quranm◉

Səhifə 24

Range
from 2:154 to 2:163
Surahs covered
Tərcümə
10 Tərcümə

◉

2:154

وَلَا تَقُولُواْ لِمَن يُقۡتَلُ فِي سَبِيلِ ٱللَّهِ أَمۡوَٰتُۢۚ بَلۡ أَحۡيَآءٞ وَلَٰكِن لَّا تَشۡعُرُونَ ﴿154﴾

Allah yolunda öldürülənlərə: “Ölü­dürlər!” deməyin. Əksi­nə, on­lar diridir­lər, lakin siz bunu hiss etmirsiniz.

2:155

وَلَنَبۡلُوَنَّكُم بِشَيۡءٖ مِّنَ ٱلۡخَوۡفِ وَٱلۡجُوعِ وَنَقۡصٖ مِّنَ ٱلۡأَمۡوَٰلِ وَٱلۡأَنفُسِ وَٱلثَّمَرَٰتِۗ وَبَشِّرِ ٱلصَّـٰبِرِينَ ﴿155﴾

Biz sizi bir az qorxu, bir az ac­lıq, bir az da mal-döv­lət, in­san və məh­sul itkisi ilə sı­na­ya­rıq. Səbir edən­ləri müjdələ.

2:156

ٱلَّذِينَ إِذَآ أَصَٰبَتۡهُم مُّصِيبَةٞ قَالُوٓاْ إِنَّا لِلَّهِ وَإِنَّآ إِلَيۡهِ رَٰجِعُونَ ﴿156﴾

O kəslər ki, onlara bir mü­si­bət üz verdikdə: “Biz, Alla­ha məx­­susuq və biz yalnız Ona qayı­da­ca­ğıq!”– deyirlər.

2:157

أُوْلَـٰٓئِكَ عَلَيۡهِمۡ صَلَوَٰتٞ مِّن رَّبِّهِمۡ وَرَحۡمَةٞۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُهۡتَدُونَ ﴿157﴾

Onlara öz Rəbbi tərə­fin­­dən təriflər və mərhəmət var­dır. Məhz onlar doğru yolda olan­lar­dır.

2:158

إِنَّ ٱلصَّفَا وَٱلۡمَرۡوَةَ مِن شَعَآئِرِ ٱللَّهِۖ فَمَنۡ حَجَّ ٱلۡبَيۡتَ أَوِ ٱعۡتَمَرَ فَلَا جُنَاحَ عَلَيۡهِ أَن يَطَّوَّفَ بِهِمَاۚ وَمَن تَطَوَّعَ خَيۡرٗا فَإِنَّ ٱللَّهَ شَاكِرٌ عَلِيمٌ ﴿158﴾

Həqiqətən, Səfa və Mər­və Alla­hın qoyduğu nişa­nə­lər­dən­dir. Kim mü­qəddəs Evi həcc və ya ümrə məqsədi ilə zi­yarət edər­sə, bu iki dağ arasında səy etmə­sin­də ona heç bir günah yoxdur. Kim könüllü olaraq yaxşı bir iş görərsə, bilsin ki, Allah şükrün əvəzini verən­dir, hər şeyi biləndir.

2:159

إِنَّ ٱلَّذِينَ يَكۡتُمُونَ مَآ أَنزَلۡنَا مِنَ ٱلۡبَيِّنَٰتِ وَٱلۡهُدَىٰ مِنۢ بَعۡدِ مَا بَيَّنَّـٰهُ لِلنَّاسِ فِي ٱلۡكِتَٰبِ أُوْلَـٰٓئِكَ يَلۡعَنُهُمُ ٱللَّهُ وَيَلۡعَنُهُمُ ٱللَّـٰعِنُونَ ﴿159﴾

Kitabda insanlara bə­yan etdiyi­miz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri na­zil etdikdən sonra onları gizlədən kəslərə həm Allah lənət edər, həm də, lənət edə bi­lənlər lənət oxu­yar­lar!

2:160

إِلَّا ٱلَّذِينَ تَابُواْ وَأَصۡلَحُواْ وَبَيَّنُواْ فَأُوْلَـٰٓئِكَ أَتُوبُ عَلَيۡهِمۡ وَأَنَا ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ﴿160﴾

Yalnız tövbə edənlər, əməl­­lərini islah edənlər və haqqı bə­yan edənlər is­tisnadır. Mən on­la­rın tövbəsini qəbul edə­rəm. Mən töv­bələri qəbul edənəm, Rəhmli­yəm!

2:161

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَمَاتُواْ وَهُمۡ كُفَّارٌ أُوْلَـٰٓئِكَ عَلَيۡهِمۡ لَعۡنَةُ ٱللَّهِ وَٱلۡمَلَـٰٓئِكَةِ وَٱلنَّاسِ أَجۡمَعِينَ ﴿161﴾

Küfr edib kafir olaraq ölənlərə Allahın, mə­lək­lə­rin və bü­tün insanların lənəti olsun!

2:162

خَٰلِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنۡهُمُ ٱلۡعَذَابُ وَلَا هُمۡ يُنظَرُونَ ﴿162﴾

Onlar bu lənətin içəri­sin­də hə­mişəlik qalarlar. Onla­rın əza­bı yüngül­ləşdirilməz və onla­ra möhlət də veril­məz.

2:163

وَإِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ لَّآ إِلَٰهَ إِلَّا هُوَ ٱلرَّحۡمَٰنُ ٱلرَّحِيمُ ﴿163﴾

Sizin məbudunuz Tək olan İlah­dır. Ondan başqa iba­də­tə layiq olan mə­bud yox­dur, Mər­hə­mət­li­dir, Rəhmlidir.