quranm◉

Səhifə 220

Range
from 10:98 to 10:106
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

10:98

فَلَوۡلَا كَانَتۡ قَرۡيَةٌ ءَامَنَتۡ فَنَفَعَهَآ إِيمَٰنُهَآ إِلَّا قَوۡمَ يُونُسَ لَمَّآ ءَامَنُواْ كَشَفۡنَا عَنۡهُمۡ عَذَابَ ٱلۡخِزۡيِ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَمَتَّعۡنَٰهُمۡ إِلَىٰ حِينٖ ﴿98﴾

Əzab gəldiyi an, Yunu­sun qöv­mün­dən başqa, iman gə­ti­rib ima­nı özü­nə fayda verən bir məm­ləkət əhli olub­mu? Yu­nu­sun qöv­mü iman gətirəndə on­lardan dünya həyatında rüs­vayçılıq əza­bını so­vuşdurduq və onlara müəy­yən vaxta qə­dər fani nemətlərdən fay­da­lan­maq imkanı verdik.

10:99

وَلَوۡ شَآءَ رَبُّكَ لَأٓمَنَ مَن فِي ٱلۡأَرۡضِ كُلُّهُمۡ جَمِيعًاۚ أَفَأَنتَ تُكۡرِهُ ٱلنَّاسَ حَتَّىٰ يَكُونُواْ مُؤۡمِنِينَ ﴿99﴾

Əgər Rəbbin istəsəydi, yer üzün­də olanların hamısı iman gətirərdi. İn­sanları mö­min olmağa sənmi məcbur edə­cək­sən?

10:100

وَمَا كَانَ لِنَفۡسٍ أَن تُؤۡمِنَ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ وَيَجۡعَلُ ٱلرِّجۡسَ عَلَى ٱلَّذِينَ لَا يَعۡقِلُونَ ﴿100﴾

Allahın icazəsi olma­dan heç kəs iman gətirə bil­məz. Allah an­lama­yan­la­rı qə­zəbə uğ­radar.

10:101

قُلِ ٱنظُرُواْ مَاذَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَمَا تُغۡنِي ٱلۡأٓيَٰتُ وَٱلنُّذُرُ عَن قَوۡمٖ لَّا يُؤۡمِنُونَ ﴿101﴾

De: “Görün göylərdə və yerdə nə­lər var”. Lakin iman gə­tir­məyən adam­­lara dəlillər və xə­bərdarlıqlar heç bir fayda vermir.

10:102

فَهَلۡ يَنتَظِرُونَ إِلَّا مِثۡلَ أَيَّامِ ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلِهِمۡۚ قُلۡ فَٱنتَظِرُوٓاْ إِنِّي مَعَكُم مِّنَ ٱلۡمُنتَظِرِينَ ﴿102﴾

Yoxsa onlar özlərindən əvvəl gə­lib-gedənlərə üz ver­miş əzablı gün­lə­rin bənzəri­ni­mi göz­ləyirlər? De: “Göz­lə­­yin! Şübhəsiz ki, mən də sizinlə bir­likdə gözləyən­lərdənəm”.

10:103

ثُمَّ نُنَجِّي رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُواْۚ كَذَٰلِكَ حَقًّا عَلَيۡنَا نُنجِ ٱلۡمُؤۡمِنِينَ ﴿103﴾

Sonra elçilərimizi və mö­min­ləri xilas edərik. Mömin­ləri xi­las etmək Bizə vacibdir.

10:104

قُلۡ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمۡ فِي شَكّٖ مِّن دِينِي فَلَآ أَعۡبُدُ ٱلَّذِينَ تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ وَلَٰكِنۡ أَعۡبُدُ ٱللَّهَ ٱلَّذِي يَتَوَفَّىٰكُمۡۖ وَأُمِرۡتُ أَنۡ أَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ﴿104﴾

De: “Ey insanlar! Di­ni­mə şəkk edirsinizsə, bilin ki, mən Allah­dan baş­qa tapındıq­larınıza deyil, canınızı ala­caq Allaha iba­dət edirəm. Mənə mö­minlərdən olmaq əmr edil­mişdir”.

10:105

وَأَنۡ أَقِمۡ وَجۡهَكَ لِلدِّينِ حَنِيفٗا وَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُشۡرِكِينَ ﴿105﴾

Sən hənif olaraq üzünü dinə tə­rəf çevir və müşrik­lər­dən ol­ma.

10:106

وَلَا تَدۡعُ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكَ وَلَا يَضُرُّكَۖ فَإِن فَعَلۡتَ فَإِنَّكَ إِذٗا مِّنَ ٱلظَّـٰلِمِينَ ﴿106﴾

Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilmə­yən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, za­lım­lar­dan olar­san.