quranm◉

Səhifə 22

Range
from 2:142 to 2:145
Surahs covered
Tərcümə
4 Tərcümə

◉

2:142

سَيَقُولُ ٱلسُّفَهَآءُ مِنَ ٱلنَّاسِ مَا وَلَّىٰهُمۡ عَن قِبۡلَتِهِمُ ٱلَّتِي كَانُواْ عَلَيۡهَاۚ قُل لِّلَّهِ ٱلۡمَشۡرِقُ وَٱلۡمَغۡرِبُۚ يَهۡدِي مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ﴿142﴾

Səfeh adamlar deyə­cək­­­lər: “Müsəlmanları üz tut­duqları qib­lədən dön­dərən nədir?” De: “Məşriq də, məğrib də Alla­hın­dır. O, istə­di­yi kəsi doğru yola yönəldir!”

2:143

وَكَذَٰلِكَ جَعَلۡنَٰكُمۡ أُمَّةٗ وَسَطٗا لِّتَكُونُواْ شُهَدَآءَ عَلَى ٱلنَّاسِ وَيَكُونَ ٱلرَّسُولُ عَلَيۡكُمۡ شَهِيدٗاۗ وَمَا جَعَلۡنَا ٱلۡقِبۡلَةَ ٱلَّتِي كُنتَ عَلَيۡهَآ إِلَّا لِنَعۡلَمَ مَن يَتَّبِعُ ٱلرَّسُولَ مِمَّن يَنقَلِبُ عَلَىٰ عَقِبَيۡهِۚ وَإِن كَانَتۡ لَكَبِيرَةً إِلَّا عَلَى ٱلَّذِينَ هَدَى ٱللَّهُۗ وَمَا كَانَ ٱللَّهُ لِيُضِيعَ إِيمَٰنَكُمۡۚ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٞ رَّحِيمٞ ﴿143﴾

Beləliklə, siz insan­lara şa­hid olasınız, peyğəmbər də, sizə şahid olsun deyə Biz sizi orta bir ümmət etdik. Biz, sənin əvvəl üz tutdu­ğun qib­ləni ancaq ona gö­rə təyin etdik ki, Allah rəsulunun ardın­ca ge­­dənləri üz dön­də­rən­lərdən fərq­lən­dirə bilək. Bu, Alla­hın doğru yola yönəltdiyi kimsələr­dən başqa ha­mı­ya ağır gəldi. Allah sizin ima­nı­nızı puç et­məz. Həqi­qətən də, Allah in­sanlara qarşı çox şəfqət­lidir, rəhm­­lidir.

2:144

قَدۡ نَرَىٰ تَقَلُّبَ وَجۡهِكَ فِي ٱلسَّمَآءِۖ فَلَنُوَلِّيَنَّكَ قِبۡلَةٗ تَرۡضَىٰهَاۚ فَوَلِّ وَجۡهَكَ شَطۡرَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۚ وَحَيۡثُ مَا كُنتُمۡ فَوَلُّواْ وُجُوهَكُمۡ شَطۡرَهُۥۗ وَإِنَّ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ لَيَعۡلَمُونَ أَنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّهِمۡۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا يَعۡمَلُونَ ﴿144﴾

Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük. Odur ki, sə­ni razı qala­cağın qibləyə tə­rəf döndərəcəyik. Sən üzünü Məsci­dul­harama tərəf çevir! Ha­­rada olursu­nuzsa, olun, üzü­nü­zü ona tərəf çe­­virin! Şübhə­siz ki, Kitab verilən­lər bunun özlərinin Rəbbi tərə­findən ger­çək ol­du­ğunu bilirlər. Allah on­la­rın et­dik­lərin­dən qafil de­yil­­dir.

2:145

وَلَئِنۡ أَتَيۡتَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ بِكُلِّ ءَايَةٖ مَّا تَبِعُواْ قِبۡلَتَكَۚ وَمَآ أَنتَ بِتَابِعٖ قِبۡلَتَهُمۡۚ وَمَا بَعۡضُهُم بِتَابِعٖ قِبۡلَةَ بَعۡضٖۚ وَلَئِنِ ٱتَّبَعۡتَ أَهۡوَآءَهُم مِّنۢ بَعۡدِ مَا جَآءَكَ مِنَ ٱلۡعِلۡمِ إِنَّكَ إِذٗا لَّمِنَ ٱلظَّـٰلِمِينَ ﴿145﴾

Kitab verilənlərə hər cür dəlil gə­tirsən də, onlar sənin qib­lənə üz tut­maz­lar. Sən də, onla­rın qibləsinə üz tu­tan de­yilsən. On­ların özləri də bir-bir­ləri­nin qib­­lə­sinə üz tutan de­yil­lər. Əgər sənə gə­lən elmdən sonra onların is­tək­­lərinə uy­san, onda sən də, heç şübhə­siz ki, zalımlar­dan olar­san.