quranm◉

Səhifə 228

Range
from 11:54 to 11:62
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

11:54

إِن نَّقُولُ إِلَّا ٱعۡتَرَىٰكَ بَعۡضُ ءَالِهَتِنَا بِسُوٓءٖۗ قَالَ إِنِّيٓ أُشۡهِدُ ٱللَّهَ وَٱشۡهَدُوٓاْ أَنِّي بَرِيٓءٞ مِّمَّا تُشۡرِكُونَ ﴿54﴾

Biz ancaq onu deyə bi­lə­rik ki, bə­zi məbudlarımız səni bə­la­ya düçar edib”. O dedi: “Həqiqətən, mən Allahı şahid çağırıram, siz də şahid olun ki, mən si­zin şərik qoşduqlarınız­dan uzağam.

11:55

مِن دُونِهِۦۖ فَكِيدُونِي جَمِيعٗا ثُمَّ لَا تُنظِرُونِ ﴿55﴾

Ondan başqa tapındıq­la­rı­nızın ha­mı­sından uzağam. Ha­mı­lıqla mənə qarşı hiy­lə qurun və mənə heç möhlət də ver­­mə­yin.

11:56

إِنِّي تَوَكَّلۡتُ عَلَى ٱللَّهِ رَبِّي وَرَبِّكُمۚ مَّا مِن دَآبَّةٍ إِلَّا هُوَ ءَاخِذُۢ بِنَاصِيَتِهَآۚ إِنَّ رَبِّي عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ﴿56﴾

Mən, Rəbbim və Rəbbi­niz olan Allaha təvəkkül et­dim. Elə bir canlı yox­dur ki, Allah onun kəkilindən tutmuş olma­sın. Həqi­qə­tən, Rəbbim düz yoldadır (ədalətlə hökm verir).

11:57

فَإِن تَوَلَّوۡاْ فَقَدۡ أَبۡلَغۡتُكُم مَّآ أُرۡسِلۡتُ بِهِۦٓ إِلَيۡكُمۡۚ وَيَسۡتَخۡلِفُ رَبِّي قَوۡمًا غَيۡرَكُمۡ وَلَا تَضُرُّونَهُۥ شَيۡـًٔاۚ إِنَّ رَبِّي عَلَىٰ كُلِّ شَيۡءٍ حَفِيظٞ ﴿57﴾

Əgər üz çevirsəniz, bilin ki, mənə əmr olunanı sizə çat­dır­dım. Rəbbim yerinizə başqa bir qövm gətirər və siz də Ona heç bir zərər yetirə bil­məzsi­niz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir”.

11:58

وَلَمَّا جَآءَ أَمۡرُنَا نَجَّيۡنَا هُودٗا وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ بِرَحۡمَةٖ مِّنَّا وَنَجَّيۡنَٰهُم مِّنۡ عَذَابٍ غَلِيظٖ ﴿58﴾

Əmrimiz gəldikdə Hu­du və onun­la birlikdə iman gə­ti­rən­lə­ri Öz mərhə­mə­timizlə xi­­las etdik və onları ağır bir əzab­dan qur­tar­dıq.

11:59

وَتِلۡكَ عَادٞۖ جَحَدُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ وَعَصَوۡاْ رُسُلَهُۥ وَٱتَّبَعُوٓاْ أَمۡرَ كُلِّ جَبَّارٍ عَنِيدٖ ﴿59﴾

Bu, Ad qövmü idi! On­lar Rəb­bi­nin ayələrini inkar et­di­lər, Onun elçi­lə­rinə asi oldu­lar və hər bir inadcıl təkəb­bür sa­hibinin əm­rinə uydular.

11:60

وَأُتۡبِعُواْ فِي هَٰذِهِ ٱلدُّنۡيَا لَعۡنَةٗ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِۗ أَلَآ إِنَّ عَادٗا كَفَرُواْ رَبَّهُمۡۗ أَلَا بُعۡدٗا لِّعَادٖ قَوۡمِ هُودٖ ﴿60﴾

Onları həm bu dünya­da, həm də Qi­yamət günündə lə­nət tə­qib edə­cək­dir. Həqi­qə­tən, Ad qövmü öz Rəbbini inkar etdi. Məhv olsun Hudun qöv­mü Ad!

11:61

وَإِلَىٰ ثَمُودَ أَخَاهُمۡ صَٰلِحٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥۖ هُوَ أَنشَأَكُم مِّنَ ٱلۡأَرۡضِ وَٱسۡتَعۡمَرَكُمۡ فِيهَا فَٱسۡتَغۡفِرُوهُ ثُمَّ تُوبُوٓاْ إِلَيۡهِۚ إِنَّ رَبِّي قَرِيبٞ مُّجِيبٞ ﴿61﴾

Səmud qövmünə də qar­daşları Salehi göndərdik. O de­di: “Ey qövmüm! Allaha iba­dət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yox­dur. O sizi torpaq­dan ya­ratdı və sizi orada sakin et­di. Elə isə on­dan bağışlanma di­lə­yin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim Ya­­xındır, çağırışa cavab verəndir”.

11:62

قَالُواْ يَٰصَٰلِحُ قَدۡ كُنتَ فِينَا مَرۡجُوّٗا قَبۡلَ هَٰذَآۖ أَتَنۡهَىٰنَآ أَن نَّعۡبُدَ مَا يَعۡبُدُ ءَابَآؤُنَا وَإِنَّنَا لَفِي شَكّٖ مِّمَّا تَدۡعُونَآ إِلَيۡهِ مُرِيبٖ ﴿62﴾

Onlar dedilər: “Ey Sa­leh! Sən bun­dan əvvəl içərimizdə ümid edilən bir kim­sə idin. Doğ­rudan­mı atalarımızın iba­dət etdi­yinə ibadət etməyi bizə qadağan edirsən? Doğ­rusu, biz sənin biz­lə­ri dəvət etdi­yin əqi­də barəsində şübhə doğu­ran şəkk içindəyik”.