quranm◉

Səhifə 252

Range
from 13:19 to 13:28
Surahs covered
Tərcümə
10 Tərcümə

◉

13:19

أَفَمَن يَعۡلَمُ أَنَّمَآ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ ٱلۡحَقُّ كَمَنۡ هُوَ أَعۡمَىٰٓۚ إِنَّمَا يَتَذَكَّرُ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ ﴿19﴾

Rəbbindən sənə nazil edi­lənin haqq olduğunu bilən kim­sə, kora bən­zəyə bilərmi? Bun­dan ancaq ağıl sa­hib­ləri ibrət alarlar.

13:20

ٱلَّذِينَ يُوفُونَ بِعَهۡدِ ٱللَّهِ وَلَا يَنقُضُونَ ٱلۡمِيثَٰقَ ﴿20﴾

O kəslər ki, Allaha ver­dik­ləri sö­zü yerinə yetirir və əhdi poz­murlar.

13:21

وَٱلَّذِينَ يَصِلُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيَخۡشَوۡنَ رَبَّهُمۡ وَيَخَافُونَ سُوٓءَ ٱلۡحِسَابِ ﴿21﴾

O kəslər ki, Allahın qo­vuş­du­rul­masını əmr etdiyi şey­ləri qo­vuşdurur (qohumluq və qardaşlıq əlaqələrini möh­­kəm­lədir), Rəb­bin­dən qorxur və pis haqq-hesabdan çəkinirlər.

13:22

وَٱلَّذِينَ صَبَرُواْ ٱبۡتِغَآءَ وَجۡهِ رَبِّهِمۡ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَأَنفَقُواْ مِمَّا رَزَقۡنَٰهُمۡ سِرّٗا وَعَلَانِيَةٗ وَيَدۡرَءُونَ بِٱلۡحَسَنَةِ ٱلسَّيِّئَةَ أُوْلَـٰٓئِكَ لَهُمۡ عُقۡبَى ٱلدَّارِ ﴿22﴾

O kəslər ki, Rəbbinin Üzü­nü di­ləyərək səbir edir, namaz qı­lır, onlara verdiyimiz ruzi­dən gizli və aşkar xərc­ləyir və pis­liyi yax­şılıqla dəf edirlər. On­lar üçün Axirət yurdu –

13:23

جَنَّـٰتُ عَدۡنٖ يَدۡخُلُونَهَا وَمَن صَلَحَ مِنۡ ءَابَآئِهِمۡ وَأَزۡوَٰجِهِمۡ وَذُرِّيَّـٰتِهِمۡۖ وَٱلۡمَلَـٰٓئِكَةُ يَدۡخُلُونَ عَلَيۡهِم مِّن كُلِّ بَابٖ ﴿23﴾

əməlisaleh ataları, zöv­cə­­ləri və öv­ladları ilə birlikdə da­xil ola­caqları Ədn cən­nətləri ha­zırlan­mışdır. Mələklər bütün qapılar­dan onların yanına da­xil olub deyə­cəklər:

13:24

سَلَٰمٌ عَلَيۡكُم بِمَا صَبَرۡتُمۡۚ فَنِعۡمَ عُقۡبَى ٱلدَّارِ ﴿24﴾

“Səbir etdiyinizə görə si­zə salam ol­sun! Axirət yur­du­nuz ne­cə də gözəl­dir!”

13:25

وَٱلَّذِينَ يَنقُضُونَ عَهۡدَ ٱللَّهِ مِنۢ بَعۡدِ مِيثَٰقِهِۦ وَيَقۡطَعُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِ أُوْلَـٰٓئِكَ لَهُمُ ٱللَّعۡنَةُ وَلَهُمۡ سُوٓءُ ٱلدَّارِ ﴿25﴾

Allahla əhd bağladıq­dan sonra onu pozan, Allahın qo­vuş­du­rulmasını əmr etdiyi şey­ləri kəsən və yer üzündə fitnə-fəsad tö­rə­dənlərə gəlincə, on­lar üçün lənət və pis yurd var­dır.

13:26

ٱللَّهُ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ وَفَرِحُواْ بِٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا فِي ٱلۡأٓخِرَةِ إِلَّا مَتَٰعٞ ﴿26﴾

Allah istədiyinin ruzisi­ni bol edər, istədiyininkini də azal­dar. Onlar dünya hə­yatı ilə se­vi­nirlər. Halbuki dünya hə­yatı axi­rətlə mü­qayisədə ke­çici bir zövq­dür.

13:27

وَيَقُولُ ٱلَّذِينَ كَفَرُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ ءَايَةٞ مِّن رَّبِّهِۦۚ قُلۡ إِنَّ ٱللَّهَ يُضِلُّ مَن يَشَآءُ وَيَهۡدِيٓ إِلَيۡهِ مَنۡ أَنَابَ ﴿27﴾

Kafir olanlar deyirlər: “Ni­yə ona Rəbbindən bir mö­cü­zə en­di­ril­məyib?” De: “Şüb­hə­siz ki, Allah istədiyini sap­dı­rır. Tövbə edib Ona üz tutan kim­səni isə doğru yola yö­nəl­dir”.

13:28

ٱلَّذِينَ ءَامَنُواْ وَتَطۡمَئِنُّ قُلُوبُهُم بِذِكۡرِ ٱللَّهِۗ أَلَا بِذِكۡرِ ٱللَّهِ تَطۡمَئِنُّ ٱلۡقُلُوبُ ﴿28﴾

Bunlar, iman gətirənlər və qəlb­lə­ri Allahı zikr etməklə ra­hat­lıq ta­pan­lardır. Bilin ki, qəlblər ancaq Allahı zikr et­məklə ra­hat­lıq tapır.