quranm◉

Səhifə 230

Range
from 11:72 to 11:81
Surahs covered
Tərcümə
10 Tərcümə

◉

11:72

قَالَتۡ يَٰوَيۡلَتَىٰٓ ءَأَلِدُ وَأَنَا۠ عَجُوزٞ وَهَٰذَا بَعۡلِي شَيۡخًاۖ إِنَّ هَٰذَا لَشَيۡءٌ عَجِيبٞ ﴿72﴾

O dedi: “Vay halıma! Mən bir qoca qarı, bu ərim də bir qoca ki­şi ol­duğu halda do­ğa bilə­rəmmi? Doğrusu, bu, təəccüblü bir şey­dir”.

11:73

قَالُوٓاْ أَتَعۡجَبِينَ مِنۡ أَمۡرِ ٱللَّهِۖ رَحۡمَتُ ٱللَّهِ وَبَرَكَٰتُهُۥ عَلَيۡكُمۡ أَهۡلَ ٱلۡبَيۡتِۚ إِنَّهُۥ حَمِيدٞ مَّجِيدٞ ﴿73﴾

Onlar dedilər: “Allahın əm­rinə təəccübmü edirsən? Ey ev əh­li! Allahın rəhməti və bə­rəkəti sizin üstünüzdə ol­sun! Hə­qi­qə­tən, O, Tərifəlayiqdir, Şan-şöhrətlidir”.

11:74

فَلَمَّا ذَهَبَ عَنۡ إِبۡرَٰهِيمَ ٱلرَّوۡعُ وَجَآءَتۡهُ ٱلۡبُشۡرَىٰ يُجَٰدِلُنَا فِي قَوۡمِ لُوطٍ ﴿74﴾

İbrahimdən qorxu çəkil­dikdə və ona müjdə gəldikdə Lut qöv­mü ba­rə­sində Bizimlə müba­hisə etməyə baş­la­dı.

11:75

إِنَّ إِبۡرَٰهِيمَ لَحَلِيمٌ أَوَّـٰهٞ مُّنِيبٞ ﴿75﴾

Həqiqətən, İbrahim hə­lim, Allaha çox yalvaran və Ona üz tu­tan bir kəs idi.

11:76

يَـٰٓإِبۡرَٰهِيمُ أَعۡرِضۡ عَنۡ هَٰذَآۖ إِنَّهُۥ قَدۡ جَآءَ أَمۡرُ رَبِّكَۖ وَإِنَّهُمۡ ءَاتِيهِمۡ عَذَابٌ غَيۡرُ مَرۡدُودٖ ﴿76﴾

Mələklər dedilər: “Ey İb­ra­him! Bu mübahi­sədən əl çək. Çünki Rəb­binin əm­ri artıq gəl­mişdir və onlara qarşısı­alın­maz bir əzab gə­lə­cəkdir”.

11:77

وَلَمَّا جَآءَتۡ رُسُلُنَا لُوطٗا سِيٓءَ بِهِمۡ وَضَاقَ بِهِمۡ ذَرۡعٗا وَقَالَ هَٰذَا يَوۡمٌ عَصِيبٞ ﴿77﴾

Elçilərimiz Lutun yanı­na gəl­dik­də, onlara görə kə­dər­ləndi, ürə­yi sıxıldı və: “Bu, çox çətin bir gündür”– dedi.

11:78

وَجَآءَهُۥ قَوۡمُهُۥ يُهۡرَعُونَ إِلَيۡهِ وَمِن قَبۡلُ كَانُواْ يَعۡمَلُونَ ٱلسَّيِّـَٔاتِۚ قَالَ يَٰقَوۡمِ هَـٰٓؤُلَآءِ بَنَاتِي هُنَّ أَطۡهَرُ لَكُمۡۖ فَٱتَّقُواْ ٱللَّهَ وَلَا تُخۡزُونِ فِي ضَيۡفِيٓۖ أَلَيۡسَ مِنكُمۡ رَجُلٞ رَّشِيدٞ ﴿78﴾

Qövmü yüyürərək onun yanına gəl­di. Onlar əvvəllər də ya­ra­maz işlər görürdülər. O dedi: “Ey qövmüm! Bun­lar mə­nim qız­la­rımdır. Onlar sizin üçün daha təmizdirlər. Allah­dan qorxun və qonaqlarımın ya­nında məni rüs­vay et­məyin! Məgər aranızda ağıl­lı bir kişi yoxdur?”

11:79

قَالُواْ لَقَدۡ عَلِمۡتَ مَا لَنَا فِي بَنَاتِكَ مِنۡ حَقّٖ وَإِنَّكَ لَتَعۡلَمُ مَا نُرِيدُ ﴿79﴾

Onlar dedilər: “Bilirsən ki, sənin qızlarına heç bir ehti­yacı­mız yoxdur. Nə istədiyi­mizi də yəqin ki, bilirsən”.

11:80

قَالَ لَوۡ أَنَّ لِي بِكُمۡ قُوَّةً أَوۡ ءَاوِيٓ إِلَىٰ رُكۡنٖ شَدِيدٖ ﴿80﴾

O dedi: “Kaş ki, sizə ça­tan bir qüvvəm olaydı, yaxud möh­kəm bir da­yağa söykə­nəy­dim!”

11:81

قَالُواْ يَٰلُوطُ إِنَّا رُسُلُ رَبِّكَ لَن يَصِلُوٓاْ إِلَيۡكَۖ فَأَسۡرِ بِأَهۡلِكَ بِقِطۡعٖ مِّنَ ٱلَّيۡلِ وَلَا يَلۡتَفِتۡ مِنكُمۡ أَحَدٌ إِلَّا ٱمۡرَأَتَكَۖ إِنَّهُۥ مُصِيبُهَا مَآ أَصَابَهُمۡۚ إِنَّ مَوۡعِدَهُمُ ٱلصُّبۡحُۚ أَلَيۡسَ ٱلصُّبۡحُ بِقَرِيبٖ ﴿81﴾

Mələklər dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçi­ləriyik. On­lar əsla sənə zə­rər yetirə bil­məz­lər. Gecənin bir vax­tın­da ar­va­dın­dan başqa bütün ailən­lə yola düş. Qoy içi­niz­dən heç kəs dönüb ar­xa­ya baxmasın. Çünki onların ba­şına gə­ləcək müsibət onun da ba­şı­na gələ­cək­dir. Onların hə­lak olmaq vax­tı səhərdir. Məgər səhər ya­xın deyilmi?”