quranm◉

Səhifə 231

Range
from 11:82 to 11:88
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

11:82

فَلَمَّا جَآءَ أَمۡرُنَا جَعَلۡنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمۡطَرۡنَا عَلَيۡهَا حِجَارَةٗ مِّن سِجِّيلٖ مَّنضُودٖ ﴿82﴾

Əmrimiz gəldikdə ora­nın altını üs­tünə çevirdik və odda biş­miş gil­ daş­la­rı ar­dıcıl olaraq onların üstünə yağ­dır­dıq.

11:83

مُّسَوَّمَةً عِندَ رَبِّكَۖ وَمَا هِيَ مِنَ ٱلظَّـٰلِمِينَ بِبَعِيدٖ ﴿83﴾

O daşlara Rəbbinin ya­nın­da işarə qoyulmuşdur. On­lar za­lım­lardan da uzaq deyil­dir.

11:84

وَإِلَىٰ مَدۡيَنَ أَخَاهُمۡ شُعَيۡبٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥۖ وَلَا تَنقُصُواْ ٱلۡمِكۡيَالَ وَٱلۡمِيزَانَۖ إِنِّيٓ أَرَىٰكُم بِخَيۡرٖ وَإِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٖ مُّحِيطٖ ﴿84﴾

Mədyən qövmünə də qar­daşları Şueybi göndərdik. O dedi: “Ey qövmüm! Allaha iba­dət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yox­dur. Ölçünü və çə­kini əs­kiltmə­yin. Mən sizi bol­­luq için­də görü­rəm və qor­xu­ram ki, başınıza hər şeyi bü­rü­yən gü­­nün əzabı gələ.

11:85

وَيَٰقَوۡمِ أَوۡفُواْ ٱلۡمِكۡيَالَ وَٱلۡمِيزَانَ بِٱلۡقِسۡطِۖ وَلَا تَبۡخَسُواْ ٱلنَّاسَ أَشۡيَآءَهُمۡ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ ﴿85﴾

Ey qövmüm! Ölçüyə və çəkiyə əda­lətlə tam riayət edin, in­san­ların mal­larını əksik ver­mə­yin və yer üzündə fəsad yaymaqla pis işlər görməyin!

11:86

بَقِيَّتُ ٱللَّهِ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَۚ وَمَآ أَنَا۠ عَلَيۡكُم بِحَفِيظٖ ﴿86﴾

Əgər möminsinizsə, bi­lin ki, Alla­hın saxladığı nemət­lər sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə gözətçi deyi­ləm”.

11:87

قَالُواْ يَٰشُعَيۡبُ أَصَلَوٰتُكَ تَأۡمُرُكَ أَن نَّتۡرُكَ مَا يَعۡبُدُ ءَابَآؤُنَآ أَوۡ أَن نَّفۡعَلَ فِيٓ أَمۡوَٰلِنَا مَا نَشَـٰٓؤُاْۖ إِنَّكَ لَأَنتَ ٱلۡحَلِيمُ ٱلرَّشِيدُ ﴿87﴾

Onlar dedilər: “Ey Şueyb! Atala­rı­mızın ibadət etdikləri mə­bud­lardan, ya­xud mallarımı­zı istə­diyimiz kimi isti­fa­də et­məkdən vaz keçməyimizi sənə na­mazınmı əmr edir? Doğru­dan da, sən yum­şaq xasiyyət­li­sən, ağıllısan”.

11:88

قَالَ يَٰقَوۡمِ أَرَءَيۡتُمۡ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّي وَرَزَقَنِي مِنۡهُ رِزۡقًا حَسَنٗاۚ وَمَآ أُرِيدُ أَنۡ أُخَالِفَكُمۡ إِلَىٰ مَآ أَنۡهَىٰكُمۡ عَنۡهُۚ إِنۡ أُرِيدُ إِلَّا ٱلۡإِصۡلَٰحَ مَا ٱسۡتَطَعۡتُۚ وَمَا تَوۡفِيقِيٓ إِلَّا بِٱللَّهِۚ عَلَيۡهِ تَوَكَّلۡتُ وَإِلَيۡهِ أُنِيبُ ﴿88﴾

O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəb­bim­dən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tə­rəfindən mə­nə gözəl bir ruzi veribsə, onda necə olsun? Sizə qadağan buyur­duğum şey­ləri et­mək­lə sizin əleyhi­nizə çıxmaq istə­mirəm. Mən an­caq ba­car­dığım qə­dər islah etmək istəyi­rəm. Mən ancaq Allahın sa­yə­sin­də uğur qazanıram. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam.