürür. Si­zin Allahdan baş­qa nə bir hima­yə­da­rınız, nə də bir kö­məkçiniz var.

9:117

لَّقَد تَّابَ ٱللَّهُ عَلَى ٱلنَّبِيِّ وَٱلۡمُهَٰجِرِينَ وَٱلۡأَنصَارِ ٱلَّذِينَ ٱتَّبَعُوهُ فِي سَاعَةِ ٱلۡعُسۡرَةِ مِنۢ بَعۡدِ مَا كَادَ يَزِيغُ قُلُوبُ فَرِيقٖ مِّنۡهُمۡ ثُمَّ تَابَ عَلَيۡهِمۡۚ إِنَّهُۥ بِهِمۡ رَءُوفٞ رَّحِيمٞ ﴿117﴾

Allah, müsəlmanlar­dan bəzi­ləri­nin qəlbi cihaddan ya­yın­maq üzrə olduqdan sonra, Pey­ğəmbərin də, çətin vaxtda onun ardınca gedən mühacir­lə­rin və ən­­sarın da əvvəlcə töv­bəsini qə­bul et­di, son­ra da on­ları ba­ğışladı. Çünki Allah on­lara qar­şı çox şəf­qət­li­dir, rəhm­lidir.