quranm◉

Səhifə 227

Range
from 11:46 to 11:53
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

11:46

قَالَ يَٰنُوحُ إِنَّهُۥ لَيۡسَ مِنۡ أَهۡلِكَۖ إِنَّهُۥ عَمَلٌ غَيۡرُ صَٰلِحٖۖ فَلَا تَسۡـَٔلۡنِ مَا لَيۡسَ لَكَ بِهِۦ عِلۡمٌۖ إِنِّيٓ أَعِظُكَ أَن تَكُونَ مِنَ ٱلۡجَٰهِلِينَ ﴿46﴾

O dedi: “Ey Nuh! O, sə­nin ailən­dən deyildir. Doğru­su, bu, (kafirlər üçün mədəd diləməyin) pis bir işdir. Elə isə bil­mə­diyin bir şeyi Məndən is­tə­mə. Həqiqə­tən də, Mən sənə cahil­lər­dən ol­ma­mağı tövsiyə edirəm”.

11:47

قَالَ رَبِّ إِنِّيٓ أَعُوذُ بِكَ أَنۡ أَسۡـَٔلَكَ مَا لَيۡسَ لِي بِهِۦ عِلۡمٞۖ وَإِلَّا تَغۡفِرۡ لِي وَتَرۡحَمۡنِيٓ أَكُن مِّنَ ٱلۡخَٰسِرِينَ ﴿47﴾

O dedi: “Ey Rəbbim! Bil­mədiyim bir şeyi Səndən istə­mək­dən Sənə sığı­nı­ram. Əgər məni bağışlamasan, mənə rəhm et­mə­sən, ziyana uğrayan­lar­dan ola­ram”.

11:48

قِيلَ يَٰنُوحُ ٱهۡبِطۡ بِسَلَٰمٖ مِّنَّا وَبَرَكَٰتٍ عَلَيۡكَ وَعَلَىٰٓ أُمَمٖ مِّمَّن مَّعَكَۚ وَأُمَمٞ سَنُمَتِّعُهُمۡ ثُمَّ يَمَسُّهُم مِّنَّا عَذَابٌ أَلِيمٞ ﴿48﴾

Sonra deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan üm­mət­lərə Bizim bəxş etdiyi­miz əmin-amanlıq və bərə­kət­lər­lə gəmidən en! Özlərinə bir müd­dət gü­zəran verəcəyimiz, sonra da Öz tərə­fi­miz­dən ağrılı-acılı bir əzaba düçar edə­­cə­yimiz üm­mətlər də ola­caq­dır”.

11:49

تِلۡكَ مِنۡ أَنۢبَآءِ ٱلۡغَيۡبِ نُوحِيهَآ إِلَيۡكَۖ مَا كُنتَ تَعۡلَمُهَآ أَنتَ وَلَا قَوۡمُكَ مِن قَبۡلِ هَٰذَاۖ فَٱصۡبِرۡۖ إِنَّ ٱلۡعَٰقِبَةَ لِلۡمُتَّقِينَ ﴿49﴾

Bunlar, sənə vəhy yolu ilə bildir­di­yimiz qeyb xəbərlə­rin­dən­­dir. Bundan əv­vəl onla­rı nə sən, nə də sənin qöv­mün bi­lirdi. Sə­bir et! Şübhəsiz ki, gözəl aqibət müttəqi­lərindir.

11:50

وَإِلَىٰ عَادٍ أَخَاهُمۡ هُودٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۖ إِنۡ أَنتُمۡ إِلَّا مُفۡتَرُونَ ﴿50﴾

Ad qövmünə də qardaş­ları Hu­du göndərdik. O dedi: “Ey qöv­müm! Alla­ha ibadət edin. Sizin Ondan başqa mə­bu­­dunuz yox­dur. Siz ancaq iftira yaxır­sı­nız.

11:51

يَٰقَوۡمِ لَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ أَجۡرًاۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَى ٱلَّذِي فَطَرَنِيٓۚ أَفَلَا تَعۡقِلُونَ ﴿51﴾

Ey qövmüm! Mən bu­nun əvəzinə sizdən heç bir müka­fat is­tə­mirəm. Mə­nim müka­fa­tım an­caq məni yaradan­dadır. Məgər an­la­mırsınız?

11:52

وَيَٰقَوۡمِ ٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ ثُمَّ تُوبُوٓاْ إِلَيۡهِ يُرۡسِلِ ٱلسَّمَآءَ عَلَيۡكُم مِّدۡرَارٗا وَيَزِدۡكُمۡ قُوَّةً إِلَىٰ قُوَّتِكُمۡ وَلَا تَتَوَلَّوۡاْ مُجۡرِمِينَ ﴿52﴾

Ey qövmüm! Rəbbiniz­dən bağış­lan­ma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gü­cü­nü­zü daha da artırsın. Gü­­nah­karcasına üz çevirmə­yin”.

11:53

قَالُواْ يَٰهُودُ مَا جِئۡتَنَا بِبَيِّنَةٖ وَمَا نَحۡنُ بِتَارِكِيٓ ءَالِهَتِنَا عَن قَوۡلِكَ وَمَا نَحۡنُ لَكَ بِمُؤۡمِنِينَ ﴿53﴾

Onlar dedilər: “Ey Hud! Sən bizə açıq-aydın bir dəlil gə­tir­mə­­din, biz də sə­nin sözün­lə məbudlarımızı tərk edən deyi­lik. Biz sə­nə inanmırıq.