quranm◉

Səhifə 21

Range
from 2:135 to 2:141
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

2:135

وَقَالُواْ كُونُواْ هُودًا أَوۡ نَصَٰرَىٰ تَهۡتَدُواْۗ قُلۡ بَلۡ مِلَّةَ إِبۡرَٰهِـۧمَ حَنِيفٗاۖ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ ﴿135﴾

Yəhudilər və xaçpərəstlər müsəlmanlara dedilər: “Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönə­ləsi­niz!” De: “Ək­si­nə, biz hə­nif İbra­himin dininə tabeyik. O, müş­riklərdən deyil­di.”

2:136

قُولُوٓاْ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيۡنَا وَمَآ أُنزِلَ إِلَىٰٓ إِبۡرَٰهِـۧمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ وَٱلۡأَسۡبَاطِ وَمَآ أُوتِيَ مُوسَىٰ وَعِيسَىٰ وَمَآ أُوتِيَ ٱلنَّبِيُّونَ مِن رَّبِّهِمۡ لَا نُفَرِّقُ بَيۡنَ أَحَدٖ مِّنۡهُمۡ وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ ﴿136﴾

Deyin: “Biz Allaha, bi­zə nazil ola­na, İbrahimə, İs­mai­lə, İs­ha­qa, Ya­quba və onun nəs­­li­nə nazil olanlara, Mu­sa və İsa­ya veri­lən­lə­rə, özlərinin Rəbbi tə­rə­fin­dən peyğəmbərlərə ve­ri­lən­lərə iman gə­­tirdik. Biz on­la­rın heç birini digərindən fərqləndirmirik. Biz yal­nız Ona təs­lim olanla­rıq!”

2:137

فَإِنۡ ءَامَنُواْ بِمِثۡلِ مَآ ءَامَنتُم بِهِۦ فَقَدِ ٱهۡتَدَواْۖ وَّإِن تَوَلَّوۡاْ فَإِنَّمَا هُمۡ فِي شِقَاقٖۖ فَسَيَكۡفِيكَهُمُ ٱللَّهُۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ﴿137﴾

Əgər onlar da, siz iman gə­tir­di­yinizə iman gətirsələr, doğ­ru yola yö­nəlmiş olarlar. Yox, əgər üz dön­dər­sə­lər, müt­ləq ixti­lafa düş­müş olarlar. On­lardan qo­runmaq üçün Allah sənə yetər. O, Eşi­dən­dir, Biləndir!

2:138

صِبۡغَةَ ٱللَّهِ وَمَنۡ أَحۡسَنُ مِنَ ٱللَّهِ صِبۡغَةٗۖ وَنَحۡنُ لَهُۥ عَٰبِدُونَ ﴿138﴾

De: “Allahın boyasına (di­ninə) sarılın! Allahdan da­ha gözəl boyası olan kimdir? Biz yal­nız Ona iba­dət edənlərik!”

2:139

قُلۡ أَتُحَآجُّونَنَا فِي ٱللَّهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمۡ وَلَنَآ أَعۡمَٰلُنَا وَلَكُمۡ أَعۡمَٰلُكُمۡ وَنَحۡنُ لَهُۥ مُخۡلِصُونَ ﴿139﴾

De: “Allah barəsində bi­zimlə mübahisəmi edirsiniz? Hal­bu­ki, O, bi­zim də Rəbbi­miz, sizin də Rəbbi­nizdir! Bi­zim əməlləri­miz bizə, sizin əməl­ləri­niz isə si­zə aiddir. Biz Ona səmimi-qəlbdən bağlı olan­la­rıq!”

2:140

أَمۡ تَقُولُونَ إِنَّ إِبۡرَٰهِـۧمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ وَٱلۡأَسۡبَاطَ كَانُواْ هُودًا أَوۡ نَصَٰرَىٰۗ قُلۡ ءَأَنتُمۡ أَعۡلَمُ أَمِ ٱللَّهُۗ وَمَنۡ أَظۡلَمُ مِمَّن كَتَمَ شَهَٰدَةً عِندَهُۥ مِنَ ٱللَّهِۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ﴿140﴾

Yoxsa siz İbrahimin, İs­mai­lin, İshaqın, Yaqubun və onun nəs­linin yə­hudi ya­xud xaç­pərəst olduğunu de­yir­si­niz? De: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Alla­hın onlara na­zil et­di­yi şə­ha­­dəti gizlədən kim­sələr­dən daha zalım kim ola bi­lər?! Allah sizin et­­dik­lə­rinizdən qafil deyildir­.

2:141

تِلۡكَ أُمَّةٞ قَدۡ خَلَتۡۖ لَهَا مَا كَسَبَتۡ وَلَكُم مَّا كَسَبۡتُمۡۖ وَلَا تُسۡـَٔلُونَ عَمَّا كَانُواْ يَعۡمَلُونَ ﴿141﴾

Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqla­rı öz­ləri­nə, sizin qazandığı­nız isə sizə aid­dir. Siz onların et­dikləri əməllər ba­rə­də sorğu-sual olun­mayacaq­sınız.