quranm◉

Səhifə 238

Range
from 12:23 to 12:30
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

12:23

وَرَٰوَدَتۡهُ ٱلَّتِي هُوَ فِي بَيۡتِهَا عَن نَّفۡسِهِۦ وَغَلَّقَتِ ٱلۡأَبۡوَٰبَ وَقَالَتۡ هَيۡتَ لَكَۚ قَالَ مَعَاذَ ٱللَّهِۖ إِنَّهُۥ رَبِّيٓ أَحۡسَنَ مَثۡوَايَۖ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّـٰلِمُونَ ﴿23﴾

Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qa­pı­la­rı bağlayıb: “Yanıma gəl!”– dedi. O isə: “Allah uzaq eləsin! Axı sə­nin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhə­siz ki, za­lım­lar nicat tapmaz­lar!”– dedi.

12:24

وَلَقَدۡ هَمَّتۡ بِهِۦۖ وَهَمَّ بِهَا لَوۡلَآ أَن رَّءَا بُرۡهَٰنَ رَبِّهِۦۚ كَذَٰلِكَ لِنَصۡرِفَ عَنۡهُ ٱلسُّوٓءَ وَٱلۡفَحۡشَآءَۚ إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُخۡلَصِينَ ﴿24﴾

Qadın ona meyl etmişdi. Əgər Yu­suf Rəbbinin dəlilini gör­mə­səydi, o da ona meyl edər­di. Beləcə, Biz pisliyi və çirkin əməli on­dan uzaqlaş­dır­dıq. Hə­­qi­qətən, o, Bizim se­çil­miş qul­ları­mız­dan­dır.

12:25

وَٱسۡتَبَقَا ٱلۡبَابَ وَقَدَّتۡ قَمِيصَهُۥ مِن دُبُرٖ وَأَلۡفَيَا سَيِّدَهَا لَدَا ٱلۡبَابِۚ قَالَتۡ مَا جَزَآءُ مَنۡ أَرَادَ بِأَهۡلِكَ سُوٓءًا إِلَّآ أَن يُسۡجَنَ أَوۡ عَذَابٌ أَلِيمٞ ﴿25﴾

Onlar bir-birini qabaqla­maq məq­sədilə qapıya tərəf yü­yür­dü­lər və qa­dın onun köy­nə­yini arxadan cırdı. İkisi də qa­pı­nın ya­nın­da qadının əri ilə rast­laşdı. Qadın dedi: “Sənin ailənə pislik et­mək istəyənin cəzası, zin­dana sa­lın­maqdan və ya ağrılı-acılı bir əza­ba dü­çar edil­mək­dən başqa nə ola bilər?!”

12:26

قَالَ هِيَ رَٰوَدَتۡنِي عَن نَّفۡسِيۚ وَشَهِدَ شَاهِدٞ مِّنۡ أَهۡلِهَآ إِن كَانَ قَمِيصُهُۥ قُدَّ مِن قُبُلٖ فَصَدَقَتۡ وَهُوَ مِنَ ٱلۡكَٰذِبِينَ ﴿26﴾

Yusuf dedi: “O məni yol­dan çı­xartmaq istəyirdi”. Qa­dı­nın ailə­­sindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi ön­dən cırılıbsa, qadın doğru deyir, o isə yalançılar­dandır.

12:27

وَإِن كَانَ قَمِيصُهُۥ قُدَّ مِن دُبُرٖ فَكَذَبَتۡ وَهُوَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿27﴾

Yox əgər onun köynəyi ar­xadan cırılıbsa, qadın yalan deyir, o isə doğru danışanlar­dandır”.

12:28

فَلَمَّا رَءَا قَمِيصَهُۥ قُدَّ مِن دُبُرٖ قَالَ إِنَّهُۥ مِن كَيۡدِكُنَّۖ إِنَّ كَيۡدَكُنَّ عَظِيمٞ ﴿28﴾

Qadının əri onun köy­nə­yi­nin ar­xadan cırıldığını gör­dükdə de­di: “Şüb­həsiz ki, bu sizin qadın hiylələ­riniz­dən­dir. Həqiqətən də, sizin hiyləniz bö­yükdür.

12:29

يُوسُفُ أَعۡرِضۡ عَنۡ هَٰذَاۚ وَٱسۡتَغۡفِرِي لِذَنۢبِكِۖ إِنَّكِ كُنتِ مِنَ ٱلۡخَاطِـِٔينَ ﴿29﴾

Yusuf, sən bundan – bu işi açıb da­nışmaqdan vaz keç! Sən də ey arvad, günahına görə bağış­lanma dilə. Çünki sən, günah iş­lət­mi­sən”.

12:30

وَقَالَ نِسۡوَةٞ فِي ٱلۡمَدِينَةِ ٱمۡرَأَتُ ٱلۡعَزِيزِ تُرَٰوِدُ فَتَىٰهَا عَن نَّفۡسِهِۦۖ قَدۡ شَغَفَهَا حُبًّاۖ إِنَّا لَنَرَىٰهَا فِي ضَلَٰلٖ مُّبِينٖ ﴿30﴾

Şəhərdəki qadınlar dedi­lər: “Za­dəgan kişinin arvadı ca­van kö­ləsini yol­dan çıxart­maq istəyir. Ehtiras onu coş­dur­muş­dur. Biz onu aşkar bir azğınlıq için­də gö­rürük”.