quranm◉

Səhifə 233

Range
from 11:98 to 11:108
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

11:98

يَقۡدُمُ قَوۡمَهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فَأَوۡرَدَهُمُ ٱلنَّارَۖ وَبِئۡسَ ٱلۡوِرۡدُ ٱلۡمَوۡرُودُ ﴿98﴾

Firon Qiyamət günü öz qövmü­nün qabağına düşüb on­ları Oda apara­caq. Girəcəkləri yer nə pis yerdir!

11:99

وَأُتۡبِعُواْ فِي هَٰذِهِۦ لَعۡنَةٗ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِۚ بِئۡسَ ٱلرِّفۡدُ ٱلۡمَرۡفُودُ ﴿99﴾

Onları həm burada, həm də Qi­yamət günündə lənət tə­qib edə­cəkdir. Onlara verilən pay nə pis paydır!

11:100

ذَٰلِكَ مِنۡ أَنۢبَآءِ ٱلۡقُرَىٰ نَقُصُّهُۥ عَلَيۡكَۖ مِنۡهَا قَآئِمٞ وَحَصِيدٞ ﴿100﴾

Bu, sənə söylədiyimiz məm­lə­kət­lər haqqında heka­yət­lə­rin bəzisidir. On­lardan izi qalanı da var, yerlə yek­san olanı da.

11:101

وَمَا ظَلَمۡنَٰهُمۡ وَلَٰكِن ظَلَمُوٓاْ أَنفُسَهُمۡۖ فَمَآ أَغۡنَتۡ عَنۡهُمۡ ءَالِهَتُهُمُ ٱلَّتِي يَدۡعُونَ مِن دُونِ ٱللَّهِ مِن شَيۡءٖ لَّمَّا جَآءَ أَمۡرُ رَبِّكَۖ وَمَا زَادُوهُمۡ غَيۡرَ تَتۡبِيبٖ ﴿101﴾

Biz onlara zülm etmə­dik, lakin onlar özləri özlərinə zülm et­dilər. Rəb­binin əmri gəl­dikdə Allahdan başqa ça­ğır­dıqları bütlər onları heç nədən qur­tara bilmədi­. Bütlər on­ların ancaq tələ­fatını ar­tırdı.

11:102

وَكَذَٰلِكَ أَخۡذُ رَبِّكَ إِذَآ أَخَذَ ٱلۡقُرَىٰ وَهِيَ ظَٰلِمَةٌۚ إِنَّ أَخۡذَهُۥٓ أَلِيمٞ شَدِيدٌ ﴿102﴾

Rəbbin, haqsızlıq edən məm­lə­kətləri yaxaladığı za­man be­lə yaxalayır. Onun yaxala­ma­sı həqiqətən də, üzü­cü­dür, şid­dət­li­dir.

11:103

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّمَنۡ خَافَ عَذَابَ ٱلۡأٓخِرَةِۚ ذَٰلِكَ يَوۡمٞ مَّجۡمُوعٞ لَّهُ ٱلنَّاسُ وَذَٰلِكَ يَوۡمٞ مَّشۡهُودٞ ﴿103﴾

Həqiqətən, bunlarda axi­rət əza­bın­dan qorxanlar üçün bir ib­rət vardır. Bu, insanların bir yerə toplanacağı bir gün­dür. Bu, həm də, hamının şahid ola­cağı bir gün­dür.

11:104

وَمَا نُؤَخِّرُهُۥٓ إِلَّا لِأَجَلٖ مَّعۡدُودٖ ﴿104﴾

Biz onu sadəcə müəy­yən olun­muş vaxtadək təxirə sal­mı­şıq.

11:105

يَوۡمَ يَأۡتِ لَا تَكَلَّمُ نَفۡسٌ إِلَّا بِإِذۡنِهِۦۚ فَمِنۡهُمۡ شَقِيّٞ وَسَعِيدٞ ﴿105﴾

Qiyamət gəldiyi gün Alla­hın izni olmadan heç kəs danışa bil­məz. On­lar­dan kimi bədbəxt, kimi də xoşbəxt ola­caq.

11:106

فَأَمَّا ٱلَّذِينَ شَقُواْ فَفِي ٱلنَّارِ لَهُمۡ فِيهَا زَفِيرٞ وَشَهِيقٌ ﴿106﴾

Bədbəxtlərə gəlincə, on­lar Od içə­risində qalacaqlar. On­lar ora­da zarıya­caq və bağıra­caqlar.

11:107

خَٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلۡأَرۡضُ إِلَّا مَا شَآءَ رَبُّكَۚ إِنَّ رَبَّكَ فَعَّالٞ لِّمَا يُرِيدُ ﴿107﴾

Rəbbinin istədiyi istis­na olmaqla, göylər və yer dur­duq­ca on­lar orada əbədi qa­la­caqlar. Həqi­qətən, Rəbbin is­tə­diyini edən­dir.

11:108

وَأَمَّا ٱلَّذِينَ سُعِدُواْ فَفِي ٱلۡجَنَّةِ خَٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلۡأَرۡضُ إِلَّا مَا شَآءَ رَبُّكَۖ عَطَآءً غَيۡرَ مَجۡذُوذٖ ﴿108﴾

Xoşbəxtlərə gəldikdə isə, onlar Cənnətdə olacaqlar. Rəb­bi­nin istədiyi is­tisna olmaq­la, göy­lər və yer durduqca on­lar orada əbə­di qalacaqlar. Bu, tü­kən­məz bir sovqatdır.