quranm◉

Surə At-Tawbah 9:120

مَا كَانَ لِأَهۡلِ ٱلۡمَدِينَةِ وَمَنۡ حَوۡلَهُم مِّنَ ٱلۡأَعۡرَابِ أَن يَتَخَلَّفُواْ عَن رَّسُولِ ٱللَّهِ وَلَا يَرۡغَبُواْ بِأَنفُسِهِمۡ عَن نَّفۡسِهِۦۚ ذَٰلِكَ بِأَنَّهُمۡ لَا يُصِيبُهُمۡ ظَمَأٞ وَلَا نَصَبٞ وَلَا مَخۡمَصَةٞ فِي سَبِيلِ ٱللَّهِ وَلَا يَطَـُٔونَ مَوۡطِئٗا يَغِيظُ ٱلۡكُفَّارَ وَلَا يَنَالُونَ مِنۡ عَدُوّٖ نَّيۡلًا إِلَّا كُتِبَ لَهُم بِهِۦ عَمَلٞ صَٰلِحٌۚ إِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجۡرَ ٱلۡمُحۡسِنِينَ ﴿١٢٠﴾

◉

Tərcümə

Mədinə əhalisinə və on­­la­rın ətra­fındakı bədəvilərə dö­yüşdə Allahın El­çi­sindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq ya­raşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuz­luq, yorğunluq və aclıq, ka­fir­ləri qəzəbləndirən elə bir atıl­mış ad­dım, düş­mən üzərində qa­zanılan elə bir uğur yox­dur ki, bunların müqa­bi­lin­də onla­ra yaxşı bir əməl yazılmasın. Hə­­qi­qə­tən, Allah yaxşı iş gö­rən­lərin mü­ka­­fa­tını puç etməz.
— Alikhan Musayev
Mədinəlilərə və onların ətrafında olan bədəvilərə (döyüşdə) Allahın Peyğəmbərindən geri qalmaq, ondan (ona üz verən məşəqqətlərdən) özlərini kənara çəkmək (belə çətinliklərin özlərinə üz verməsini istəməmək, beləliklə də, özlərini Peyğəmbərdən üstün tutmaq) yaraşmaz. Çünki Allah yolunda onlara elə bir susuzluq, yorğunluq və aclıq üz verməz, kafirlərin qəzəbinə səbəb olan elə bir yerə onlar ayaq basmaz və düşməndən elə bir bəla, müsibət görməzlər ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmamış olsun! Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz!
— Azerbaijani

◉ Surə · ∞