quranm◉

Səhifə 229

Range
from 11:63 to 11:71
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

11:63

قَالَ يَٰقَوۡمِ أَرَءَيۡتُمۡ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّي وَءَاتَىٰنِي مِنۡهُ رَحۡمَةٗ فَمَن يَنصُرُنِي مِنَ ٱللَّهِ إِنۡ عَصَيۡتُهُۥۖ فَمَا تَزِيدُونَنِي غَيۡرَ تَخۡسِيرٖ ﴿63﴾

O dedi: “Ey qövmüm! Bir deyin gö­rək, əgər mən Rəb­bim­dən açıq-aydın bir dəlilə isti­nad edirəmsə, O da Öz tə­rəfin­dən mə­nə bir mərhəmət bəxş edib­sə, onda necə olsun? Əgər Allaha asi ol­sam, məni On­dan kim qo­ruya bilər? Siz mənə zi­yandan baş­qa bir şey artır­ma­ya­caq­sınız.

11:64

وَيَٰقَوۡمِ هَٰذِهِۦ نَاقَةُ ٱللَّهِ لَكُمۡ ءَايَةٗۖ فَذَرُوهَا تَأۡكُلۡ فِيٓ أَرۡضِ ٱللَّهِۖ وَلَا تَمَسُّوهَا بِسُوٓءٖ فَيَأۡخُذَكُمۡ عَذَابٞ قَرِيبٞ ﴿64﴾

Ey qövmüm! Allahın qa­ya­dan çı­xartdığı bu dişi dəvəsi sizin üçün bir möcüzə­dir. Bu­raxın onu Allahın torpa­ğında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi yaxın bir əzab ya­xa­layar”.

11:65

فَعَقَرُوهَا فَقَالَ تَمَتَّعُواْ فِي دَارِكُمۡ ثَلَٰثَةَ أَيَّامٖۖ ذَٰلِكَ وَعۡدٌ غَيۡرُ مَكۡذُوبٖ ﴿65﴾

Onlar dəvə­nin diz vətə­rini kəs­di­lər. Saleh dedi: “Yur­du­nuz­da üç gün də kef eləyin. Bu, yalan olmayan bir vəd­dir”.

11:66

فَلَمَّا جَآءَ أَمۡرُنَا نَجَّيۡنَا صَٰلِحٗا وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ بِرَحۡمَةٖ مِّنَّا وَمِنۡ خِزۡيِ يَوۡمِئِذٍۚ إِنَّ رَبَّكَ هُوَ ٱلۡقَوِيُّ ٱلۡعَزِيزُ ﴿66﴾

Əmrimiz gəldikdə Sale­hi və onun­la birlikdə iman gə­tirən­lə­ri Öz mər­həmətimizlə əzabdan və o günün rüsvayçı­lı­ğından qur­tar­dıq. Həqiqətən, Rəbbin Qüv­vət­lidir, Qüdrət­li­dir.

11:67

وَأَخَذَ ٱلَّذِينَ ظَلَمُواْ ٱلصَّيۡحَةُ فَأَصۡبَحُواْ فِي دِيَٰرِهِمۡ جَٰثِمِينَ ﴿67﴾

Zülm edənləri isə qor­xunc bir səs yaxaladı və onlar öz evlə­rində üzü­qoy­lu düşüb qaldılar.

11:68

كَأَن لَّمۡ يَغۡنَوۡاْ فِيهَآۗ أَلَآ إِنَّ ثَمُودَاْ كَفَرُواْ رَبَّهُمۡۗ أَلَا بُعۡدٗا لِّثَمُودَ ﴿68﴾

Sanki orada heç yaşa­ma­mış­dılar. Həqiqətən, Səmud qövmü öz Rəbbini inkar etdi. Məhv olsun Səmud qövmü!

11:69

وَلَقَدۡ جَآءَتۡ رُسُلُنَآ إِبۡرَٰهِيمَ بِٱلۡبُشۡرَىٰ قَالُواْ سَلَٰمٗاۖ قَالَ سَلَٰمٞۖ فَمَا لَبِثَ أَن جَآءَ بِعِجۡلٍ حَنِيذٖ ﴿69﴾

Elçilərimiz İb­ra­himə İs­haqın doğu­­lacağı barədə müjdə gə­­tir­di­lər və: “Salam!”– dedi­lər. O da: “Sa­­lam!”– de­di və dərhal gedib qı­zar­dılmış bir buzov gə­tirdi.

11:70

فَلَمَّا رَءَآ أَيۡدِيَهُمۡ لَا تَصِلُ إِلَيۡهِ نَكِرَهُمۡ وَأَوۡجَسَ مِنۡهُمۡ خِيفَةٗۚ قَالُواْ لَا تَخَفۡ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمِ لُوطٖ ﴿70﴾

İbrahim mələklərin ye­mə­yə əl vur­madıqlarını gördük­də onlar onun xoşu­na gəl­mədi və onların yanında canına qor­xu düşdü. On­­lar dedilər: “Qorx­ma! Həqiqə­tən, biz Lut qöv­münə göndəril­mi­şik”.

11:71

وَٱمۡرَأَتُهُۥ قَآئِمَةٞ فَضَحِكَتۡ فَبَشَّرۡنَٰهَا بِإِسۡحَٰقَ وَمِن وَرَآءِ إِسۡحَٰقَ يَعۡقُوبَ ﴿71﴾

Onun arvadı pərdə arxa­­sında dur­muşdu. O, güldü. Biz onu İs­haqla, İs­haqın ardınca da Yaqubla müjdələdik.