quranm◉

Səhifə 23

Range
from 2:146 to 2:153
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

2:146

ٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَعۡرِفُونَهُۥ كَمَا يَعۡرِفُونَ أَبۡنَآءَهُمۡۖ وَإِنَّ فَرِيقٗا مِّنۡهُمۡ لَيَكۡتُمُونَ ٱلۡحَقَّ وَهُمۡ يَعۡلَمُونَ ﴿146﴾

Kitab verdiyimiz kəslər Peyğəmbəri öz oğul­la­rını tanıdıqla­rı kimi ta­nı­yırlar. Buna rəğmən on­lar­dan bir dəs­tə bilə-bilə haqqı giz­lə­dir.

2:147

ٱلۡحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُمۡتَرِينَ ﴿147﴾

Haqq sənin Rəbbin­dən­­dir! Odur ki, şübhə edən­lər­dən ol­ma!

2:148

وَلِكُلّٖ وِجۡهَةٌ هُوَ مُوَلِّيهَاۖ فَٱسۡتَبِقُواْ ٱلۡخَيۡرَٰتِۚ أَيۡنَ مَا تَكُونُواْ يَأۡتِ بِكُمُ ٱللَّهُ جَمِيعًاۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿148﴾

Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər gör­mək­də bir-biri­nizlə yarışın. Hara­da olursunuzsa olun, Allah sizin ha­mı­nızı bir yerə topla­ya­caq­dır. Şüb­hə­siz ki, Allah hər şeyə qa­dirdir.

2:149

وَمِنۡ حَيۡثُ خَرَجۡتَ فَوَلِّ وَجۡهَكَ شَطۡرَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۖ وَإِنَّهُۥ لَلۡحَقُّ مِن رَّبِّكَۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ﴿149﴾

Hara səfərə çıxsan, na­maz qıldıq­da üzünü Məscidul­harama tərəf çevir! Çünki bu, sənin Rəb­bindən gələn haq­dır! Allah sizin etdiklərinizdən qafil deyil­dir.

2:150

وَمِنۡ حَيۡثُ خَرَجۡتَ فَوَلِّ وَجۡهَكَ شَطۡرَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۚ وَحَيۡثُ مَا كُنتُمۡ فَوَلُّواْ وُجُوهَكُمۡ شَطۡرَهُۥ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَيۡكُمۡ حُجَّةٌ إِلَّا ٱلَّذِينَ ظَلَمُواْ مِنۡهُمۡ فَلَا تَخۡشَوۡهُمۡ وَٱخۡشَوۡنِي وَلِأُتِمَّ نِعۡمَتِي عَلَيۡكُمۡ وَلَعَلَّكُمۡ تَهۡتَدُونَ ﴿150﴾

Hara səfərə çıxsan, na­maz qıldıq­da üzünü Məscidul­harama tə­rəf çevir! Harada olur­sunuzsa olun, üzünüzü ona tə­rəf çevirin ki, zalım­lar­dan baş­qa heç kəsin sizə qarşı bir dəlili olmasın. On­lar­­dan qorx­mayın, Mən­dən qor­xun ki, Mən də, sizə olan ne­mə­timi ta­mam­la­yım və bəlkə, siz doğru yola yönələsi­niz.

2:151

كَمَآ أَرۡسَلۡنَا فِيكُمۡ رَسُولٗا مِّنكُمۡ يَتۡلُواْ عَلَيۡكُمۡ ءَايَٰتِنَا وَيُزَكِّيكُمۡ وَيُعَلِّمُكُمُ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَيُعَلِّمُكُم مَّا لَمۡ تَكُونُواْ تَعۡلَمُونَ ﴿151﴾

Həmçinin, öz içəriniz­dən ayələ­rimizi sizə oxuyan, sizi gü­nah­lar­dan tə­mizləyən, Ki­tabı və hikməti sizə öyrə­dən, habelə, bil­mədik­lərinizi sizə öy­rədən bir rəsul göndərdik.

2:152

فَٱذۡكُرُونِيٓ أَذۡكُرۡكُمۡ وَٱشۡكُرُواْ لِي وَلَا تَكۡفُرُونِ ﴿152﴾

Elə isə siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şü­kür edin, Mənə küfr etməyin!

2:153

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱسۡتَعِينُواْ بِٱلصَّبۡرِ وَٱلصَّلَوٰةِۚ إِنَّ ٱللَّهَ مَعَ ٱلصَّـٰبِرِينَ ﴿153﴾

Ey iman gətirənlər! Sə­bir etmək və namaz qılmaqla Allah­dan kömək di­ləyin. Həqi­qətən, Allah səbir edənlərlə­dir!