quranm◉

Səhifə 232

Range
from 11:89 to 11:97
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

11:89

وَيَٰقَوۡمِ لَا يَجۡرِمَنَّكُمۡ شِقَاقِيٓ أَن يُصِيبَكُم مِّثۡلُ مَآ أَصَابَ قَوۡمَ نُوحٍ أَوۡ قَوۡمَ هُودٍ أَوۡ قَوۡمَ صَٰلِحٖۚ وَمَا قَوۡمُ لُوطٖ مِّنكُم بِبَعِيدٖ ﴿89﴾

Ey qövmüm! Qoy mə­nimlə olan ixtilafınız, Nuh qöv­mü­nün, yaxud Hud qövmü­nün, yaxud Saleh qövmünün başına gə­lən­lərin eynisini sizin də ba­şı­nıza gətirməsin. Lut qöv­mü də siz­dən uzaq deyildir”.

11:90

وَٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ ثُمَّ تُوبُوٓاْ إِلَيۡهِۚ إِنَّ رَبِّي رَحِيمٞ وَدُودٞ ﴿90﴾

Rəbbinizdən bağışlan­ma diləyin, sonra Ona tövbə edin. Hə­qi­qətən, Rəb­bim Rəhmlidir, Sevəndir, həm də Se­vi­ləndir.

11:91

قَالُواْ يَٰشُعَيۡبُ مَا نَفۡقَهُ كَثِيرٗا مِّمَّا تَقُولُ وَإِنَّا لَنَرَىٰكَ فِينَا ضَعِيفٗاۖ وَلَوۡلَا رَهۡطُكَ لَرَجَمۡنَٰكَۖ وَمَآ أَنتَ عَلَيۡنَا بِعَزِيزٖ ﴿91﴾

Onlar dedilər: “Ey Şueyb! Dedik­lərinin çoxunu anlamı­rıq. Biz səni ara­mızda zəif gö­rü­rük. Əgər qəbilən ol­ma­­saydı, səni daş­qa­laq edərdik. Sən bi­zim üçün heç də böyük bir adam de­yil­sən”.

11:92

قَالَ يَٰقَوۡمِ أَرَهۡطِيٓ أَعَزُّ عَلَيۡكُم مِّنَ ٱللَّهِ وَٱتَّخَذۡتُمُوهُ وَرَآءَكُمۡ ظِهۡرِيًّاۖ إِنَّ رَبِّي بِمَا تَعۡمَلُونَ مُحِيطٞ ﴿92﴾

O dedi: “Ey qövmüm! Mə­gər mə­nim qəbiləm sizin üçün Allah­dan da əzizdir? Siz Onu saymayıb unutdunuz. Şüb­həsiz ki, Rəb­bim sizin nə et­dik­ləri­nizi əhatə edir.

11:93

وَيَٰقَوۡمِ ٱعۡمَلُواْ عَلَىٰ مَكَانَتِكُمۡ إِنِّي عَٰمِلٞۖ سَوۡفَ تَعۡلَمُونَ مَن يَأۡتِيهِ عَذَابٞ يُخۡزِيهِ وَمَنۡ هُوَ كَٰذِبٞۖ وَٱرۡتَقِبُوٓاْ إِنِّي مَعَكُمۡ رَقِيبٞ ﴿93﴾

Ey qövmüm! Əlinizdən gələni edin, mən də edəcəyəm. Rüs­vay­edici əza­bın kimə gələ­cə­yini və kimin ya­lan­çı oldu­ğunu tez­lik­lə biləcəksiniz. Göz­lə­yin! Şübhəsiz ki, mən də si­zinlə bir­lik­də göz­lə­yirəm”.

11:94

وَلَمَّا جَآءَ أَمۡرُنَا نَجَّيۡنَا شُعَيۡبٗا وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ بِرَحۡمَةٖ مِّنَّا وَأَخَذَتِ ٱلَّذِينَ ظَلَمُواْ ٱلصَّيۡحَةُ فَأَصۡبَحُواْ فِي دِيَٰرِهِمۡ جَٰثِمِينَ ﴿94﴾

Əmrimiz gəldikdə Şuey­bi və onun­la birlikdə iman gə­ti­rən­lə­ri Öz mər­hə­mətimizlə xi­las etdik. Zülm edənləri isə qorxunc səs ya­xaladı və onlar öz ev­lə­rində üzüqoylu düşüb qaldılar.

11:95

كَأَن لَّمۡ يَغۡنَوۡاْ فِيهَآۗ أَلَا بُعۡدٗا لِّمَدۡيَنَ كَمَا بَعِدَتۡ ثَمُودُ ﴿95﴾

Sanki orada heç yaşa­ma­­­­mışdılar. Səmud qövmü məhv ol­du­ğu kimi Məd­yən qövmü də məhv olsun!

11:96

وَلَقَدۡ أَرۡسَلۡنَا مُوسَىٰ بِـَٔايَٰتِنَا وَسُلۡطَٰنٖ مُّبِينٍ ﴿96﴾

Biz Musanı möcüzələri­mizlə və ay­dın bir dəlillə elçi gön­dər­dik –

11:97

إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ فَٱتَّبَعُوٓاْ أَمۡرَ فِرۡعَوۡنَۖ وَمَآ أَمۡرُ فِرۡعَوۡنَ بِرَشِيدٖ ﴿97﴾

Firon və onun əyan­la­rı­na. Əyanlar isə Fironun əmrinə tabe ol­du­lar. Hal­bu­ki Fironun əmri doğru yol göstərən əmr de­yildi.