quranm◉

Səhifə 234

Range
from 11:109 to 11:117
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

11:109

فَلَا تَكُ فِي مِرۡيَةٖ مِّمَّا يَعۡبُدُ هَـٰٓؤُلَآءِۚ مَا يَعۡبُدُونَ إِلَّا كَمَا يَعۡبُدُ ءَابَآؤُهُم مِّن قَبۡلُۚ وَإِنَّا لَمُوَفُّوهُمۡ نَصِيبَهُمۡ غَيۡرَ مَنقُوصٖ ﴿109﴾

Onların nəyə ibadət et­dik­lərinə şübhə etmə. Onlar da ata­la­­rının əv­vəl­lər ibadət etdi­yi kimi ibadət edirlər. Şüb­hə­siz ki, Biz on­ların cəzasını əs­kilt­mədən tam verəcəyik.

11:110

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ فَٱخۡتُلِفَ فِيهِۚ وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ لَقُضِيَ بَيۡنَهُمۡۚ وَإِنَّهُمۡ لَفِي شَكّٖ مِّنۡهُ مُرِيبٖ ﴿110﴾

Biz Musaya Kitab ver­dik, lakin onun barəsində də ixtilaf düş­dü. Əgər Rəbbin tə­rəfindən əzəldən bir Söz ol­ma­­saydı, arala­rın­da dərhal hökm ve­ri­lərdi. Hə­qiqətən, onlar Qu­ran ba­rə­sin­də də şübhə do­ğuran şəkk içində­dirlər.

11:111

وَإِنَّ كُلّٗا لَّمَّا لَيُوَفِّيَنَّهُمۡ رَبُّكَ أَعۡمَٰلَهُمۡۚ إِنَّهُۥ بِمَا يَعۡمَلُونَ خَبِيرٞ ﴿111﴾

Şübhəsiz ki, Rəbbin on­la­rın hər birinə əməllərinin əvə­­zini tam verə­cək­dir. Şübhəsiz ki, Allah onların nə etdik­lə­rin­dən xəbər­dar­dır.

11:112

فَٱسۡتَقِمۡ كَمَآ أُمِرۡتَ وَمَن تَابَ مَعَكَ وَلَا تَطۡغَوۡاْۚ إِنَّهُۥ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ ﴿112﴾

Sənə əmr edildiyi kimi sən də, sə­ninlə birlikdə tövbə edən­lər də doğ­ru yolda olun. Həddi aşmayın, çünki O, si­zin nə et­dik­lə­ri­nizi görür.

11:113

وَلَا تَرۡكَنُوٓاْ إِلَى ٱلَّذِينَ ظَلَمُواْ فَتَمَسَّكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِنۡ أَوۡلِيَآءَ ثُمَّ لَا تُنصَرُونَ ﴿113﴾

Zalımlara meyl etmə­yin, yoxsa sizə od toxunar. Si­zin Allah­­dan başqa dostları­nız yoxdur. Sonra sizə kömək də olun­maz.

11:114

وَأَقِمِ ٱلصَّلَوٰةَ طَرَفَيِ ٱلنَّهَارِ وَزُلَفٗا مِّنَ ٱلَّيۡلِۚ إِنَّ ٱلۡحَسَنَٰتِ يُذۡهِبۡنَ ٱلسَّيِّـَٔاتِۚ ذَٰلِكَ ذِكۡرَىٰ لِلذَّـٰكِرِينَ ﴿114﴾

Gündüzün iki başında – əv­və­lində və axırında və ge­cə­nin bə­zi saat­la­rında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməl­ləri silib apa­rır. Bu, yada sa­lan­lar üçün bir xatırlatmadır.

11:115

وَٱصۡبِرۡ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجۡرَ ٱلۡمُحۡسِنِينَ ﴿115﴾

Səbir et! Həqiqətən, Allah yaxşı iş görənlərin mü­ka­fatını puç etməz.

11:116

فَلَوۡلَا كَانَ مِنَ ٱلۡقُرُونِ مِن قَبۡلِكُمۡ أُوْلُواْ بَقِيَّةٖ يَنۡهَوۡنَ عَنِ ٱلۡفَسَادِ فِي ٱلۡأَرۡضِ إِلَّا قَلِيلٗا مِّمَّنۡ أَنجَيۡنَا مِنۡهُمۡۗ وَٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُواْ مَآ أُتۡرِفُواْ فِيهِ وَكَانُواْ مُجۡرِمِينَ ﴿116﴾

Heç olmasa, sizdən əv­vəlki nə­sillərdə yer üzündə fit­nə-fə­sad törət­mə­yi qadağan edən ağıl və hikmət sa­hi­bləri olaydı. On­lar­dan yalnız xilas et­diyimiz az bir qismi belə idi. Zülm edən­lər isə onlara veril­miş dünyanın ləz­­zətinə uydu­lar və günahkar ol­du­lar.

11:117

وَمَا كَانَ رَبُّكَ لِيُهۡلِكَ ٱلۡقُرَىٰ بِظُلۡمٖ وَأَهۡلُهَا مُصۡلِحُونَ ﴿117﴾

Ölkə əhalisi islah edən adamlar olduğu halda, Rəbbin o öl­kəni haq­sız yerə məhv etməz.