quranm◉

Səhifə 206

Range
from 9:118 to 9:122
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

9:118

وَعَلَى ٱلثَّلَٰثَةِ ٱلَّذِينَ خُلِّفُواْ حَتَّىٰٓ إِذَا ضَاقَتۡ عَلَيۡهِمُ ٱلۡأَرۡضُ بِمَا رَحُبَتۡ وَضَاقَتۡ عَلَيۡهِمۡ أَنفُسُهُمۡ وَظَنُّوٓاْ أَن لَّا مَلۡجَأَ مِنَ ٱللَّهِ إِلَّآ إِلَيۡهِ ثُمَّ تَابَ عَلَيۡهِمۡ لِيَتُوبُوٓاْۚ إِنَّ ٱللَّهَ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ﴿118﴾

Geri qalmış üç nəfəri də bağışla­dı. Hətta yer üzü öz geniş­li­yi­nə baxma­yaraq onlara dar gəl­miş, ürəkləri kədər­dən sı­xılmış və yə­qin bilmişdilər ki, Allah­ın əzabın­dan, ancaq Onun Özünə sı­ğın­maq­dan başqa ça­rə­ləri yox­dur. Sonra Allah peş­man olsunlar de­yə on­ların töv­bəsini qəbul etdi. Həqi­qətən, Allah töv­bə­ləri qəbul Edəndir, Rəhm­lidir.

9:119

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَكُونُواْ مَعَ ٱلصَّـٰدِقِينَ ﴿119﴾

Ey iman gətirənlər! Allah­dan qorxun və düz danı­şan­lar­la bir­likdə olun.

9:120

مَا كَانَ لِأَهۡلِ ٱلۡمَدِينَةِ وَمَنۡ حَوۡلَهُم مِّنَ ٱلۡأَعۡرَابِ أَن يَتَخَلَّفُواْ عَن رَّسُولِ ٱللَّهِ وَلَا يَرۡغَبُواْ بِأَنفُسِهِمۡ عَن نَّفۡسِهِۦۚ ذَٰلِكَ بِأَنَّهُمۡ لَا يُصِيبُهُمۡ ظَمَأٞ وَلَا نَصَبٞ وَلَا مَخۡمَصَةٞ فِي سَبِيلِ ٱللَّهِ وَلَا يَطَـُٔونَ مَوۡطِئٗا يَغِيظُ ٱلۡكُفَّارَ وَلَا يَنَالُونَ مِنۡ عَدُوّٖ نَّيۡلًا إِلَّا كُتِبَ لَهُم بِهِۦ عَمَلٞ صَٰلِحٌۚ إِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجۡرَ ٱلۡمُحۡسِنِينَ ﴿120﴾

Mədinə əhalisinə və on­­la­rın ətra­fındakı bədəvilərə dö­yüşdə Allahın El­çi­sindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq ya­raşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuz­luq, yorğunluq və aclıq, ka­fir­ləri qəzəbləndirən elə bir atıl­mış ad­dım, düş­mən üzərində qa­zanılan elə bir uğur yox­dur ki, bunların müqa­bi­lin­də onla­ra yaxşı bir əməl yazılmasın. Hə­­qi­qə­tən, Allah yaxşı iş gö­rən­lərin mü­ka­­fa­tını puç etməz.

9:121

وَلَا يُنفِقُونَ نَفَقَةٗ صَغِيرَةٗ وَلَا كَبِيرَةٗ وَلَا يَقۡطَعُونَ وَادِيًا إِلَّا كُتِبَ لَهُمۡ لِيَجۡزِيَهُمُ ٱللَّهُ أَحۡسَنَ مَا كَانُواْ يَعۡمَلُونَ ﴿121﴾

Allah onları, etdikləri əməl­lərin ən gözəli ilə müka­fat­lan­dır­­sın deyə xərc­lədikləri elə bir kiçik və ya böyük məs­rəf, keç­dik­lə­ri elə bir vadi yox­dur ki, buna görə onlara savab yazılmasın.

9:122

وَمَا كَانَ ٱلۡمُؤۡمِنُونَ لِيَنفِرُواْ كَآفَّةٗۚ فَلَوۡلَا نَفَرَ مِن كُلِّ فِرۡقَةٖ مِّنۡهُمۡ طَآئِفَةٞ لِّيَتَفَقَّهُواْ فِي ٱلدِّينِ وَلِيُنذِرُواْ قَوۡمَهُمۡ إِذَا رَجَعُوٓاْ إِلَيۡهِمۡ لَعَلَّهُمۡ يَحۡذَرُونَ ﴿122﴾

Möminlərin hamısı ey­ni vaxtda döyüşə çıxma­malı­dır. Hər qə­bilədən bir dəstə qalma­lıdır ki, dini dərindən öy­rən­sinlər və öz camaatı dö­yüş­dən ge­ri qayıtdıq­ları zaman onları xəbərdar et­sin­lər. Bəlkə, onlar pis işlərdən çəki­nə­lər.