quranm◉

Səhifə 239

Range
from 12:31 to 12:37
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

12:31

فَلَمَّا سَمِعَتۡ بِمَكۡرِهِنَّ أَرۡسَلَتۡ إِلَيۡهِنَّ وَأَعۡتَدَتۡ لَهُنَّ مُتَّكَـٔٗا وَءَاتَتۡ كُلَّ وَٰحِدَةٖ مِّنۡهُنَّ سِكِّينٗا وَقَالَتِ ٱخۡرُجۡ عَلَيۡهِنَّۖ فَلَمَّا رَأَيۡنَهُۥٓ أَكۡبَرۡنَهُۥ وَقَطَّعۡنَ أَيۡدِيَهُنَّ وَقُلۡنَ حَٰشَ لِلَّهِ مَا هَٰذَا بَشَرًا إِنۡ هَٰذَآ إِلَّا مَلَكٞ كَرِيمٞ ﴿31﴾

Qadın onların hiylə­sin­dən xəbər tutduqda məclis qurub onları qonaqlığa dəvət etdi, onlar üçün mütək­kə­lər hazırladı, sonra da onların hər birinə bir bıçaq verdi və Yu­sufa: “Onların qar­şısına çıx!”– dedi. Qa­dınlar Yusufu gör­dükdə onu o qədər tə­rif­lə­di­lər ki, unu­dub meyvə əvəzinə öz əl­lərini kəsdilər və dedilər: “Allah sax­la­sın! Bu ki bəşər deyil. Bu ancaq hör­mətə layiq bir mə­lək­dir!”

12:32

قَالَتۡ فَذَٰلِكُنَّ ٱلَّذِي لُمۡتُنَّنِي فِيهِۖ وَلَقَدۡ رَٰوَدتُّهُۥ عَن نَّفۡسِهِۦ فَٱسۡتَعۡصَمَۖ وَلَئِن لَّمۡ يَفۡعَلۡ مَآ ءَامُرُهُۥ لَيُسۡجَنَنَّ وَلَيَكُونٗا مِّنَ ٱلصَّـٰغِرِينَ ﴿32﴾

Qadın dedi: “Barəsində məni qı­nadığınız oğlan bax bu­dur! Mən onu yoldan çıxart­mağa çalış­dım, o isə im­ti­na et­di. Əgər əm­ri­mi yerinə ye­tir­məsə, əlbəttə ki, zindana atı­la­caq və zəlil­lər­dən ola­caq­dır”.

12:33

قَالَ رَبِّ ٱلسِّجۡنُ أَحَبُّ إِلَيَّ مِمَّا يَدۡعُونَنِيٓ إِلَيۡهِۖ وَإِلَّا تَصۡرِفۡ عَنِّي كَيۡدَهُنَّ أَصۡبُ إِلَيۡهِنَّ وَأَكُن مِّنَ ٱلۡجَٰهِلِينَ ﴿33﴾

Yusuf dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların mə­ni sövq et­dik­ləri işi gör­mək­dən daha xoşdur. Əgər bu qa­dınların hiy­ləsini məndən uzaq etməsən, mən onlara meyl edər və ca­hil­lər­dən olaram”.

12:34

فَٱسۡتَجَابَ لَهُۥ رَبُّهُۥ فَصَرَفَ عَنۡهُ كَيۡدَهُنَّۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ﴿34﴾

Rəbbi onun duasını qə­bul etdi və onların hiyləsini on­dan uzaq etdi. Hə­qiqətən, O, Eşidən­dir, Biləndir.

12:35

ثُمَّ بَدَا لَهُم مِّنۢ بَعۡدِ مَا رَأَوُاْ ٱلۡأٓيَٰتِ لَيَسۡجُنُنَّهُۥ حَتَّىٰ حِينٖ ﴿35﴾

Bu qədər dəlilləri gör­dük­dən son­ra, yenə də onu bir müd­dət zindana salmaq qəra­rına gəl­dilər.

12:36

وَدَخَلَ مَعَهُ ٱلسِّجۡنَ فَتَيَانِۖ قَالَ أَحَدُهُمَآ إِنِّيٓ أَرَىٰنِيٓ أَعۡصِرُ خَمۡرٗاۖ وَقَالَ ٱلۡأٓخَرُ إِنِّيٓ أَرَىٰنِيٓ أَحۡمِلُ فَوۡقَ رَأۡسِي خُبۡزٗا تَأۡكُلُ ٱلطَّيۡرُ مِنۡهُۖ نَبِّئۡنَا بِتَأۡوِيلِهِۦٓۖ إِنَّا نَرَىٰكَ مِنَ ٱلۡمُحۡسِنِينَ ﴿36﴾

Onunla birlikdə iki gənc də zin­dana salındı. Onlardan biri de­di: “Mən yuxuda gör­düm ki, üzümdən şərab sıxı­ram”. Di­gəri isə be­lə dedi: “Mən gör­düm ki, başımın üs­tündə çörək apa­rı­ram, quş­lar da ondan dim­dik­ləyib yeyir. Bunun yozumu­nu bizə bildir. Hə­qi­­qə­tən, biz səni yaxşı adam hesab edirik”.

12:37

قَالَ لَا يَأۡتِيكُمَا طَعَامٞ تُرۡزَقَانِهِۦٓ إِلَّا نَبَّأۡتُكُمَا بِتَأۡوِيلِهِۦ قَبۡلَ أَن يَأۡتِيَكُمَاۚ ذَٰلِكُمَا مِمَّا عَلَّمَنِي رَبِّيٓۚ إِنِّي تَرَكۡتُ مِلَّةَ قَوۡمٖ لَّا يُؤۡمِنُونَ بِٱللَّهِ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ كَٰفِرُونَ ﴿37﴾

O dedi: “Sizə veriləcək ye­mək gəl­məmişdən əvvəl mən bu­nun yo­zu­munu sizə bildirə­rəm. Bu, Rəbbimin mənə öy­rətdiklə­rin­dəndir. Mən Allaha iman gətir­məyən, özləri də axi­rəti inkar edən adamların di­nindən uzaqlaşmışam.